Alimpaşa Məmmədov hələ də öz ampulasındadır - İTTİHAM
15-01-2021, 12:01
72

Alimpaşa Məmmədov hələ də öz ampulasındadır - İTTİHAM

Rayon icra Hakimiyyəti başçılarının həbs dalğası başlayandan sonra dövrü mətbuatın “növbəti” nominasiyası üzrə ən çox adını hallandırdığı namizədlərdən biri də Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovdur. Amma uzun müddətdir ki,haqqında yazılanlara baxmayaraq sözügedən şəxsin “yaxın zamanı” gəlib çatmaq bilmir. Yəni, Alimpaşa Məmmədov hələ də öz ampulasındadır.

Hüquq mühafizə orqanları tərəfindən hələ 2019-cu ildə Şəmkir rayon Kommunal Təsərrüfat Birliyinin rəisi Teymur Hacıyevın saxlanılması ətrafında yaranmış ajiotaj Alimpaşa Məmmədovdan bir başçı kimi nəinki yan keçdi, hətta birlik rəisinin yenidən iş başına qayıtması ilə nəticələndi. Bu gün Teymur Hacıyev də öz ampulasındadır. Deyilənlərə görə ötən il Bakıdan birliyin fəaliyyətini yoxlamağa getmiş “DOST” Agentliyinin işçilərinin qarşısına Teymur Hacıyev ictimai işlərə cəlb olunmuş kimi onlarla manikürlü, pedikürlü xanım çıxarıb. Hansı ki,həmin manikürlü, pedükürlü xanımlar güya Şəmkir şəhərinin küçələrində təmizlik işləri aparırlar. Halbuki evlərində oturub Teymur Hacıyevin verdiyi kartdan pul çıxarırlar.Belələrinin sayı məlumatlara görə yüzlərlədir. Onların işini isə beş-on nəfər kasıb-kusub görür.

Bunları qoyaq bir kənara. Hələ 2019-cu ildə, Şəmkir rayon Kommunal Təsərrüfat Birliyinin rəisi Teymur Hacıyevın saxlanılması xəbəri yayılmamışdan on gün əvvəl Alimpaşa Məmmədovun əmri ilə Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş Pərviz İbrahimov da deyinlərə görə bu kimi işlərdən geri qalmır. Vaxtı ilə,hələ gənc yaşlarından Şəmkir kimi bir rayonun İcra Hakimiyyətində sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi vəzifəsində çalışmış Pərviz İbrahimovu hamı Alimpaşa Məmmədovun kadrı kimi tanıyır.Onun daha kimə bağlı olduğunu da biz bilirik. Növbəti yazıların birində onu da açıqlayacıq. O ki qaldı, İcra başçısı ilə 35 yaşlı bu gənc kadrın gördüyü işlərə?

Aktualinfo.org Alimpaşa Məmmədovun başçılığı altında Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2020-ci ildə keçirdiyi kotirovka sorğuları ətrafında araşdırmalar aparıb.Burada dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinin pozulması halları başdan aşır.Biz onların bir qismini diqqətinizə çatdırırıq,nəticəni özünüz çıxarın.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi keçirdiyi bir neçə kotirovka sorgusunun nəticələrini 31.12.2020-ci il tarixdə açıqlayıb. Qeyd edək ki, nümayəndəlik sair torpaq, tikili və avadanlıqların satın alınması (mebel dəstləri, masalar, kreslolar, kürsülər, dolablar, şkaflar, stellajlar və s.) üzrə keçirdiyi kotirovka sorğusunda “Qafqaz Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə və 34 296.07 manat dəyərində müqavilə bağlayıb.

Nümayəndəliyin maşın və avadanlıqların satın alınması üzrə keçirddiyi kotirovka sorğusunun da qalibi “Qafqaz Group” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və 37 997 manat dəyərində müqavilə bağlanılıb.

Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması üzrə 7994.5, dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə isə 8928.1 manat dəyərində müqavilələr də “Qafqaz Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb. Göründüyü kimi nümayəndəlik ayrı ayrı işlərin görülməsi üzrə bir MMC ilə ümumi olaraq 89 215 manatlıq müqavilə bağlayıb.

