Otel, yoxsa əxlaqsızlıq yuvası ?- Nəsimi rayonunda, HAZZ və NEMİ otellərdə nələr baş verir?
20-04-2021, 16:54
272

Otel, yoxsa əxlaqsızlıq yuvası ?- Nəsimi rayonunda, HAZZ və NEMİ otellərdə nələr baş verir?

Hələ uzaq zamanlarda ölkədə qonaq olanların, tacir-tücarrların gecələməsi üçün karvansaralar var idi. 
Sonralar adını dəyişərək  qonaq evi, mehmanxana, lap sonralar isə otel oldu. 
Bizim Bakımızda da xeyli sayda məşhur İnturist, Abşeron kimi məşhur mehmanxanalar olub. 
Amma müstəqillik dönəmində  kimin imkanı varsa mehmanxana, daha doğrusu, otel açmağa başladı. 
Əslində mehmanxanKalar öz həqiqi təyinatını dəyişməyə, İrandan gələn mollalar üçün, Turandan gələn əfəndilər üçün ...xanaya çevrildilər. 
90-cı illərin əvvəlində kimin imkanı vardısa, balaca bir yer kirayələyib  otelə çevirirdi. Bunu onsuz da hamı bilir. Heç gizlətməyə ehtiyac da yoxdur ki, bu otellərdə qadın alveri gedirdi. Sonradan dövlətimiz tədricən gücləndi,  dövlət qurumları bu sahəyə nəzarət etməyə başladı. Amma...
Bu gün də elə din xadimləri var ki, guya Allah qoymasa, otel açıblar, ancaq orada baş verənlərdən hamı xəbərdardır. 
Sözün qısası, bu gün də paytaxt Bakıda  otel biznesi adı altında mentalitetimizə zidd və milli-mənəvi dəyərlərimizə uyğun olmayan əməllər baş verir. 
Bu məqamda bir hadisə yadıma düşür. 
Gundelik-baku.com-un redaksiyasına gələn ata-ailə başçısı dedi ki, evimdə pərdəni çəkməyə, pəncərəni açmağa icazə vermirəm. Ki, balaca qızlarım pəncərədən baxıb  baş verən rüsvayçılığı görməsinlər. Söhbət evin qarşısındakı “HƏRƏMXANA”dan gedirdi. 
Bəli, bu əməllər bu gün də davam edir. 
Konkret olaraq haqqında bəhs edəcəyimiz HAZZ OTEL NEMİ OTEL Nəsimi rayonu, Mirzə İbrahimov 18 ünvanda yerləşir. 
Bu binada çox yüksək qiymətə ev-mənzil alanlar  haradan bilərdi ki, burada nələr baş verəcək. Vətəndaşlar ev alıb, ailəsi, övladları ilə burada insan kimi yaşamaq, övlad böyüdüb tərbiyə etmək istəyir. Amma az qala hər mərtəbədə, balkonlarda baş verənləri görəndə düşünürsən ki, bu mühitdə tərbiyə çətin məsələdir. Gələcəyimiz gör hansı durumdadır. 
Məlumat üçün qeyd edək ki, HAS OTEL-i Aslan adlı şəxs idarə edir. 
Binanın 1-ci mərtəbəsində isə NEMİ otel yerləşir, sahibi Barat Abdullayevdir. Onun oğlu da buranı hər gecə eyş-işrət məclisinə çevirib. 
Qoy, bu binadakı mənzilləri çox baha qiymətə vətəndaşlara satanlar, burada bu oyundan çıxanlar öz ailələrini, həyat yoldaşlarını, bacılarını, qızlarını bura gətirib nələr baş verdiyini göstərsinlər. Və başa düşsünlər ki, burada yaşayan ailə sahibləri hansı əzabı çəkir ? 
Yaxşı, bu ərazi konkret rayona – Nəsimi rayonuna aiddir. Bəs görəsən, həmin ərazinin icra nümayəndəsi  Vaqif  müəllim, rayonun icra başçısı Asif Əsgərov, rayonun polisi, digər dövlət qurumları nə düşünür ? 
Sonda hörmətli Daxili İşlər Nazirimiz, general-polkovnik Vilayət Eyvazovdan binanın sakinləri adından xahiş edirik ki, özü şəxsən bu məsələni nəzarətə götürsün və milli dəyərlərimizə zidd olan bu əməllərə son qoyulsun. 

Hər iki otellə telefon əlaqəsi saxlamağa çalışsaq da nəticə olmadı. Daha doğrusu, Nemi otelin  saytda göstərdiyi nömrə təyin olunmadı.

Oxşar xəbərlər

Abid Şərifov nəvəsinin otelindən danışdı: "Bunu böyütmək nəyə lazımdır?"
“Pəzəvəng”  kafesi, “Məsti-xumar”  gözəllik salonları, masajxanalar... - Görəsən, Xətai Rayon Polis İdarəsi  hara baxır ?
Hacıbala Abutalıbovun Türkiyədə milyonluq biznes şəbəkəsi: - Otel, restoran, qızıl mağazaları...
Fazil Məmmədov mülklərini satışa çıxartdı - İDDİA
“Abid Şərifov, oğurluğun xırdası və irisi olmur, hamısı oğurluqdur…”
“Azərbaycanfilm”in ərazisi  kimlərə icarəyə verilib ?- Pullar kimlərin cibinə gedir?
Əli Həsənov hökuməti belə aldadırmış
Rusiya vətəndaşını “Askar” Hotelindən döyüb qovdular
Fazil Məmmədovun satışa çıxardığı beşulduzlu otelin FOTOLARI
"Şuşi” adlı şəhər yoxdur, Şuşa var” - İlham Əliyev
Mülklərini satışa çıxaran eks-nazirin ŞOK SƏRVƏTİ - İLGİNC SİYAHI
OTEL YOXSA QUL BAZARI- Otellər şəbəkəsi əmək qanunvericiliyinin tələblərini pozur
"Elə bil ki, it damıdır, orada necə yaşayıblar?" - Dövlət başçısı
Tacir Şahmalıoğlu İlham Əliyevdən nə istəyir? - Video
"Yas mərasimləri ümumiyyətlə ləğv olunsa yaxşıdır" - Deputat
“Sosial şəbəkədə oturub xəbər gözləyirlər“ - İzzət Bağırov
72 yaşlı kişi evinə gələn qonaqları baltaladı
Erməni-rus qızlarının bədnam etdiyi Bakı meydanı – Araşdırma, sənədlər
“Vəzifəli şəxslər niyə susur?” – Tanınmış vəkil Əli Həsənov və oğlunun ABŞ-da biznes qurmasından danışdı
Mətanət Əsədova qəzəbləndi: “Heç kimin heç kimə borcu yoxdur”
Məşhur fransız aktyoru: “Makron homoseksualdır“
“Gərək toy qiymətlərini qaldırım...” - Röya
İmişlidə büdrəyən səfərbərliyimiz... - İTTİHAM
Bakıda hava dəyişməyə başladı
Afaq Bəşirqızı Teatr Xadimləri İttifaqını boykot etdi - AÇIQLAMA
"Sevinirəm ki, indi heç kimin toyu yoxdur"
Tacir Şahmalıoğlunun oğlu qəzaya düşdü, çəkiliş zamanı halı pisləşdi - VİDEO
Donald Trampın oteli partladıldı - Videolar
Azərbaycanda otellər yeni qaydada işləyəcək
Səudiyyə yenə təəccübləndirdi: Bundan sonra turist qadınlar…