Dəfələrlə icra hakimiyyətinə müraciət etsələr də... - GİLEY
11-12-2020, 10:31
174

Dəfələrlə icra hakimiyyətinə müraciət etsələr də... - GİLEY

“Yayda su problemimiz vardı, yazdız, qismən həllini tapdı, indi də qışdır, soyuqdur, istilik yoxdur. Xahiş edirik, yazın, çəkin, işıqlandırın, bəlkə aidiyyəti qurumlarda oturan məmurlar vəziyyətimizi anladılar, bir köməklik etdilər...” DİA.AZ xəbər verir ki Gədikqışlaq Qubada köhnə kənddir. Burada evlərin sayı 200-ə yaxınlaşıb. Ailə təsərrüfatları ilbəil artır. Əhalisi əsasən heyvandarlıq və əkin işləriylə məşğul olur. Onlar uzun illərdir ki, kənddəki istilik probleminin həllinə nail ola bilmirlər.

Kəndin yerli-dibli qaz xətti olmayıb. Kənd sakini Lətifə Abbasova əvvəllər meşələrdən özləri çır-çırpı yığıb gətirib alışdırar, evlərini isidərdilər. İndi necə deyərlər, meşədən də ayaqları kəsilib, çarəsiz duruma düşüblər.

“Havalar sərtləşib, yenə də həyətlərdəki meyvə ağaclarını qırmaq məcburiyyətində qalmışıq. Əvvəllər meşədən çır-çırpı yığıb gətirirdik, yəni kimlərsə meşələrdəki ağacları qırıb daşıyırdı, biz də yerdə qalan çır-çırpıları yığıb qışa saxlayırdıq. İndi isə meşəyə də girə bilmirik. Meşələrin qorunması yaxşı haldır, ancaq kasıb onsuz da ordan ağac kəsmirdi, əli hər yerə çatanlar kəsirdi, kasıb da dediyim kimi, kəsimdən küncdə-bucaqda qalan çırpıları gedib yığırdı. İndi gətirib odunu ikiqat baha qiymətə satırlar bizə...”, - Lətifə Abbasova deyir.

Yağış yağanda kəndin daxili yolları palçıqdan keçilməz olur. Kənd sakinləri yolların təmiri üçün dəfələrlə yerli icra hakimiyyətinə müraciət etdiklərini deyirlər: “İcra hakimiyyəti bələdiyyənin üstünə, bələdiyyə icra hakimiyyətinin üstünə göndərir. Bu kəndin yoluna, qazına, işığına sahib çıxan yoxdur. Bələdiyyənin başı torpaq satmağa qarışıb, kənddə bir qarış torpaq qoymayıb, hamısını satıb. İcra hakimiyyəti eləcə rayonun mərkəzini bəzəməklə məşğuldur. Hazırda məktəb yoxdur, uşaqlar çölə çıxmır. Pandemiya bitəndən, məktəblər açılandan sonra yenə uşaqların əzab-əziyyəti başlayacaq. Heç olmasa o vaxta qədər kənd yollarına bir əncam çəksinlər”.

Hə, bir də sakinləri narahat edən kənddəki yaşayış evlərinin yaxınlığında qırılıb yerə düşən yüksək gərginlikli elektrik naqilidir. Sakin Rəsul Mehrəliyev deyir, faciə baş verməsin deyə, 1 aydan çoxdur ki, həmin ərazidə əməlli-başlı keşik çəkir: “Küləkli havada naqil qırılıb yerə düşdü, 1 aydan çoxdur ki, işimi-gücümü buraxıb, uşaqları qorumaq üçün həmin ərazidə keşik çəkirəm. Yağış yağır, yer islanır, təhlükə daha da artır. Allah göstərməsin, o naqilə toxunan olsa, yerindəcə külə dönər. Dəfələrlə yerli işıq idarəsinə, bələdiyyəyə gedib məlumat vermişəm, hər dəfə də deyirlər: “Get evə, gəlib tədbir görəcəyik””.

Oxşar xəbərlər

Başçısı həbs olunan rayonda sakinlər çarəsiz qalıb... - Şikayətlərə baxan yoxdur...
Asif Ağayev kimi icra başçısı olmaqdansa... - GİLEY
5 villası olan başçının sakinlərdən xəbəri yoxdur... - GİLEY
Başçının 5 villası var, vətəndaş isə çöllərdə gecələyir... - NARAZILIQ...
"Bir binanın yarısında istilik var, yarısında yox" - Sakinlərdən narazılıq
“Azəristiliktəchizat”ın növbəti özbaşınalığı: - “Əlavə pul yığır”
"Elnur Rzayev icra başçısı təyin olunandan sonra..." - GİLEY
Nazirin NƏZƏRİNƏ: Bu kənddə təhsil almaq imkansızdır... - NƏ ETSİNLƏR?
Camaatı soyuqdan qıran kimdir? - İki dövlət qurumu günahı bir-birinin üstünə atır
Astarada narazılıq yaradan kimlərdir? - GİLEY
“Azəristiliktəchizat” ASC necə narazılıq yaradır...
Şair Alxasov Qarabağ qazisi ilə bir dəfə də olsun maraqlanmayıb... - FAKT
Gənc icra başçısı üçün də sakinlər önəmli deyil... - GİLEY
Tovuzda iki körpə uşaqlı ailə dörd aydır susuz qalıb
Sumqayıtda TƏHLÜKƏLİ VƏZİYYƏT... - Qaçqınlar xəstəliklə üz-üzə...
Qurumun borcuna görə Bakı yenə istiliksiz qaldı
“Torpağı əkmək üçün toxum almağa belə imkanları çatmır” – Kəndlinin çətin durumu
Ağsuda “yaşıl soyqırım” - 22 palıd kökündən kəsilib / Fotolar
"İcra hakimiyyəti vəziyyətimdən xəbərdardır" - GİLEY
Qələbə münasibətilə əfv olacaqmı? - “İndi lap yeridir”
Ermənistanın bütün sərhədləri Rusiyaya verildi - Əsgərsiz qalan Paşinyanın "çıxış yolu"...
Ağstafada icra hakimiyyəti nəyə lazımdır? - "Dəfələrlə şikayət etsəm də..."
"Günlərlə quru çörəyi belə tapmırıq" - GİLEY
Bəzi ərazilərdə istilik mövsümü niyə gecikir? - AKTUAL
“Neftçala camaatı su deyıb haray çəkir” – Sabir Rüstəmxanlı
Füzulidə fermerlərin suyu kəsilib – ƏKİN SAHƏLƏRİ YANIR
İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... - GİLEY
Ermənilər Zəngəzurdan geri çəkilir?
"Əgər ermənilər özləri öz canlarını bu xuntadan qurtara bilmirsə, biz onlara kömək edəcəyik" - Prezident İlham Əliyev
Masallıda təhsil problemi: O tualet kimə lazımdır? - GİLEY