Şəmkir şəhər 7 saylı körpələr evi uşaq bağçasının cari təmiri işləri üzrə 29965.01 manat,Şəmkir şəhər 7 saylı körpələr evi uşaq bağçasında təmir işləri üzrə 57846.61 manat dəyərində satınalma müqavilələri “ANTİK-20” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb ki,ümumi olaraq 87 811 manat təşkil edir.

Nümayəndəlik tərəfindən Şəmkir şəhər S.Vurğun 277, 155/4, 155/8, 141/7, Çinarlı qəsəbə A.Mürşüdov 11/4, Şəhriyar 34 ünvanlarında dam örtüklərinin dəyişdirilməsi və Çinarlı qəsəbə S.Vurğun 160, Şəhriyar 48 ünvanlarında təmir işlərinin satın alınması üzrə 119 410.55 manat satınalma müqaviləsi isə “SH MEMORIAL” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb. Bu həmin “SH MEMORIAL” MMC-dir ki,19.05.2020-ci il tarixdə Şəmkir rayon İcra Hakimiyyətinin Şəmkir rayonu, Kür qəsəbəsi S.Vurğun 3A və Şəhriyar 1 ünvanlarındakı çoxmənzilli yaşayış binaları üçün 2(iki) ədəd liftin alınması və quraşdırılması işlərinin satın alınması üzrə keçirdiyi tenderin qalibi olmuşdu və 104 854.8,yəni hər biri 52 min manata iki liftin alınmasına müqavilə bağlamışdı.Aprelin 1 də yaradılmış MMC ilə mayın 19-da müqavilə bağlamaq satınalmalar haqqında qanunun tələblərinə nə dərəcədə uyğundur?

İndi isə Şəmkir rayonunda iş görən MMC-lərə diqqət yetirək.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “QAFQAZ-GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsində 11.02.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının ŞƏMKİR RAYONU, DƏLLƏR ÇƏYİR qəsəbəsi,qanuni təmsilçisi kimi Cəfərov Cəfər Etibar oğlu qeyd edilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ANTİK-20″ Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsində 11.02.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının ŞƏMKİR RAYONU, DƏLLƏR ÇƏYİR qəsəbəsi,qanuni təmsilçisi kimi Cəfərov Cəfər Etibar oğlu qeyd edilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında”SH MEMORIAL” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsində 01.04.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının ŞƏMKİR RAYONU, DÜYƏRLİ qəsəbəsi,qanuni təmsilçisi kimi Cavadov Pərvin Fərhad oğlu qeyd edilib.

09.06.2020-ci il tarixdə Şəmkir şəhəri Həzi Aslanov, Səməd Vurğun, M.Ə.Sabir, küçələrində abadlıq işlərinin satın alınması üzrə keçirilmiş müsabiqədə Şəmkir Rayon İcra Hakimiyyətinin 498 901.23 manat müqavilə bağladığı “QAFQAZ TƏMİR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti də yuxarıda qeyd etdiyimiz şəxslərə,yəni bir ailənin digər üzvünə,Cavadov Fərhad Kamal oğluna məxsusdur.

Alimpaşa Məmmədovun daimi işbirliyi qurduğu şirkətlərdən biri də “GREAT VAY” Məhdud Məsuliyyətli Cəmiyyətidir ki,Şəmkir şəhərində Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov, Mirzə Fətəli Axundov, Həsən Əliyev küçələrində yolların əsaslı təmiri işlərinin satın alınması üzrə elan olunmuş açıq tenderdə 795 783.22, Şəmkir rayon Kür qəsəbə M.Ə.Rəsulzadə, V.Xuluflu, S.Vurğun, N.Nərimanov, Şəhriyar və Şəmkir şəhər Şahlar Musayev, M.Ə.Rəsulzadə küçələrində yolların əsaslı təmiri işlərinin satın alınması üzrə 554 241.46 manat müqavilələr bağlanılıb.Bu MMC-nin qanuni təmsilçisi rayonun Yuxarı Seyfəli kənd sakini Qasımov Qabil Qasım oğludur ki,adına yaratdığı bir neçə MMC ilə demək olar Şəmkirdə bir çox iri həcmli tenderlərin daimi qalibi olub.

