Azərbaycanda koronavirusa görə atılacaq addımlar - Açıqlandı
27-03-2020, 12:40
256

Azərbaycanda koronavirusa görə atılacaq addımlar - Açıqlandı

Koronavirus böhranının Azərbaycan iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı Prezident Sərəncamına uyğun yaradılan dörd işçi qrupu tam gücü ilə fəaliyyət göstərir.
"Gundelik-baku.com"un məlumatına görə, bu barədə danışan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, ilk olaraq pandemiyanın iqtisadiyyata təsirini qiymətləndirmək üçün İqtisadiyyat nazirinin rəhbərliyi ilə yaradılan İşçi Qrupun öz təkliflərini müvafiq qaydada təqdim etməsi gözlənilir:
“Artıq pandemiyadan zərər çəkən sektorlar ilkin olaraq müəyyənləşdirilib, eyni zamanda bu sahələrdə olan sahibkarların siyahısı üçün meyarlar üzərində iş gedir. Turizm, ictimai iaşə, ticarət, nəqliyyat və s. sahələr də daxil olmaqla 12 sektor ilkin olaraq müəyyənləşdirilib. Bu zaman obyektiv təhlillər və sahibkarların rəyləri əsas götürülüb. Qlobal şokların təsiri altında sahibkarların üzləşdikləri çətinliklər, o cümlədən, vergi, gömrük, icarə, kredit və s. sahələrdə dəstək mexanizmləri müzakirə olunur.
Artıq pandemiyanın təsiri altında qlobal iqtisadiyyat resessiyaya daxil olub və böhranın nə zaman bitəcəyi dəqiq bilinmir. Buna görə də Azərbaycan biznesinə dəstək tədbirləri təkcə qısa müddətli dönəmi deyil, həm də orta müddətli dövrü əhatə edəcək. 
Pandemiyadan zərərçəkən sahələrdə muzdlu işçilərin sosial müdafiəsi gücləndiriləcək və çalışılacaq ki, zərərə düşən müəssisələr işçiləri kütləvi ixtisar etməsinlər. Eyni zamanda məşğulluq tədbirləri həyata keçiriləcək. Özünüməşğulluq, ödənişli ictimai işlər və ünvanlı sosial yardımın əhatə dairəsi genişləndiriləcək. Aztəminatlı insanların böhranın təsirindən qorunması üçün əlavə tədbirlər görüləcək.
Nəzərə almaq lazımdır ki, Azərbaycan hökuməti qlobal şoklarla mübarizəni neftin hər barel üçün 30 dollardan aşağı qiyməti şəraitində, başqa sözlə, büdcədə nəzərdə tutulan proqnozdan iki dəfə aşağı qiymət səviyyəsində aparır. Belə şəraitdə makroiqtisadi sabitliyin qorunub saxlanılması hökumətin diqqət mərkəzindədir. Mərkəzi Bankın sədrinin rəhbərliyi ilə yaradılan İşçi Qrupu iki ay müddətində bank sektoruna və makroiqtisadi mühitə ehtimal olunan mənfi təsirləri qiymətləndirəcək. Bunun əsasında manatın sabitliyi və inflyasiyanın nəzarətdə saxlanılması üçün əlavə tədbirlər görüləcək.
Dünya iqtisadiyyatı ilk dəfə olaraq bu qədər dərin resessiya və pandemiya ilə eyni vaxtda qarşılaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı bu sınaqdan uğurla çıxıb rəqabət qabiliyyətini artırmaq əzmindədir. Bunun üçün dövlət-biznes-əhali həmrəyliyi vacibdir.”

Oxşar xəbərlər

Pandemiyadan zərər çəkmiş bu şəxslərə ikinci maliyyə dəstəyinin ödənilməsinə başlanılıb
Vergi güzəştləri iqtisadi fəallığı artıracaq - Vüqar Bayramov
Fikrət Yusifov: "Dövlət sahibkarları həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək"
Prezident: “İşçilərin ixtisarına yol verilməməlidir”
Kafe-restoranlarda işçilər və müştərilərin əməl etməli olduğu qaydalar
Neftin ucuzlaşması manata təsir edəcək? - VİDEO
Muzdlu işçilərə II maliyyə dəstəyi proqramı çərçivəsində ödənişə başlanılıb
Deputatdan təklif: “Mall”lar və şadlıq sarayları bu tarixlərdən açılmalıdır
Dünya yeni düzəndə - Postpandemiya dünyası bizə nə vəd edir?
Pandemiya məmurların biznesini də çökdürür...
Prezidentdən neftin ucuzlaşması ilə bağlı AÇIQLAMA
Sahibkarlara maliyyə dəstəyi göstərilməsinə başlanıldı
"Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır"
"Vergi güzəştləri hətta bir neçə il sonrakı dövrləri əhatə edəcək"
Koronavirusa yoluxanlara 3000 dollar veriləcək
Hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var
Mikayıl Cabbarov Dünya Bankının regional direktoru ilə görüşdü
Bakı Baş Gömrük İdarəsində nə baş verir?
Hotellərə xüsusi loqo vurulacaq - RƏSMİ
Nazirlikdən daşınmaz əmlakla bağlı QƏRAR
Azərbaycan koronavirus peyvəndini hansı ölkədən alacaq? - TƏBİB-dən açıqlama
Koronavirus Azərbaycan iqtisadiyyatına hər gün nə qədər zərər vurur?
Şadlıq sarayları açılsın! - Deputatdan təklif
Deputatları cəzalandıran komissiya toplanır
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub.
Azərbaycan-Türkiyə sazişi: Güzəşt və üstünlük siyahısına düşən mallar
Təhsil haqqının ödənilməsi üçün 7 minə yaxın tələbə qeydiyyatdan keçib
Dolları tualet kağızına çevirmişik
Kafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək