Deputat Könül Nurullayevanın ailəsi-onun kiçik dövləti - Seçkidə  deputat  xanımın 2  rəqibi  “SOCAR”ın rəisləri olub
14-04-2021, 16:40
1 037

Deputat Könül Nurullayevanın ailəsi-onun kiçik dövləti - Seçkidə deputat xanımın 2 rəqibi “SOCAR”ın rəisləri olub

Bu özü hər şeyi deyir,  xanım Nurullayeva 


Bir il öncə, yəni  9 fevral 2020-ci ildə Milli Məclisə keçirilmiş növbədənkənar parlament seçkilərində Nizami rayonu 24 saylı birinci seçki dairəsindən deputat olmaq istəyən  Könül Nurullayeva hamının diqqətini cəlb etdi. 
Heç kimin tanımadığı, hansısa “Eventoc” tədbir əməliyyat komitəsinin baş direktor müavini olan Könül Nurullayeva axı necə deputat  seçilə bilər ? 
Birincisi, bu xanımı ölkədə tanıyan yoxdur. 
İkincisi, ölkəmizdə çalışan bir çox şirkətlərin adı cəmiyyətə bəllidir. Amma “Eventos”dur, nədir  bu şirkətin heç adını bilən yoxdur.  
Yəni bu xanımın təkcə özü deyil, çalışdığı şirkət də cəmiyyətdə tanınmır. 
Bütün bunlar azmış kimi, guya Allah qoymasa rəqabət olduğunu göstərmək üçün  “SOCAR PETROLEUM” QSC-də baş direktorun innovasiyalar üzrə müavini Elnur Mustafayev və SOCAR-ınNeft Kəmərləri İdarəsinin dispetçer xidməti rəisi Ramil Rüstəmov  da  Könül Nurullayevaya ciddi rəqib kimi seçki marafonuna  qoşulmuşdular. 
Bax, bu özü hər şeyi deyir. SOCAR-dan 2 namizəd Könül xanıma rəqib olub. 
Azərbaycan  cəmiyyəti belə “kukla” söhbətlərinə inanmır. 
Nə isə sonda  Könül Nurullayeva  deputat oldu. 
İndi görək deputat  Könül Nurullayeva nə deyir: “Mən seçkiyə qatılanda da bildirmişdim ki, əgər gələcək nəslə güclü, inkişaf etmiş, iqtisadi cəhətdən dayanıqlı, ictimai-siyasi baxımdan müasir və sabit dövlət ötürmək istəyiriksə, parlament seçkilərində də DÜZGÜN  SEÇİM  etməliyik. Hesab edirəm ki, Azərbaycanda keçirilən parlament seçkiləri və onun nəticələri xalqın istəklərini tam şəkildə ifadə edir”. 
Bu yerdə adam nəsə demək istəyir ki...
Könül xanım yekə müsahibəsində deyir ki, mən neçə illərdir stolüstü tennisi xoşlayıram. 
Bu xanıma deyən yoxdur ki, bura Milli Məclisdir, stolüstü tennis deyil. 
Xanım deputat onu da deyir ki,  “Ailə kiçik dövlətdir”, ailə möhkəm təməl üzərində qurulmalıdır, var gücümlə ailə dəyərlərinə sadiq qalmağa çalışıram. 
Bu yerdə xanım deputatın duvaqlı, çarşablı şəkilləri gəlir göz önünə və yada aşağıdakı misralar düşür:
...Üzündən götür duvağı
Qoy açıq görünsün Ayın qabağı...
Bir sözlə,  xanım deputat güc verib müsahibələrə, açıqlamalara. Amma siftəsi yaman pis gəldi. 
Bəli, Könül xanımın deputat kimi “siftəsi” çox uğursuz və rüsvayçı oldu. Məlumdur ki, erməni faşistləri 30 ildir torpaqlarımızı zəbt edib, sərvətimizi talayıb, abidələrimizi dağıdıb, meşələrimizi qırıblar və beynəlxaq hüquq normalarına görə Ermənistan bizə külli miqdarda təzminat ödəməlidir. Bu barədə hətta ölkə rəhbərliyi dəfələrlə fikir bildirib. Ancaq Könül xanım deyəsən fil qulağında yatıb. Türkiyə TV kanalına açıqlamasında deyir ki, ermənilər və Ermənistan dövləti çox kasıbdır, ona görə də bizə təzminat verməli deyil. İndi özünüz düşünün. Bu ağılın sahibini kim(lər), hansı yolla parlamentdə otuzdurub. Bu adam sabah hansısa Avropa ölkəsində elə bir siyasi səhvə yol verər ki, altından çıxa bilmərik. Məsələ o dərəcədə ciddiləşdi ki, Milli Məclis öz üzvü olan Könül Nurullayevaya töhmət verdi. 
Belə gəncin nəyinə etimad göstəriblər ? 
Bəs, imkansız ailənin evinə ayaqqabı ilə girib utanmadan poz verməyi, özünü reklamı kimin ayağına yazaq ? Sənə deməyiblər ki, evə ayaqqabı ilə girmək olmaz ? Yaxşı Nizami rayonunun Keşlə qəsəbəsindəki insanlarla görüşə az qala çarşabda, çadrada getməyinə nə ehtiyac var idi? 
Siz kimi aldadırsınız, Könül Nurullayeva ?