Göründüyü kimi Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin keçirdiyi kotirovka sorğularının mütləq qalibləri rayon İcra Hakimiyyəti tərəfindən keçirillmiş tenderlərin qalibləri ilə eynilik təşkil edir.Burada daha çox diqqət çəkən məqam hansılardır? Hər ikisi tender elanlarından bir-iki ay əvvəl, həm də eyni gündə yaradılan MMC-lərin,”Qafqaz Group” və “ANTİK-20” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin bir nəfərə məxsus olması və bir ayın içində ayrı-ayrı işlərin görülməsi üzrə ümumi olaraq 177 min manat dəyərində müqavilələrin bağlanılmasıdır. Qanuni təmsilçilərinin ata-oğul olduğu digər MMC-ləri də burada görməmək mümkün deyil. Bu şəxslərin ayrı -ayrı kəndləri hüquqi ünvan göstərmələri və Mərkəzi Seçki Komissiyasının seçicilərin adbada siyahısında sözügedən şəxslərin bu ünvanlarda daimi qeydiyyatda olmamaları İcra Hakimiyyətinin keçirdiyi bütün tendrləri artıq şübhə altına ailmış olur.Yəni hər şey formal olaraq təşkil edilir,Alimpaşa Məmmədov isə hələ də öz ampulasındadır.
Aktualinfo.org

Oxşar xəbərlər

Şəmkirin icra başçısının BAŞI DƏRDDƏ - Ona cinayət işi açıla bilər
Alimpaşa Məmmədov o qədərmi kasıblayıb? - GİLEY
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Alimpaşa Məmmədov yeni vəzifəyə hazırlaşır... - İDDİA
Alimpaşa Məmmədov himayəçi axtarışında və yaxud yeni mahnılar köhnə ifada...
Şəmkirdə yanan bazar Alimpaşa Məmmədovun oğluna məxsusdur
Şəmkirin başçısı bu təfəkkürlə düzələsi deyil...
İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video
Həbs edilən icra başçısının oğlu bu rayona müstəntiq təyin edildi
Şəmkirdə Alimpaşa “oyunbazlığı”: Bir yerin iki “adaxlısı” var - NARAZILIQ...
“Qara maskalı”lar icra başçılarını yenə “ziyarət edəcək”: - “Dövlətin qaydalarına əməl etmirlər”
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
Məhkəmə icra başçısının sahibkara qarşı iddiasını rədd etdi — FOTO
Cəlilabadın başçısı ilə birlikdə tutulanların ADLARI
Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində iş görən kim, pul alan kimdir? - İTTİHAM
Şəmkir icra başçısının biznes”layihələri”-VİDEO
YAS MƏCLİSİNƏ BASQIN EDƏN BAŞÇI BELƏ ŞƏNLƏNİR - "Bravo, Alimpaşa!" (VİDEO)
Tərtərin icra başçısına daha bir İTTİHAM: “Müharibə vaxtı gecələr…”
İcra başçısı həbs olunan rayonun məmuru intihar etdi
Alimpaşa Məmmədovun ərköyün direktoru
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi
Quba icra başçısının başı dərddə - İTTİHAM
İcra başçısı karantin qaydalarını pozaraq, içki məclisi təşkil etdi – Video
Mirqafar Seyidovun vəzifəsini o icra edəcək
Cəlilabadın icra başçısı rüşvət alarkən həbs edildi - YENİLƏNİB
Kəlbəcərlilər qələbə sevinclərini bölüşdülər - FOTO/VİDEO
Nərimanov rayon icra hakimiyyətinin şöbə müdiri dünyasını dəyişdi – Məsələ araşdırılır
Həbsdəki sabiq icra başçısı koronavirusa yoluxdu
Quba icra başçısının başı dərddə
Zərdab və Lerikdə də əməliyyat baş tuta bilər... - İLGİNC İDDİA