İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir
22-10-2019, 11:30
3 554

İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir

İsveçrənin işgüzar dairələrinin nümayəndələri ölkəmizə səfər edib və səfər çərçivəsində onların Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ilə görüşü baş tutub.
Milli.Az xəbər verir ki, Azərbaycanın İsveçrədəki Səfirliyindən Trend-ə verilən məlumata görə, görüşdə nümayəndə heyətinin Azərbaycana səfərinin nəticələri qiymətləndirilərək, İsveçrə Konfederasiyası ilə ikitərəfli və çoxtərəfli kontekstdə münasibətlərin gələcək perspektivləri müzakirə olunub.
İsveçrə nümayəndə heyəti SOCAR-ın İsveçrədəki fəaliyyətini, eyni zamanda Paşa Bank ilə mövcud əməkdaşlığı yüksək qiymətləndirib, Azərbaycan ilə maliyyə və iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən rabitə, informasiya texnologiyaları, turizm, nəqliyyat və s. istiqamətlərdə əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb.
Maliyyə və Bank sektorunda fəaliyyət göstərən şirkət nümayəndələri Azərbaycanda Azərbaycanda sığorta sahəsində işgüzar əlaqələrin qurulması imkanları ilə maraqlanıb, xüsusilə qonaqlara Azərbaycan iqtisadiyyatının inkişafı üzrə strateji yol xəritəsində bu sahədəki qarşıya qoyulan məqsədlər və gələcək imkanlar barədə məlumat verilib.
İsveçrə iş adamları xüsusilə vurğulayıb ki, Çin ilə "Bir Kəmər Bir Yol" təşəbbüsü çərçivəsində Azərbaycandan keçən nəqliyyat və tranzit dəhlizlərindən məhsulların daşınmasında əməkdaşlıq müzakirələri aparılır.
Qonaqlara Azərbaycanın iqtisadi imkanları, aparılan islahatlar və qeyri-neft sektorundakı perspektivlər barədə geniş məlumat verilib, çoxsaylı sualları cavablandırılıb.

Oxşar xəbərlər

Azərbaycana səfər edən çinli turistlərin sayı 64 faiz artıb
SİYASƏT Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
Qətər Azərbaycana yeni səfir göndərib
İndoneziyalılara Ümrə ziyarətinə Azərbaycandan getmək təklif olunub
“Prezidentlərin Soçi görüşü mühüm əhəmiyyətə malikdir” - Hikmət Hacıyev
Komitənin nümayəndə heyəti Nyu-Yorkda
Banklarda kredit verilməsi prosesi sadələşir
Prezident İlham Əliyev İsveçrənin Kantonlar Şurasının sədrini qəbul edib
Ekspert: “İpək Yolu İqtisadi Kəməri” layihəsi Azərbaycanla Çin arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdi"
İlham Əliyev Mun Hini qəbul etdi
İsveçrə dünya çempionatını təxirə salmaqdan imtina etdi
Mikayıl Cabbarov Dünya Bankının regional direktoru ilə görüşdü
Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
Azərbaycan ilk dəfə Asiya Parlament Assambleyasında nümayəndə heyəti ilə təmsil olunacaq
Azərbaycanın Müdafiə naziri Rusiyanın Baş hərbi prokuroru ilə görüşüb
Rusiya Müdafiə nazirinin birinci müavini Azərbaycana gəlib
Bu sığorta şirkətləri də bağlanma təhlükəsi ilə üz-üzədir - SİYAHI
Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb
 Zakir Həsənov NATO admiralı ilə görüşdü
Koronavirusa yoluxanlara 3000 dollar veriləcək
Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb
Nüfuzlu universitetin nümayəndəsi ADU-da - Foto
Prezident Özbəkistanın yeni səfirinin etimadnaməsini qəbul edib - Foto + Video
Koronavirus Azərbaycanın sığorta bazarında nələri dəyişdi? - VİDEO
Vergilər Nazirliyi: Bu il işsizlikdən sığorta haqları üzrə nəzərdə tutulandan 6,7% çox vəsait daxil olub
Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının fəaliyyət perspektivləri müzakirə edilib
Cavad Zərif sabah Livana səfər edəcək
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"
Kamal Abdulla təqaüd proqramını müzakirə etdi
Parlamentlərarası İttifaqda ermənilər azərbaycanlı deputatın sualı qarşısında çaşdılar