Hələ bu harasıdır İradə Gülməmmədova....-İKİNCİ HİSSƏ
4-05-2021, 14:02
662

Hələ bu harasıdır İradə Gülməmmədova....-İKİNCİ HİSSƏ

İradə Gülməmmədovanın həbsi an məsələsidir- “Şayba” daralır cənab xanım başçı...
Yolçu necə  “oliqarx”  oldu ?
 

“Baş  yeyən”  ləqəbli həkim-icra başçısı İradə Gülməmmədova...

Abşeron  rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova haqqında çox şeylər yazmaq olar, yəni bu xanım “başdan ayağa” materialdır, mövzudur. Bunun əməllərini yazmağa nə rəng çatar, nə kağız. 
Sadəcə, ucqar bir əyalət xəstəxanasında adi pediatr işləyən kasıb  İradə Gülməmmədova  yatsa yuxusuna da girməzdi ki, nə vaxtsa Abşeron kimi zəngin bir rayonun icra başçısı olacaq. 
Zəlzələdən, ya vəlvələdən nəhayət 2015-ci ildə İradə Gülməmmədova  Abşeron rayon icra hakimiyyətinin başçısı oldu. 
Qısa vaxtda İradə Gülməmmədova Abşeron rayonunda elə bir  rüşvət və korrupsiya şəbəkəsi qurdu ki, qohum-əqrəbası “bərəkallah” dedi.
Bəli, İradə Gülməmmədova  qardaşını, bacısı oğlunu, qohum-əqrəbasını  Abşeronun kəndlərinə “komandirovat”  elədi. Kim ev tikirsə, kim daşı daş üstə qoyursa, kim “zabor” çəkirsə, hətta kim sanuzel tikirsə, mütləq İradə xanımın pulunu göndərməlidir. Bəli, insan nə qədər tamahkar olar ki, “zaxod” tikməkdən də pul qazana. Az vaxtda Abşeronun Saray, Mehdiabad, Qobu, Hökməli, Güzdək, Ceyranbatan qəsəbələrinə, Məmmədli, Fatmayi, Görədil kəndlərinə səs yayıldı ki, rayona bir zənən xeylağı başçı gəlib, kimi tutdu, cibini kəsir. 
Qısa vaxtda qardaşı Rövşən Quliyev, bacısı oğlu Babək Zalov başda olmaqla  böyük bir briqada kəndlərdən, qəsəbələrdən  xərac toplamağa başladılar. İradə Gülməmmədovanın əri Yolçu  Gülməmədov isə gecə səhərəcən pulları dəstələyib saymaqla məşğul idi. Az vaxtda Yolçu müəllim milyonçuya çevrildi. 
Buyurun Yolçunun əmlakının az bir hissəsinə nəzər salın.
1.    “Vimay” Tibb Mərkəzi
2.    “Vimay- Med” klinikası
3.    “Af - Gen” klinikası
4.    Repose Travel turizm şirkəti
5.    Apteklər şəbəkəsi 
6.    Rusiyada  şirkətləri
Bu Yolçunun müklərinin az hissəsidir. 
Görəsən, bu kasıb ailə qısa vaxtda necə milyonçuya çevrildi. 
Əlbəttə, rüşvətin və korrupsiyanın hesabına. 
İndi  həmin korrupsiya şəbəkəsi bir neçə aydır ki, hüquq-mühafizə orqanları tərəfindən həbs olunublar. 
Təsəvvür edirsiniz  icra hakimiyyətinin baş memarı qanunsuz tikililərə, alınan rüşvətə görə həbs olunur, İradə Gülməmmədovaya  gözün üstə qaşın var deyən olmur. Axı, baş memar kimdir ki, icra başçısının icazəsi olmadan torpaq satsın, tikintiyə icazə versin, rüşvət alsın. 
Başçının icazəsi olmadan icra hakimiyyətinin heç bir əməkdaşı  addım ata ilməz. Hətta əri Yolçu müəllim də İradəninn icazəsi olmasa gecələr pul saya bilməz. 
Bütün bu işlərin başında İradə Gülməmmədova özü durur.  
Artıq Abşeron icra hakimiyyətindəki həbslərin istintaqı yekunlaşıb. Buyurun bu da İradə Gülməmmədovanın  rüşvət və korrupsiya “ŞAYKA”sının  siyahısı:
1.    Əliyev Akif Ələs oğlu, 
2.    Əhmədov Murad Fərhad oğlu,
3.    Əkbərov Cəfər Razim oğlu,
4.    İsmayılzadə Seymur Yadulla oğlu,
5.    Xəlilov Şamil  Rasim oğlu,
