Azərbaycanda ixrac malları ƏDV-dən azad edildi
16-11-2020, 14:17
49

Azərbaycanda ixrac malları ƏDV-dən azad edildi

Nazirlər Kabineti “Malların ixrac qeydi ilə satışı Qaydası”nı təsdiq edib.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilir ki, “Malların ixrac qeydi ilə satışı Qaydası” Azərbaycan Respublikası ərazisində istehsal olunmuş və ixrac üçün nəzərdə tutulan məhsulların istehsalçısı ilə qeyri-neft məhsullarının ixracatı sahəsində təcrübəsi olan peşəkar ixracatçılar arasında əməkdaşlığın şərtlərini müəyyən edir və işgüzar münasibətlərini tənzimləyir.
“Malların ixrac qeydi ilə satışı Qaydası”nda 
- ixrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) dair tələblər;
- ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər;
- malların ixrac qeydi ilə satışına aid edilməyən şəxslər və əməliyyatlara nəzarət;
- ixrac qeydi ilə malların ixracının həyata keçirilməsi prosesinə nəzarət tədbirləri öz əksini tapır.
Bu imkandan yararlanmaq üçün istehsalçı və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxs (ixracatçı) “Qayda”da onlar üçün müəyyən edilmiş tələblərə cavab verməlidirlər. 
“Qayda”nın 3-cü hissəsində müəyyən edilmiş şəxslər və əməliyyatlar istisna olmaqla, “Qayda” ölkə ərazisində qeyri-neft məhsulları istehsal edən bütün istehsalçılara və ixracatçılara şamil olunur. 
İstehsalçı ixrac üçün nəzərdə tutulan məhsulu ixracatçıya təqdim edərkən Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə müvafiq olaraq ƏDV-yə (0) dərəcə ilə cəlb olunur.  
Bu mexanizm ixracatçının ixrac edəcəyi malların alışına görə ödəməli olduğu ƏDV-nin məbləği qədər dövriyyə vəsaitinə qənaət etməsinə şərait yaradır və inzibatçılıq yükünü azaldır.

Oxşar xəbərlər

Azərbaycan bu il 58 milyon dollarlıq polietilen ixrac edib
“SOCAR Polymer” ixracını 33 faiz artırıb
Səngəçal terminalına göndərilən neft və qazın həcmi açıqlanıb
Rusiya dünyanın 17 ölkəsinə koronavirus dərmanı ixrac edəcək
Qarabağda istehsal olunan məhsullar Rusiyada satılır - FOTOFAKT
Neftin ucuzlaşması manata təsir edəcək? - VİDEO
Azərbaycanın idxal-ixracında əsas məhsulların və tərəfdaş ölkələrin SİYAHISI
Gömrükdə qanunsuz fəaliyyət göstərən şirkətlərin sayı durmadan artır - İDDİA
Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin milyonlarla vergi borcu var – Siyahı, məbləğ
Ucuz malları brend adı ilə baha satan mağazalar- SAXTAKARLIQ
İnam Kərimov Göyçayda videokonfrans keçirdi
Bərdə faciəsi: Bir bacının ürək dağlayan göz yaşları (VİDEO)
Anbarda qalan 10 milyon maska: - Yerli maska niyə satılmır?
Rusiyadan ixrac edilən məhsullarda koronavirus aşkarlanıb
Azərbaycana gəlməli olan yağlar səhvən İrəvana göndərildi - FOTO
Azərbaycanda hansı məhsullar bahalaşıb? - Foto
Neft yenidən bahalaşdı
“Güllübulağ”ın rəhbəri həbs edildi
Neft yenidən bahalaşıb
"Bizi azərbaycanlıların bazarlarından bayıra atıblar" - Ermənistan İxracatçılar İttifaqının sədri
Dünya bazarında neft bahalaşdı
Nazir Çinə səfər edəcək
Maliyyə Nazirliyindən dövlət şirkətlərinə xəbərdarlıq
Dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı qadağandır - Rəsmi
Gömrük Komitəsində avtomobil qalmaqalı: Karantin qaydaları pozuldu - Fotofakt
Bakıda külli miqdarda pul mənimsəyən şirkət rəhbəri həbs edilib
Neftin qiyməti artıb
“Abşeron-şərab” ASC “Gəncə Şərab-2”nin plagiat ittihamlarına cavab verdi
Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Səfər Mehdiyev ha əsaslandırmağa çalışsa da... - NARAZILIQ...