Oxşar xəbərlər

Könül  Nurullayevanın seçicilərlə  “çarşaflı”  görüşü ...- Xanım deputatın  Ermənistan dövlətinə  “qayğısı“
Rəşad Babayevin kimin əmisi oğlu olmasının cəmiyyət üçün mənası yoxdur, Səfər Mehdiyev...-  Əsas olan  DGK-da rüşvət və korrupsiyadır
“Kontakt Home”nin rəhbərliyi  Prezidentin tövsiyyəsini qulaqardına vurur...-  Deputat  Elnur Allahverdiyevin şirkətində “qara mühasibatlıq”
Könül Nurullayeva ermənilərə qahmar çıxdı, elə bir “gül” vurdu ki…
Xanım deputat yenə qəzəb yaratdı FOTO
Milli Məclis deputata TÖHMƏT VERDİ
Deputatın ayaqqabı ilə daxil olduğu ev şəhid ailəsinindir? - Könül Nurullayeva olaya aydınlıq gətirdi
“ Mən demirəm ki, günahım yoxdur” – Paşinyan danışdıqca batır
Peşə təhsilimiz  bərbad gündədir- Təhsil Nazirliyi hara baxır ?
Həbs xəbəri yayılan Abbas Abbasovun oğlu danışdı
Deputat vəzifəsindən azad edildi
Qida Təhlükəsizliyi Dövlət Agentliyi niyə Veysəloğlu  şirkətinin məhsullarına nəzarət etmir ?
İcra başçısı bu məmurdan o qədər qorxur ki... - Xətaidə etiraz aksiyası
“Azərbaycanlı olduğum üçün fəxr edirəm” - Tuğba Ekinci
Deputat Ramil Həsən bu paylaşımı ilə özünü güldürdü - FOTOFAKT
Ağabəy Əsgərov göydən "Azərnəşr"in başına düşən yekə bir "ostroid"dir
Milli Məclisin müəmmalı deputatı - O, mandatı necə qazanıb?
"Deputat Eldar Quliyev tez-tez əxlaqsızlıq yuvalarına gedir" — Partiya sədrindən ŞOK İDDİA
Rüşvət adi hala çevrilib, əməlli “bazar”dır” - İTTİHAM
Deputat “Kapital Bank”ın kreditini qaytarmır?
Nadir Nailə Mirməmmədlinin ölümündən yazdı: “Sənə nifrət etdiyim qədər...”
Qarabağda yaralanan erməni deputat ölüm ayağındadır
Sabiq deputat DTX-ya müraciət etdi - Rasim Məmmədov işinə görə
“Hər iki mafiya vaxtilə Ramiz Mehdiyev tərəfindən yaradılıb”
Daha iki deputat koronavirusa yoluxdu
“Çoxdandır ki, Ramiz Mehdiyev və Əli Həsənov...”
Milli qəhrəmanların şəkli asılan evi kim söküb?
SOCAR-ın prezidenti, yoxsa ''DDOS'' Rövnəq  ?
Deputat icra başçılarını tənqid etdi
Deputatla keçmiş rəqibi arasında qalmaqal: "Əlimdə faktlar var..."