6.    Süleymanov Emin Sahib oğlu,
7.    Əliyev Novruz Azər oğlu,
8.    Zaliyev Babək Hacı oğlu,
9.    Ağaməmmədov Tural İrzəbəy oğlu. 
Yəqin ki, yaxın zamanda bu şəxslər törətdikləri cinayət əməllərinə görə layiq olduqları cəzanı alacaqlar. 
Bəs İradə Gülməmmədova ? 
Cənab İradə Gülməmmdova ! 
Hamının Başını yeyirsən ki, öz başını qoruyasan. Bu mümkün olan məsələ deyil. 
Bu boyda cinayətkar  dəstəyə rəhbərlik edəsən və məsuliyyətdənn kənar qalasan ? Bu mümkün deyil.
Sənin həbsin də an məsələsidir. Balakəndən işlədiyin poliklinikadan gətirdiyin taxta çamadanını yığışdır, cənab başçı.
P.S. Bu isə şərəfli müstəntiqlərimizin korrupsiyaya qarşı mübarizə yolunda ortaya qoyduğu dəlil və sübutlar. Buyurun tanış olun.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən, I dərəcəli hüquqşünas Məhərrəmov Tural Əbülfət oğlu, icraatımda ibtidai istintaqı aparılmış Əliyev Akif Ələs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3, Əhmədov Murad Fərhad oğlunun Azərbaycan Respublikası CM-in 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 178.2.1, 178.2.2, 178.2.3, 32.5,311.2 və 32.4,312.2, Əkbərov Cəfər Razim oğlunun CM-in 178.2.1, 178.2.2, 178.2.3, 32.5,311.3.2 və 32.4,312.2, İsmayılzadə Seymur Yadulla oğlunun CM-in 178.2.1, 178.2.3, 178.2.4, 32.5,311.3.3 və 32.4,312.2, Xəlilov Şamil Rasim oğlunun CM-in 178.2.1, 178.2.2, 32.5,311.3.2, 32.5,311.3.3 və 32.4,312.2, Süleymanov Emin Sahib oğlunun CM-in 178.2.1, 178.2.3, 32.5,311.3.2, 32.5,311.3.3 və 32.4, 312.2, Əliyev Novruz Arzu oğlunun CM-in 32.5,311.3.3, Zalıyev Babək Hacı oğlunun CM-in 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2, Ağaməmmədov Tural İrzəbəg oğlunun CM-in 178.2.1, 178.2.3, 32.5,311.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə daircinayət işinin materiallarını nəzərdən keçirib həmin iş üzrə toplanmış sübutları kifayət hesab edərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 284-288-ci maddələrində nəzərdə tutulan tələbləri yerinə yetirdikdən sonra həmin Məcəllənin 289-cu maddəsinə əsasən hazırkı ittiham aktını 30 yanvar 2021-ci il tarixdə, saat 10:00-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin Bakı şəhəri, S.Bəhlulzadə küçəsi 10A ünvanında yerləşən inzibati binasındakı xidməti otağımda tərtib etməyə başladım. Həmin cinayət işi 20 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən Azərbaycan Respublikası CM-in 29,178.2.3 və 32.4,312.1-ci maddələri ilə başlanmış və həmin tarixdə icraatıma qəbul edilərək ibtidai istintaqı aparılmışdır.  Cinayət işinin başlanmasına səbəb və əsas Bakı şəhər sakini Bəylərov Orxan Qənimət oğlunun 15.05.2020-ci il tarixli müraciəti üzrə aparılan ilkin araşdırma zamanı Abşeron rayon İcra Hakimiyyəti Mənzil kommunal təsərrüfat birliyinin Xırdalan şəhəri 3 saylı Mənzil təsərrüfat istehsalat istismar təmir sahəsinin rəisi vəzifəsində işləyən Əhmədov Murad Fərhad oğlunun əməllərində qulluq mövqeyindən istifadə etməklə dələduzluq etməyə cəhd və rüşvət verməyə təhrik etmə cinayətlərinin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin toplanması olmuşdur.

