Şəhidlərimizə hörmətsizlik edən Niyazi Bayramov, kürəkənin Qarabağda döyüşübmü ?- Xalqdan qorxmursunuz, Allahdan qorxun, cənab icra başçısı
5-03-2021, 13:48
425

Şəhidlərimizə hörmətsizlik edən Niyazi Bayramov, kürəkənin Qarabağda döyüşübmü ?- Xalqdan qorxmursunuz, Allahdan qorxun, cənab icra başçısı

Bu gün sosial şəbəkələrdə Gəncə şəhərinin Şəhidlər Xiyabanında şəhid məzarları üzərində olan gül çələngləri, bayraq və bəzəklərin sökülməsiylə bağlı görüntülər yayılıb. Görüntülərdən aydın olur ki, kiçik bayraq və gül çələngləri yaxınlıqdakı zibil qutusuna atılıb. Şəhidlərin yaxınları bu vəziyyətə narazılıq edib, bu addımın onlardan xəbərsiz atıldığını bildiriblər.
İcra hakimiyyəti  isə öz biabırçı  hərəkətlərinə bəraət qazandırmaq üçün bildirib ki, guya  məzarlıqda təmizləmə işləri  aparılır. 
Görəsən, bu rəhbər şəxslər başa düşmür ki, Azərbaycan bayrağını  zibil qabına atmaq təmizləmə deyil, cinayət əməlidir. 
Şəhid məzarlarına qoyulmuş  çiçək çələnglərini  zibilxanaya atmaq bəlkə şəhid ruhlarına etiramdır, ay nankorlar ? 
Həmin şəhidlərin hesabına bu gün başımızı qaldırıb gəzə bilirik. 
Hansı məmurun oğlu erməniyə güllə atıb ? 
Hansı icra başçısının oğlu müharibədə şəhid olub ? 
Hansı məmurun  kürəkəni  döyüşdə  yaralanıb ?  
Bəlkə Mingəçevirin keçmiş, Gəncənin indiki başçısı Niyazi Bayramovun  kürəkəni Arif  Rəhimov  Qarabağ  savaşında 1-cə saat iştirak edib ? 
Əsla, ola bilməz. 
İcra başçısının kürəkəni Arif  Rəhimov  idman nazirimiz Azad Rəhimovun oğludur. Və idman yarışlarında büdcədən milyonlar yoxa çıxdığı üçün ölkədən qaçıb. Atası Azad Rəhimov isə neçə aydır ABŞ-da müalicə olunur. 
Bax, bunların övladları, kürəkənləri ofşor zonalarda “qəhrəmanlıq” edirlər. 
Sonra isə şəhid məzarlarına hörmətsizlik edirlər. 
Görəsən, Gəncənin icra başçısı Niyazi Bayramov niyə susur ? 
Şəhid məzarlığında baş verənlərdən xəbərsizdir ? 
Niyazi Bayramov, sələfin Elmar Vəliyevin başına gələnlərdən nəticə çıxartmırsan ? 
İnsanların heysiyyatı ilə oynamaq olmaz.

Həbs olunan icra başçılarını göz önünə gətirmirsən?
 Axı, şəhid atasının, şəhid qardaşının, şəhid oğlunun  siz məmurların şəhid məzarlarına belə hörmətsiz  münasibətinizə bir gün cavab verilə bilər. 
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının bir məşhur sözü var: “ Xalqdan qorxmursunuz, barı, Allahdan qorxun”.

''Gündəlik Bakı''nın Araşdırma Qrupu(gundelik-baku.com)

Oxşar xəbərlər

Gəncədə daha bir şəhid ailəsinin müraciəti öz həllini tapdı - Foto
Beyləqanda şəhid atası icra başçısının verdiyi 300 manatı geri qaytardı – NARAZILIQ
Siraqəddin Cabbarovla bağlı ŞOK İDDİA - Özünə necə xal toplayır...
Ərdoğan Trampın məktubunu zibil qutusuna atdı
İcra başçısı müavini və şöbə müdirini işdən çıxardı
Zibilxanaya çevrilən “Qum hamamı” təmizlənir - Fotolar
Üç aydır şəhidlərə başdaşı yoxdur, Vidadi İsayevdən laqeydlik – Video
Gəncədə şəhidlərə hörmətsizlik: - Rəsmi qurum özünə necə haqq qazandırdı?
Qaradağdakı şəhid məzarlarının köçürülməsi başa çatdı
"Ən çox şikayət Qusarın icra başçısındandır..." - Siyahıları tutulur...
Lerikin icra başçısı ilə bağlı daha bir iddia - VİDEO
İcra başçısının “5 şəhid məzarının üstünü götürməlisən” tələbini rədd edən sahibkarın obyekti dağıdıldı - VİDEO
Şəhid ailələri ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunur
Qaradağda dəfn olunan şəhidlərin məzarları köçürüləcək? – Deputatdan açıqlama
Fəxri Xiyabanda dəfn edilməli olan şəhidlər yol kənarında dəfn edilib - Video
İcra başçısı şəhid ailələri və qazilərlə görüşdü - Foto
Körpəni öldürüb cəsədi zibil qutusuna atan valideynlər tutuldu
Şəhidə niyə qəbirüstü abidə qoyulmayıb? - AÇIQLAMA
“Əmim oğlu Vətən müharibəsində şəhid oldu“ - Nazpəri Dostəliyeva
İqbal Ağazadə prezident aparatına və DTX-yə müraciət etdi – İcra başçısına görə
Azərbaycan Ordusunun şəhid olan əsgəri Şabranda dəfn olundu
Abşeronda şəhidlərin xatirəsinə 2783 ədəd ağac əkildi - FOTOLAR
Şəhidlərin şəkillərinin avtomobillərdən çıxarılmasının SƏBƏBİ AÇIQLANDI
Qusar icra hakimiyyətinə aid qurumlar təftiş olunur... - İDDİA
Daha bir şəhidimizin plakatı sökülür - VİDEO
Qaradağda dəfn edilmiş şəhidlərin məzarlarını su basdı - FOTO
İcra başçısı işğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedib? – Video
Paşinyanın kitabı zibil qablarını “bəzədi”
Uşaq evində böyüyən şəhid dəfn olundu - Foto
Qusar rayon İcra Hakimiyyəti nə işlə məşğuldur? - Şəhidin məzarı hələ də götürülməyib