İqbal Məmmədovun milyonluq vergi maxinasiyaları - Deputat həbs oluna bilərmi?-VİDEO
16-02-2021, 13:54
429

İqbal Məmmədovun milyonluq vergi maxinasiyaları - Deputat həbs oluna bilərmi?-VİDEO

İqbal Məmmədov öz seçicilərinə deyir ki, mənə sizin səsiniz vacib deyil, onsuz da deputat MANDAT-ı cibimdədir.

Deputatın  obyekti bir günə 972 : 365 = 2 m 60 qəpik vergi ödəyib 


 Bütün sirlər  tərcümeyi-halda  gizlənib. Ona görə də kiminlə bağlı yazmaq istəsəniz onun RƏSMİ tərcümeyi-halına baxın. Lerikin deputatı İqbal Məmmədovun rəsmi avtobioqrafiyasına baxanda öncə bir cümlə diqqəti cəlb edir:


 “Lerik rayonunun Rəzgov kəndində ZİYALI  AİLƏSİNDƏ anadan olub”. Ziyalı ailə söhbəti son illər lap gülünc mövzu olub... Həqiqətən  ziyalı ailədə doğulan adam ölkə qanunlarına hörmətsizlik edərmi? Axı, Azərbaycanın ANA YASASINDA yazılıb ki, deputatın, məmurun biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağandır. Bəs, necə olur ki, ziyalı ailədə doğulan deputat İqbal Məmmədov neçə illərdir ki, biznes fəaliyyəti ilə məşğuldur,  otelləri, ticarət obyektləri, turizm mərkəzləri və s. Hərənin bəxti  bir cürə parlayır. İqbal müəllim, Rövnəq Abdullayevlə tanış olandan sonra  bəxt quşu çiyninə qondu. Və deputat oldu. Təsəvvür edirsiniz, İqbal Məmmədov öz seçicilərinə deyir ki, mənə sizin səsiniz vacib deyil, onsuz da  deputat MANDAT-ı cibimdədir. Bu artıq  dövləti cinayətdir. Yəni səs versəniz də, verməsəniz də mən DEPUTAT-am. Bunlar azmış kimi  İqbal Məmmədov dövlətin rayona ayırdığı  maliyyə vəsaitlərini öz şəxsi  biznesinə yönəldir, rayonda ən böyük istirahət və turizm mərkəzi  olan RELAX  cənab deputata məxsusdur.  Oxucuların yaxşı yadında olar bu mərkəzdə Vergilər  Nazirliyinin əməkdaşlarını əməlli-başlı döydülər. Bəli, deputatın oğlu Mirhəmid  İqbal oğlu Nərimanlı və dostları  obyektdə yoxlama aparan  nazirliyin əməkldaşlarına qarşı müqavimət göstərdilər, zorakılıq etdilər. Düzdür, sonra həmin şəxslər həbs edildi və az müddət sonra azad edildilər. 
Yoxlamanın səbəbi nə idi? 
27 hektar ərazini əhatə edən, onlarla ictimai-iaşə obyekti olan mərkəz 2019-cu ildə cəmi 972 manat vergi ödəyib. Deməli, bir ilə, yəni 365 günə böləndə bir günə təxminən 2 manat, yəni bir çaynik çayın pulu... Və haqlı olaraq vergi işçiləri mərkəzdə yoxlama  keçirmək istəyəndə deputatın oğlu və dostları müqavimət göstəriblər. Mediada yazılanlardan bəlli olur ki, torpağı zəbt olunan, sonra həbs olunan Lerik sakini deputatın əməllərindən bezərək sonda intihar edib. İnsanı ölüm həddinə çatdırmaq ən ağır cinayətdir. Ən vacibi bilirsiniz nədir ? Yaxşı  deputatın bu əməllərinə niyə rayon prokurorluğu, polisi, icra başçısı “DUR” demir. Yaxşı Vergilər Nazirliyinin işiçiləri neçə illərdir hara baxırdı? Lerik sakinləri işıq, qaz, su, yol sarıdan hər gün dövlət orqanlarına şikayət edir. Ancaq deputat İqbal Məmmədovun  bütün obyektlərində qaz da, işıq da, su da var. Bu necə olur axı..?  Vətəndaş  üzünü yumağa su tapmır, amma deputatın obyektində hər şey var. Hələ deputatın broyler  fabrikindən danışaq... Deməli, broyler  fabriki dezinfeksiya olunur və bütün zəhərli maddələr axıdılır çaya. Bununla bağlı video da var. Və körpə balıqlar qırılır. Buna görə, qanunla deputat  cavab verməlidir e. Bəlkə deputatın KASPİ YILDIZ  şirkətindən danışaq... Nə qədər vergidən yayınma var ?    Bu və digər məsələlərlə bağlı növbəti yazıda.