                                         İKİNCİ HİSSƏ
Azərbaycan Respublikası Baş prokurorunun 26.06.2020-ci il tarixli qərarı ilə  cinayət işi üzrə ibtidai istintaqın Azərbaycan Respublikası CM-in 29,178.2.1, 29,178.2.3, 311.2 və 32.4,312.1-ci maddələri ilə davam etdirilməsi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə həvalə edilmişdir.

 Cinayət işi 22.06.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 29,178.2.1, 29,178.2.3 və 32.4,312.1-ci maddələrinə, 23.06.2020-ci il tarixdə CM-in 29,178.2.1, 29,178.2.3, 311.2 və 32.4,312.1-ci maddələrinə, 15.10.2020-ci il tarixdə CM-in 29,178.2.1, 29,178.2.3, 32.5,311.2, 311.2 və 32.4,312.1-ci maddələrinə, 21.12.2020-ci il tarixdə isə həmin Məcəllənin 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 311.3.2, 311.3.3, 32.5, 311.3.2, 32.5, 311.3.3 və 32.4, 312.2-ci maddələrinə müvafiq tarixli qərarlarımla tövsif edilmişdir.

 İş üzrə ibtidai istintaq müddəti Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən 08.10.2020-ci il tarixdə 3 (üç) ay müddətinə, yəni 20.01.2021-ci il tarixə, 05.01.2021-ci il tarixdə isə 3 (üç) ay müddətinə, yəni 20.04.2021-ci il tarixə qədər uzadılmışdır.
 
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbovun 21.12.2020-ci il tarixli qərarı ilə rəhbərliyimlə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən, II dərəcəli hüquqşünas Mahmudov Hikmət Fərhad oğlu, mühüm işlər üzrə müstəntiq vəzifəsini icra edən, I dərəcəli hüquqşünas Hüseynzadə Toğrul Ələkbər oğlu və mühüm işlər üzrə müstəntiq, II dərəcəli hüquqşünas Qocaman Ələsgər Rəşad oğlundan ibarət tərkibdə birgə istintaq qrupu yaradılmışdır.

28.08.2020-ci il tarixdə tərəfimdən qəbul edilmiş qərarla Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi idarəsinin və Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları barəsində CM-in 308.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan
 cinayət işi birgə baxılması obyektiv araşdırılmasına mane olmadığından digər cinayət işi ilə Azərbaycan Respublikası CPM-nin 49-cu maddəsinə əsasən bir icraatda birləşdirilmişdir.

Cinayət işi 28 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-istintaq idarəsində istintaq olunan Məmmədov Fərid Ağasəlim oğlunun Azərbaycan Respublikası CM-in 222-2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinin əməkdaşları və Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları barəsində CM-in 308.2-ci maddəsi ilə ayrılaraq aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş və 01 iyul 2016-cı il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri Quliyev Ziyafət Əliağa oğlu tərəfindən icraata qəbul edilmiş, 05 yanvar 2017-ci il tarixdə cinayət işinin istintaqı onun tərəfindən Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsi ilə dayandırılmışdır.

Cinayət işinin materiallarından Vəliyev İlyas Əjdər oğlu və Fərəcov Xəyyam Fərəc oğlunun, Qaraxani Nəriman Piruz oğlunun, Alıyev Ərani Seymur oğlunun, Məhərrəmov Vilayət Mansır oğlunun, Təhməzov Çingiz Ədil oğlunun, Dərgahov Nadir Nuşirəvan oğlunun ifadələrində, Nəcəfov Fizuli Saruxan oğlu, Yusifzadə Raul Rəhim oğlu və qeyrilərinin müraciətlərində göstərdikləri xüsusatlar üzrə Azərbaycan Respublikası CM-in 178.2.3 və 308.1-ci maddələri iləcinayət işi 5 yanvar 2021-ci il tarixdə tərəfimdən ayrıca icraata ayrılmış və həmin tarixdə tərəfimdən icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilir.

