Ermənistan ərzaq böhranı astanasındadır
16-11-2020, 14:03
62

Ermənistan ərzaq böhranı astanasındadır

"Yaxın gələcəkdə Ermənistan kənd məhsullarının qıtlığı kimi ciddi problemlə də üzləşə bilər. Belə ki, əksər kənd bitkilərinin becərildiyi zəmilərin neçə ildir azaldığı bu ölkə əvvəlcə koronavirus epidemiyası, sonra da işğal etdikləri torpaqlarını itirmələri üzündən böhranı daha erkən “qarşılamalı” olur".
Bu barədə maliyyə eksperti Azad Həsənli bildirib.
Onun fikrincə, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) noyabr ayının əvvəllərində keçirilən Avropa regional konfransında vurğuladığı kimi, Ermənistan ərzaq və kənd təsərrüfatının inkişafına öncül diqqət ayrılmasının vacib olduğu ölkələrdəndir:
"FAO-nun hesabatlarında mütəmadi olaraq göstərilən problemlər həll olunmamış qalır, halbuki kənd təsərrüfatı Ermənistanda ən mühüm sektorlardandır. Həmin sahənin payına ölkə ÜDM-nin 2015-ci ildə 17 faizi düşürdüsə, hazırda bu, 12 faizə yaxındır. Mövcud çətinliklər sırasında fermer təsərrüfatlarının kiçik həcmi (orta sahələri 1,4 ha-dır), habelə kənd təsərrüfatı sahəsində ixtisaslı tədris proqramlarının olmaması, sektora ayrılan maliyyənin azlığı göstərilir. Həmçinin ölkədə kənd təsərrüfatı üçün gübrə, kimyəvi maddələr, baytarlıq dərmanları istehsalı yox dərəcəsindədir. Kənd təsərrüfatının inkişafına dair hazırlanan proqramların isə ümumi sözlərdən ibarət olduğu, yəni konkret göstəricilər, vəzifələrin həlli üçün tarxlər göstərilmədiyi bildirilir. Bu proqramlar ümumölkə yox, ayrı-ayrı problemlərə aiddir. Bundan əlavə, maliyyə azlığı, şəffaf mexanizmlərin tətbiq olmaması, aidiyyəti dövlət qurumlarının səlahiyyət və texniki imkan kasadlığı da kənd təsərrüfatı sahəsində dövlət siyasətinin icra olunması üçün əngəl yaradan amillərdəndir".
Ekspert bildirib ki, Ermənistanda illərdir yığılıb qalan problemlərin fəlakətə çevrilməsi təhlükəsi ortaya çıxıb:
"Ermənistan Dövlət Statistika Xidmətinin məlumatına görə 2015-2019-cu illər ərzində əsas kənd bitkilərinin becərildiyi sahələr 337,5 min ha-dan 227,9 min ha-dək, o cümlədən kartof sahələri 27,8 min ha-dan 20,5 min, tərəvəz 28,4 mindən 20,4 min, qovun 6,8 mindən 4,3 min, üzüm 17,3 min ha-dan 16,5 min ha-dək geriləyib. Yalnız meyvə bağlarının sahəsi 40,3 min ha-dan 43,4 min ha-dək artsa da, məhsuldarlığı artmadı. Məhsuldarlığa gəlincə, göstərilən müddət ərzində məsələn, kartof istehsalı 607,7 min tondan 404,1 min tona, tərəvəz 1.007,6 min tondan 621,6 min tona, meyvə isə 377,1 min tondan 290,6 min tonadək geriləyib".

Oxşar xəbərlər

Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilir
İnam Kərimov Göyçayda videokonfrans keçirdi
“Kənddən Şəhərə” ilə əməkdaşlıq edən fermerlərin sayı artır
Azərbaycanda aqrar məhsulların qıtlığı yarana bilər - “İdxalın həcmi azalarsa...”
Azərbaycanlılar vəsaitinin 50 faizə qədərini ərzağa xərcləyib - RƏSMİ
BMT: Dünya pandemiyadan sonra əvvəlki həyatı gözləməsin
"Kənd təsərrüfatında gənc kadrlar yetişməlidir" - deputat
Azərbaycanla Çin müştərək aqrar-sənaye kompleksi yaradacaq
Bir sıra şəhər və rayonda iş fəaliyyəti məhdudlaşdırılır
Bu qurumun adı dəyişdirildi
Bu il ümumi daxili məhsul istehsalı azalıb
Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - Daha çox nəyə?
Sakinlərdən iddia: “İcra nümayəndəliyi yardımı düzgün paylamır” - VİDEO
Qazaxın bu kəndləri geri qaytarılacaq – SİYAHI
"Rusiyadan gəlib, eşidirəm ki, arvadım və baldızım bələdiyyə sədri ilə..." - Azərbaycanda BİABIRÇILIQ
Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb
ABŞ Azərbaycana 1,47 milyon dollar yardım etdi
“AzərGold” vətəndaşın torpağına göz dikib... - NARAZILIQ...
Daha 6 kənd işğaldan azad edildi - İlham Əliyevdən növbəti ŞAD XƏBƏR
İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir?
Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
Azərbaycanda əmək haqqı 22 faiz artıb
Balakəndə mağazalara qənim kəsilənlər saxlanıldı
Azərbaycanda İpəkqurdu toxumu zavodu tikilir – Nazirlik 30 minlik müqavilə imzalayıb
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
Düşmən Ağdamı atəşə tutub, evə və mağazaya ziyan dəyib
Azərbaycanda orta aylıq əmək haqqı 707 manata düşdü
Kürdəmirin icra başçısı məktəblərdən 120 min alıbmış
Azərbaycanda qarğıdalı sahələrinin dərmanlanmasında dronlar işə salındı