Məzən olsun, Veysəloğlu – 1 ədəd narın qiyməti 1m 35 qəpik
11-02-2021, 11:44
339

Məzən olsun, Veysəloğlu – 1 ədəd narın qiyməti 1m 35 qəpik

1994-cü ildən fəaliyyət göstərən Veysəloğlu  Şirkətlər  Qrupu bu gün ölkədə 100-dən artıq fabrikə, mağazalar şəbəkəsinə, hətta “Ulduz” şokolad fabrikinə və digər obyektlərə sahibdir. Və yəni  öz fəaliyyət sahəsini genişləndirir. Amma təəssüf ki, bu boyda şirkətin  xidməti və məhsulları  nəinki müasir tələblərə, heç orta səviyyəyə də uyğun deyil.  
Şirkətin istehsal etdiyi  şokoladların içindən nələr çıxmır ? 
Bəzi sahələri monopoliyaya alması isə şirkətin ən zəif yeridir. 
Ən əsası ilə dəfələrlə  süni qiymət artımı ilə bağlı  cənab Prezidentin xəbərdarlıq etməsinə baxmayaraq Veysəloğlu şirkəti süni qiymət artımı məsələsində hamıdan öndə gedir. 
Vergidən yayınma, idxal olunan məhsullara  qoyulan faizlərin əndazəni aşması və digər  köhnə xəbərləri  bir yana qoyaraq  keçək, lap təzə məlumatlara. 
Bəli, son vaxtlar yanacağın, suyun və s qiymət artımından  istifadə edən Veysəloğlu  şirkəti əməlli-başlı qiymətləri şişirdib. 
Məsəl var deyir ki, dənizin dadını bilmək üçün bir damcı da kifayətdir. 
''Gündəlik Bakı'' qəzetinin(gundelik-baku.com) əməkdaşı  Veysəloğlu şirkətinə məxsus, Ağır Cinayətlər Məhkəməsi ilə üzbəüz  SPAR marketində meyvə-tərəvəzlərin heç bir normaya sığmayan qiyməti ilə rastlaşıb. 
Ölkəmizdə ən çox yetişdirilən məhsullardan biri olan narın  bir ədədi 1 manat 35 qəpikdir. Bəli, təəccüblənməyin  əməkdaşımız 4 ədəd nara 5 manat 40 qəpik ödəyib.  
Deməli, 1 ədəd narın qiyməti = 540 : 4 = 135 qəp = 1 m 35 qəp
Əməkdaşımız  digər bir məhsulun qiymətini isə  4 manat 99 qəpik görüb. Görəsən Veysəloğlunun başbilənləri bu qiyməti necə müəyyən edib. Niyə, 5 manat, yaxud 4 manat 95 qəpik yox, məhz 4 manat 99 qəpik ? 
Bir məsələ də maraqlıdır. Bu gün müəllimin dərs saatının qiyməti  1manat 10 qəpikdir. Deməli, müəllim 1 saatdan çox işləməlidir ki, Veysəloğludan 1 ədəd nar ala bilsin. Məzən olsun, Veysəloğlu..

Oxşar xəbərlər

"Veysəloğlu"nun şirniyyatı təhlükəlidir... - FOTOFAKT
Veysəloğlu Şirkətlər Qrupu və ona daxil olan şirkətlər “YAŞAT” Fonduna 1 milyon manat köçürdü
“Taksi qalmaqalı”nın SÜRPRİZ NƏTİCƏSİ: - Şirkətlər qiyməti niyə qaldırır?
Azərbaycanda ərzağın qiyməti ilə bağlı son durum - Video
Ermənilərin məhsulunu Bakıya gətirən və satan şəbəkə
Un bahalaşdı: Süni artım, yoxsa iqtisadi zərurət? - GƏLİŞMƏ
Təbii qazın da qiyməti qalxaqcaq? - Rəsmi açıqlama
Marketlərdə kəskin bahalaşma: Qiymətlər nə qədər artdı?
SOCAR  ölkədə  yanacaq  monopoliyası  yaradır-ARAŞDIRMA
Ermənistan partlayışla üz-üzə: Əhalinin səbri tükəndi
“Yeni bahalaşma dalğası gəlir” - NƏ BAŞ VERİR?
Şadlıq evlərində növbə var - Toylar başlayır?
Növbəti bahalaşma!Çörək bu qiymətə olacaq – SON DƏQİQƏ AÇIQLAMASI
Ermənistanda ərzaq məhsulları kəskin bahalaşdı - VİDEO
Ölkənin daha bir bank sektorunun nümayəndəsi Pronet MMC HRM sistemindən istifadə etməyə başladı
Məşhur holdinqin şirkəti ləğv olundu
Kafe və restoranlarda qiymətlər niyə bahalaşıb? - AÇIQLAMA
Səfər Mehdiyev bahalaşmaya necə rəvac verir... - DGK-nin ləğvi yenidən gündəmdə...
AĞALAR Vəliyev tikinti sektorunu AĞLAR günə qoyub-Ağalar Vəliyev kimdir ?
Azərbaycanda karantindən istifadə edən işbazlar - VİDEO
''Veysəloğlu''-nun Spar marketi müştəriləri belə aldadır-FOTOFAKT
Ermənistanda ərzaq məhsullarının qiyməti kəskin bahalaşdı
Siqaretlərin yeni QİYMƏTLƏRİ - SİYAHI
Eyni adda dərmanlar müxtəlif qiymətə satılır – Səbəb nədir?
Ərzaq və kənd təsərrüfatı məhsulları bahalaşacaq - Gözlənti
Azərbaycanda bahalaşmanın səbəbi AÇIQLANDI
Əsassız qiymət artımına qarşı nəzarət gücləndirilir - Diqqət!
Bahalaşmada yeni dalğa: - Pandemiyanın qiymətlərə təsiri
Ermənistanı çörək qıtlığı və bahalaşma gözləyir - Erməni nazir
Ramiz Mehdiyevin kürəkəninə arxayın olanlar dövlətə meydan oxuyur - Saxta sement mafiyasının işləkləri