Əhmədov Murad Fərhad oğlu 20 iyun 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 29,178.2.3 və 32.4,312.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuş, müdafiəçisi Həsənov Nuralı İlyas oğlunun iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini tam səmimiliyi ilə etiraf edərək peşmançılıq hissi keçirdiyini bildirmişdir.
 
Əhmədov Murad Fərhad oğlu 22 iyun 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 29,178.2.1, 29,178.2.3 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş, həmin tarixdə barəsində Binəqədi rayon Məhkəməsinin hakimi Ağayev Elçin Zəkəriyə oğlunun qərarı ilə 3 ay müddətinə, yəni 20 sentyabr 2020-ci il tarixə qədər həbs qətimkan tədbiri seçilmiş, 11 sentyabr 2020-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun tərəfindən həbsdə saxlanılma müddəti 1 ay müddətinə, 20 oktyabr 2020-ci il tarixə qədər uzadılmış, 16 oktyabr 2020-ci il tarixdə Murad Əhmədova tərəfimdən CM-in 29,178.2.1, 29,178.2.3, 32.5,311.2 və 32.4,312.1-ci maddələri ilə yenidən ittiham elan olunmuş və 17 oktyabr 2020-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 yanvar 2021-ci il tarixə qədər uzadılmış, 25 dekabr 2020-ci il tarixdə tərəfimdən Murad Əhmədova CM-in 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 178.2.1, 178.2.2, 178.2.3, 32.5,311.2 və 32.4,312.2-ci maddələri ilə yenidən ittiham elan edilmiş, 9 yanvar 2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 mart 2021-ci il tarixə qədər uzadılmışdır.
 
Əliyev Akif Ələs oğlu 23 iyun 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində Binəqədi rayon Məhkəməsinin hakimi Ağayev Elçin Zəkəriyə oğlunun qərarı ilə 4 ay müddətinə, yəni 20 oktyabr 2020-ci il tarixə qədər həbs qətimkan tədbiri seçilmiş, 17 oktyabr 2020-ci il tarixdə həmin Məhkəmənin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 yanvar 2021-ci il tarixə qədər uzadılmış, 25 dekabr 2020-ci il tarixdə Akif Əliyevə tərəfimdən CM-in 311.3.2 və 311.3.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş, 9 yanvar 2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 mart 2021-ci il tarixə qədər uzadılmışdır.
 

Əkbərov Cəfər Razim oğlu 21 dekabr 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 32.5,311.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və həmin tarixdə barəsində Binəqədi rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun qərarı ilə ibtidai istintaq müddətinin sonunadək, yəni 20 yanvar 2021-ci il tarixə qədər həbs qətimkan tədbiri seçilmiş, 9 yanvar 2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 mart 2021-ci il tarixə qədər uzadılmışdır.
 

İsmayılzadə Seymur Yadulla oğlu 21 dekabr 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 178.2.4, 32.5,311.3.3 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və həmin tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun qərarı ilə barəsində 20 yanvar 2021-ci il tarixə qədər həbs qətimkan tədbiri seçilmiş, 9 yanvar 2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 mart 2021-ci il tarixə qədər uzadılmışdır.

Xəlilov Şamil Rasim oğlu 21 dekabr 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 32.5,311.3.2, 32.5,311.3.3 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və həmin tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun qərarı ilə barəsində 20 yanvar 2021-ci il tarixə qədər həbs qətimkan tədbiri seçilmiş, 9 yanvar 2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 mart 2021-ci il tarixə qədər uzadılmışdır.
 
Süleymanov Emin Sahib oğlu 21 dekabr 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 32.5,311.3.2, 32.5,311.3.3 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və həmin tarixdə barəsində Binəqədi rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun qərarı ilə 20 yanvar 2021-ci il tarixə qədər həbs qətimkan tədbiri seçilmiş, 9 yanvar 2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 mart 2021-ci il tarixə qədər uzadılmışdır.
 