Oxşar xəbərlər

İqbal Məmmədovun 200 minlik lüks avtomobili - Foto
İqbal Məmmədov MÜFLİS OLUB? - FOTO
Fürsətkeş deputat xalqın başına gələn bəladan da dividend qazanmaq istəyir
İqbal Məmmədov karantin qaydalarını pozdu – Maskanı çənəsinə taxdı - FOTO
Deputat "Vergilər" qəzetində çıxan elanı niyə sildirdi? – FOTOFAKT
“Relax” Ailəvi İstirahət Mərkəzində Yeni İl Şənliyinə Hazırlıq Gedir?-Fotofakt+Video
Deputatdan qanunlara “atəşin salam” – “Relax” sevgililər günü turları təşkil edib
İqbal Ağazadə prezident aparatına və DTX-yə müraciət etdi – İcra başçısına görə
Deputatın istirahət mərkəzi bələdiyyə büdcəsinə niyə vergi ödəmir? — RƏSMİ AÇIQLANDI
Lerikin icra başçısından Prezidentə şikayət olundu - MƏTN
Deputatın oteli 40 şəhid verən Lerikdə şənlik hayında – Foto
Deputatın köməkçisi qaş düzəltdiyi yerdə vurdu göz çıxardı... - Qəribə AÇIQLAMA
AĞALAR Vəliyev tikinti sektorunu AĞLAR günə qoyub-Ağalar Vəliyev kimdir ?
Həbs edildiyi deyilən Rasim Məmmədovun 3,3 milyon manat vergi borcu var - İLGİNC
Millət vəkilinin biznes imperiyası böyüyür
Tərtərin icra başçısına daha bir İTTİHAM: “Müharibə vaxtı gecələr…”
"Mall"lar nə vaxt işə başlayır? — Operativ Qərargahdan AÇIQLAMA
Ramiz Mehdiyevin biznes ortağı həbs oluna bilər
Şirvan RİH-in başçısı İlqar Abbasov rayonlara  “arenda”  kimi baxır…-İlqar Abbasov  25  il  harada olub?-VİDEO
Azərbaycanda 10-da çox deputat virusa yoluxdu - ADLAR
Rövnəq Abdullayevlə Mübariz Mənsimov arasında savaşa səbəb olan şəxs bilindi-ORTADA ƏSASLI İDDİALAR VAR
Mehdiyevin “qara kassası” niyə həbs olundu? – Pərdəarxası
"Ermənistan vətəndaşları Azərbaycan ərazisindən çıxarılmalıdırlar" - Partiya sədri
Ağstafanın icra başçısı  sarıdan bəxti gətirmir... -Məhərrəm getdi, Seymur gəldi, ancaq haman göl, haman qurbağa..
İqbal Məmmədova qarşı şok ittihamlar... - VİDEO
Sabiq deputat DTX-ya müraciət etdi - Rasim Məmmədov işinə görə
Əbülfəz  Məlikovun “Legenda”sı və 420 min avro ziyan-MƏLİKOV HƏBS OLUNA BİLƏR
Könül Nurullayeva ermənilərə qahmar çıxdı, elə bir “gül” vurdu ki…
Elton Məmmədov bağlanan milyonluq şirkətdən DANIŞDI
“Yəqin öz sahiblərinə də “atıb”” - Rasim Məmmədovun 5 milyon ziyan vurduğu sabiq deputatdan İLGİNC AÇIQLAMALAR