"Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər” - ŞOK AÇIQLAMA
15-01-2021, 18:39
217

"Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər” - ŞOK AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun məlumatına görə, iş üzrə toplanmış ilkin sübutlar əsasında Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Modern.az-a deyib ki, “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər. Söhbət haqqı çatmadığı halda “Jurnalistlər binası”nda mənzillər sahiblənən şəxslərdən gedir:

“İstintaq davam etdiyinə görə, mən çox geniş açıqlama vermək istəmirəm. Amma, Baş Prokurorluğun yaydığı məlumatlara görə, həbs edilmiş və barəsində 4 ay həbs qətimkan tədbiri seçilmiş Vüqar Səfərlinin rəhbərlik etdiyi qurumun fəaliyyəti tam araşdırılacaq. Əgər mənimsəmə və digər hallardan başqa, həmin binada mənzil almağa hüququ olmayan şəxslərin mənzillə təmin olunduğuna dair fakt qeydə alınsa, bu, istintaq zamanı araşdırılacaq. Belə hallar olarsa, mülkiyyətə dair bağlanmış müqavilə ləğv ediləcək. Mən ümid edirəm ki, daha sonra həmin mənzillər hüququ çatan jurnalistlərə veriləcək”.

Oxşar xəbərlər

Vüqar Səfərlini 14 ilədək həbs cəzası gözləyir
Vüqar Səfərli həbs olundu – RƏSMİ AÇIQLAMA
Baş Prokurorluq: KİVDF-də qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanıb
“Zaminbank”ın həbs edilən vəzifəli şəxsindən XƏBƏR VAR
Cəlilabadın sabiq icra başçısının ittihamları məlum oldu - külli miqdarda rüşvət almaqda təqsirləndirilir
Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək? – “Bu işlərdə əli olan hər kəsin həbsi mümkündür”
Vüqar Səfərli ilə birgə bu şirkətin rəhbəri də HƏBS EDİLDİ
Vüqar Səfərlinin mənimsədiyi milyonlar...
Bakıda məktəb direktoruna yarım milyon manatlıq ittiham: Cinayət işi açıldı
Şirkət əməkdaşlarının cinayət işi məhkəməyə göndərildi
Sabiq məktəb direktorunun işi məhkəməyə GÖNDƏRİLDİ
Özünü prokurorluq əməkdaşı kimi təqdim edən həbs olundu
Büdcədən “Jurnalist binaları”nın tikintisinə nə qədər vəsait ayrılmışdı... - RƏQƏMLƏR
“AzGold” MMC-nin rəhbəri həbs edilib
Vüqar Səfərli işdən çıxarıldı (SƏRƏNCAM)
Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Vüqar Səfərlinin həbsinə TƏDARÜK GEDİR
Həbs olunan Vüqar Səfərlinin oğlu Gömrük Komitəsində İŞLƏYİR
Daha bir şirkət rəhbəri həbs edildi
Sabiq hakim 100 min manatlıq dələduzluqda ittiham edilir
Qanunsuz idman mərc oyunları oynayanlara xəbərdarlıq
Əli Həsənov həbsdən qurtulmaq üçün Ərdoğanla görüşmək istəyib - İDDİA
Vüqar Səfərli Həsənovu ələ verdi: “Onun tapşırığı ilə…”
“Azərxalça”nın rəhbəri HƏBS EDİLDİ
Bakıda qanunsuz işlərlə məşğul olan vəzifəli şəxslər SAXLANILDI
Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi
Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?
Azərbaycanda bu xəstəxananın direktoru külli miqdarda pul mənimsəyib
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
DTX əməliyyat keçirdi - həbs olunanlar var (VİDEO)