Əliyev Novruz Arzu oğlu 21 dekabr 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 32.5,311.3.3-cü  maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və həmin tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun qərarı ilə barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni 20 yanvar 2021-ci il tarixə qədər həbs qətimkan tədbiri seçilmiş, 9 yanvar 2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun qərarı ilə həbsdə saxlanılma müddəti 20 mart 2021-ci il tarixə qədər uzadılmışdır.
 
Zalıyev Babək Hacı oğlu 22 dekabr 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.
 
Ağaməmmədov Tural İrzəbəg oğlu 22 dekabr 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 32.5,311.2 və 32.4,312.2-ci maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.

Ardı var...




Oxşar xəbərlər

İradə  Gülməmmədovanın həbsi  an  məsələsidir- “Şayba”   daralır  cənab xanım başçı...
İradə Gülməmmədova oliqarxa çevrilib – Həyat yoldaşının adına olan şirkətlərin siyahısı yayıldı
İradə Gülməmmədova bağça müdirləri ilə video konfrans keçirdi
Abşeron icra hakimiyyətində yeni həbslər...- İradə Gülməmmədovanın bacısı oğlu həbs edildi
Abşeronun Qobu qəsəbəsində 1147 fərdi yaşayış evi qazlaşdırıldı
Abşeron icra hakimiyyətində  yeni həbslər...-  İradə Gülməmmədovanın bacısı oğlu həbs edildi
Xırdalanda bağça təmir olunacaq – başçı əraziyə gəldi
“Mənə görə döyüşməmisən” – Abşeronun başçısı iş istəyən qaziləri – Video
Abşeronda müəllimlər günü qeyd edilib
Dairə qapanır, cənab İradə Gülməmmədova-  İcra başçısının qardaşı Rövşən Quliyev hələ də Abşeronda at oynadır
Xanım icra başçısı “Zəli gölü”nə gəldi, araşdırılma aparıldı - Fotolar
Abşeronun başçısı İradə Gülməmmədovanın qurduğu qanunsuz biznes səltənəti – FAKTLAR
Gülməmmədovanın çəmbəri daralır: bacıoğlunu da qurban verən başçıdan şok - Faktlar
İradə Gülməmmədova qış yataqlarına da göz dikdi – MÜRACİƏT
Xırdalanda 5 çoxmərtəbəli bina təmir olunur - FOTO
Abşeronda növbəti çalxalanma: Tanınmış QHT sədri İctimai Şuradan getdi
Bu icra başçısının 3 milyon dəyərində şəxsi baxçası və inanılmaz əmlakı üzə çıxdı – SİYAHI
Deputat icra başçılarını tənqid etdi
Azərbaycanlı jurnalist oğluna toy etdi - FOTO
10-dan çox qadını fahişəliyə cəlb etdi - Məhkəmə qarşısında cavab verəcək
Sahil Babayevdən daha bir ŞİKAYƏT - "...heç bir maddi yardım göstərilməyib"
Alimpaşa Məmmədovun ərköyün direktoru
Direktor müəllimədən 700 manat rüşvət tələb edib-ŞƏMKİRDƏ
İki icra başçısının başı “kötük”də: Abşeron və Nəsimidə təşviş…
Təhsil nazirliyi bu faktı nəzərə almalıdır - İTTİHAM
Mehdiabadda yol bağlandı - ANTİSANİTARİYA
Suraxanıda COVİD-19-la bağlı  dəhşət saçan qalmaqal- Abşeronun icra başçısı İradə Gülməmmədovanın bacısı, 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ramella Quliyevanın  500 COVİD  vaksini ilə bağlı  bağışlanmaz cinayəti
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Abşeronda şəhidlərin xatirəsinə 2783 ədəd ağac əkildi - FOTOLAR
"Xəstəxanaya gətirilməzdən əvvəl nəvəmlə oynayıb deyib-gülürdü" - GİLEY