Ekonazirliyin Milli  Hidrometeorologiya Xidmətində  Xəlil Ramazanovun, Əkbər Həsənovun “ənənə”ləri davam edir- Xidmətin  rəhbəri Umayra Tağıyeva  etimadı doğrultmur
8-04-2021, 18:15
951

Ekonazirliyin Milli Hidrometeorologiya Xidmətində Xəlil Ramazanovun, Əkbər Həsənovun “ənənə”ləri davam edir- Xidmətin rəhbəri Umayra Tağıyeva etimadı doğrultmur

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin adı uzun müddət mətbuatda  korrupsiya mənbəyi kimi hallanıb. Hətta Bakı Ağır Cinayətlər Məhkəməsində Departamentin direktoru  Əkbər Həsənovun, digər şəxslərin uzun müddət məhkəmə prosesi  olub. Uzun sürən istintaq prosesində 100-lərlə şəxsin adına maaş kartı açıldığı, 451 min manat dövlət vəsaitinin mənimsənildiyi üzə çıxıb. Bu təkcə bir faktdır. Düzdür departamentin direktoru  300 min manat pulu qaytarıb, amma baş mühasib məhkəmədə pulların nazir Hüseynqulu Bağırova verildiyini deyərək zərəri ödəməyib. 
Ümumiyyətlə, bu departamentin adı həmişə korrupsiyada və qalmaqallarda hallanıb. 
Əkbər Həsənovdan əvvəl direktor olan  Xəlil Ramazanovun da əməlləri həmişə mətbuatın bəzəyi olub. 
Kənardan baxanda çoxları düşünə bilər ki, axı hava proqnozu verən bu qurumda necə maxinasiyalar, korrupsiya ola bilər. İlk baxışdan belə görünür. Amma…
Bəlkə də çoxları bilmir ki, bu departamentin regional idarələri, az qala hər rayonda stansiyaları və s fəaliyyət göstərir. Yüzlərlə işçisi olan bu quruma dövlət kifayət qədər maliyyə vəsaiti ayırır. 
Bir məsələni də xüsusi olaraq qeyd edək ki, hətta dövlət başçısının  ölkədaxili səfərləri zamanı departament rəsmi hava proqnozunu təqdim edir. Yəni qurum çox böyük məsuliyyət daşıyır. Xırda bir səhv ciddi nəticələrə səbəb ola bilər. 
Amma çox təəssüf ki, keçmiş nazir Hüseynqulu Bağırovun zamanında, o cümlədən departamentə müxtəlif vaxtlarda rəhbərlik etmiş  Xəlil Ramazanovun, Əkbər Həsənovun vaxtında departament  ancaq korrupsiya mənbəyi olub. Yəni qurum üzərinə düşən  işləri lazımi səviyyədə yerinə yetirə bilməyib. Hətta rayonlardakı idarələrdə, stansiyalarda yüzlərlə “ölü can”lar  olub. 
Bir faktı da qeyd edək ki, bir neçə il əvvəl Qubada ölən 3 alpinistə görə, departament məsuliyyət daşımalı idi. Amma..
Amması odur ki, departamentin rəisi 300 min manat pulu gətirib ödəyəndə soruşan olmadı ki, bu pul səndə haradandır ? Sən dövlətdən konkret maaş alırsan. 
Departamentin Hava proqnozu şöbəsi olub. Və həmin şöbənin rəhbəri uzun müddət Umayra  Tağıyeva olub. Bir neçə dəfə işdəki nöqsanlara görə, vəzifəsindən kənarlaşdırılıb. Və yeni nazir Muxtar  Babayevin  təşəbbüsü ilə  Departament Milli  Hidrometeorologiya Xidmətə çevrilib, səlahiyyətləri də artıb, işçilərin sayı da. Və Umayra  Tağıyeva  Xidmətin rəhbəri olub. 
Ancaq  daxil olan məlumatlara görə, Umayra xanım da Xəlil Ramazanovun, Əkbər Həsənovun “ənənələri”ni davam etdirir. Yenə əmək müqaviləsi  olmadan işçilər çalışır, yenə rayonlarda maaş kartları kimlərin cibindədir bilinmir. Təkcə bir məsələni qeyd edək. Xidmətin tabeçiliyində olan  Şahdağ  Elm Mərkəzində baş verən maxinasiyalardan Umayra Tağıyevanın xəbəri yoxdur ?
Yoxdursa,  niyə ? 
Xəbəri varsa, niyə tədbir görmür ?
Xidmətdə baş verənlərlə bağlı araşdırmalarımız davam edir. Bizi izləyin.


Oxşar xəbərlər

Keçmiş nazir dövlətə vurduğu ziyanı ödədi - Azərbaycanda BİR İLK
Sabiq nazir Hüseynqulu Bağırov məhkəmədə dindiriləcək - TƏFƏRRÜAT
Keçmiş nazir məhkəmədən NİYƏ QAÇIR? - Yenə eyni tələb səslənsə də...
Qeyri-sabit hava neçə gün davam edəcək?
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri vəzifəsindən azad edilib.
Nazirlikdən qarlı hava ehtimalı ilə bağlı AÇIQLAMA
"İstiləşmə ölkə ərazisində qeyri-bərabər şəkildə paylanır" - Umayra Tağıyeva
Ağgöl Milli Parkında yanğın müəmması-ETSN-nə yalan məlumat verilir?-NONSES
İsmayıllıda Əfqan Qəribov-Novruz-Xəlil Ramazanov triosu  və …
Ölkənin baş hidrometeoroloqu: “Qış hələ qabaqdadır...”
Ekologiya nazirliyini “ESE”MMC ilə başqa nələr bağlayır?
Bakıda güclü külək: Nazirlik məlumat yaydı
Abşeron yarımadasında sürəti 25 metr/saniyədən çox olan küləkli günlərin sayı artıb - ETSN
Elgiz Əkbər 50 min manat təzminat istəyir - Səbəb
Meteohəssas insanların DİQQƏTİNƏ!
Sərvətlərini satmaq keçmiş məmurları xilas edəcəkmi?
Qaz ver, Ruslan Əliyev, qaz ver… - Əhali  “Azəriqaz”dan  dad deyir ...
ANS-dən Əli Həsənovla bağlı AÇIQLAMA
“Əli Həsənov iddia edirdi ki, guya ANS terroruçulara kömək edir...”
Azərbaycanda daha bir məmur koronavirusdan vəfat edib
Səlim Müslümovun həbsinin yaratdığı qorxu - Sərvətlərini satmaq keçmiş məmurları xilas edəcəkmi?
“Azər Türk Bank”ın 2 departament direktoru vəzifəsindən AZAD EDİLDİ
Direktor kollec kollektivini bezdirib... - GİLEY
Səni də eyni aqibət  gözləyir, Ağabəy Əsgərov-AZƏRBAYCAN NƏŞRİYYATINDA ƏLİ HƏSƏNOV İZİ.....
Həbs olunan məmurlar: “Yatıb çıxanlar" da var, hökm gözləyənlər də... - İLGİNC ARAŞDIRMA
Dumanlı hava nə vaxtadək davam edəcək?
10 milyonluq mənimsəmə - Həbs edilən direktor hakim qarşısında
Ermənistanda tullantıların çaylara axıdılması Azərbaycan üçün ciddi təhlükə mənbəyidir - AÇIQLAMA