Növbə sabiq nazir  Səfər  Əbiyevə  çatır-Əsgər payından qazanılan milyonlar.....
17-03-2021, 15:14
605

Növbə sabiq nazir Səfər Əbiyevə çatır-Əsgər payından qazanılan milyonlar.....

Üfunətli  Belorus kartofundan, Ukraynadan gələn xarab donuz ətindən qazandığın milyonları qusacaqsan...

Məlumdur ki,  44 günlük  Zəfər  savaşından  sonra bir çox generallarımız  Prezident  İlham Əliyev tərəfindən yüksək mükafatlarla təltif olundular. Ancaq general-leytenant Rövşən Əkbərovun və  general-mayor  Xəqani Cəbrayılovun bu siyahıda olmaması müəyyən suallar doğurdu. Sonradan isə iki generalın nəinki mükafat almaması, hətta ordu sıralarından uzaqlaşdırılması şok effekti yaratdı. 


İki gün öncə general-leytenant, Milli Qəhrəman Rövşən Əkbərovun həbs olunması cəmiyyətdə yaranan bu suallara cavab verdi. 


Bəlli oldu ki, cənab general hələ 19 il öncə Kiyev şəhərində azərbaycanlı iş adamını hərbi bıçaqla qətlə yetirib.

 
Bu azmış kimi general səlahiyyətlərindən istifadə edib özü üçün geniş  biznes şəbəkəsi yaradıb. 
Hazırda ikinci general Xəqani Cəbrayılovun başında qara buludlar dolaşır. Onun da mənəviyyatsız əməlləri, orduda qulluq edən xanımlara qarşı hərəkətləri, donuz fermaları, Beyləqanda, Şamaxıda  qoyun sürüləri, ticarət obyektləri və daha nələri... Yəni, sözün qısası, general Xəqani Cəbrayılovun sayılı günləri qalıb. Yəqin ki, yaxın günlərdə onun da qələmi sındırılacaq. 
Digər general  Nəcməddin Sadıqovun həbs olunacağı hazırda medianın gündəmindədir. 
Daha bir generalın istintaqa çağırılması, hətta həbs oluması etimalı da medianın gündəmində  qeyd olunur. 
Söhbət 19 il  ( 1995 – 2013 ) Azərbaycan Respublikasının Müdafiə Naziri işləmiş  Səfər  Əbiyevdən gedir. 
Bəli,  Səfər Əbiyev kimi generallar Azərbaycan Ordusuna  biznes mənbəyi kimi baxırdılar. Yəni ordumuza ayrılan 100 milyonlarla  vəsaiti mənimsəyiblər,  əsgərlərimizə verilən ərzaq məhsullarına da göz dikiblər. 
Biz hələ Əbiyevin “donuza”  olan  sevgisindən danışmırıq. 
Dəfələrlə Əbiyevə xəbərdarlıq edilib ki, Azərbaycan əsgərinin qida rasionunda  donuz əti, donuz piyi yoxdur və olmaz. Əbiyev gülərək əlini yelləyib və deyib ki, donuzda  yaxşı pul var. 
Bəli, Səfər Əbiyev uzun müddət Azərbaycan ordusuna Ukraynadan xarab  olmuş donuz əti, donuz yağı gətirib və milyonlar qazanıb. 
Hazırda canlı şahidlər var ki, təsdiq edirlər ki, Səfər Əbiyevin Belorusiyadakı  şəriklərinin  vaqonla göndərdikləri kartofu  heç mal-qaraya da verməzdilər. Şahidlər bildirir ki, vaqonun qapısını açanda üfunətdən  baş çatlayırdı. Bunu Səfər Əbiyevə məruzə edəndə gülərək, heç nə olmaz deyirdi. Çünki Belorusiyanın iylənmiş kartofundan Əbiyev milyonlar qazanırdı. 
Daha nələri deyək ? 
Bəlkə “dağdan sürüşüb ölən əsgərlərdən “ danışaq, cənab Əbiyev ? 
O əsgərlərin günahı nə idi ? Onlar dağdan sürüşmüşdü, yoxsa..?
Bütün bu suallara cavab verəcəksən, cənab Səfərbala. 
Necə ki, 19 il sonra Rövşən Əkbərov cavab verir.

Oxşar xəbərlər

Vəzifədən uzaqlaşdırılan generalın milyonluq biznes SİYAHISI
Sərvət toplamağa başı elə qarışmışdı ki... - İLGİNC SİYAHI
General–mayor Xəqani Cəbrayılov saxlanılıb? - AÇIQLAMA
Generallar Rövşən Əkbərov və Xəqani Cəbrayılov ehtiyata buraxıldı
Rövşən Əkbərovun yerinə bu general TƏYİN OLUNDU - FOTO
Rövşən Əkbərovun şok biznes siyahısı — Restoranlar, ticarət mərkəzləri, yaxta...
Çox  generalın  “şapka”sı  boş  qalacaq… -  Darıxma, Rövşən Əkbərov, dostun Xəqani Cəbrayılov da yanına gəlir
Nazir Rövşən Əkbərovun bacısı oğluna yeni VƏZİFƏ VERDİ
Cəbrayılın azad olunmasında iştirak edən generallar - FOTOLAR
Rövşən Əkbərov ordudan kənarlaşdırılıb: “Ordu ilə heç bir əlaqəm yoxdur”
Təltif edilməyən generallar - SİYAHI
"Otur aşağı...səndən general olmaz"  cənab Xəqani Cəbrayılov-Xəqani Cəbrayılov yoxsa Cəbrayıl Xəqaniyev?-VİDEO
Prezident Kənan Seyidova general-mayor ali hərbi rütbəsi verdi
General Zaur Məmmədov Rüstəm Muradovla görüşdü
Həbs edilən generalın qardaşı Avropada hansı vəzifədədir?
DSX-nin 3 əməkdaşı general-leytenant, 2 əməkdaşı general-mayor oldu
Prezidentin təltif etdiyi generallar kimlərdir? - FOTO
General Xaqani Cəbrayılovun restoranları, torpaq sahələri, heyvandarlıq fermaları-  Şəhrizad xanımla  generalın  “iş birliyi “
Prezident onlara general rütbəsi verdi
Rövşən Əkbərov işində yeni detallar: Nazim İbrahimov da məsuliyyətə cəlb oluna bilər
Prezident bir sıra yüksək rütbəli zabitləri təltif etdi - SİYAHI
Kimlər general rütbəsinə təqdim olunub? - Nazirin bacanağı, rəisin bacısı oğlu... - SİYAHI
Paradda qoşun növlərinə onlar rəhbərlik edib - ADLAR
Elçin Quliyev istefaya göndərilən generala vəzifə verdi
“Onları azərbaycanlı kursantlar kimi peşəkarcasına yetişdiririk“ - General
Rövşən Əkbərov həbs edildi
Üç generalın istefaya göndərilməsinin SİRRİ
Bu gün şəhid general-mayor Polad Həşimovun doğum günüdür
Erməni general Qarabağdan QAÇDI
General Hikmət Mirzəyevin bu günə qədər aldığı orden və medallar - SİYAHI