Qubanın icra başçısı Ziyəddin Əliyev koronavirusdan pul qazanır- Zərdabi qəsəbəsindəki şadlıq sarayı və Fayton restoranı icra başçısınındır
24-08-2020, 18:16
635

Qubanın icra başçısı Ziyəddin Əliyev koronavirusdan pul qazanır- Zərdabi qəsəbəsindəki şadlıq sarayı və Fayton restoranı icra başçısınındır

Qubanın icra başçısı Ziyəddin Əliyev uzun illər əsasən yol təmiri, yol tikinti, Avtoyolservis sahəsində çalışıb. İki ildir Qubanın icra başçısıdır. Bu adamın mülklərinin, biznes obyektlərinin siyahısı heç bir kitab-dəftərə sığmır. Ukraynadan tutmuş İngiltərəyə, Türkiyəyə, Avropanın böyük şəhərlərinə qədər Ziyəddin Əliyevin milyonluq mülkləri var. Görəsən bəlli bir maaşla bu adam dəyəri on milyonlar olan bu varidatı necə əldə edib ? Bəlkə xəzinə tapıb ? Bəlkə...
 Yox, bu adam milyonları yoldan, daha doğrusu yolsuzluqdan əldə edib. İndi də YOL-dan əl çəkmir. Qubada şəhərdaxili yolları sahibkarların hesabına təmir etdirir, yol saldırır. Dövlətin ayırdığı vəsaiti isə həzm-rabedən keçirir. Bütün bunlar azmış kimi Ziyəddin Əliyev koronovirusdan da pul qazanır. Bəli, virusdan. Qubada koronoavirus fonduna pul keçirməyi sahibkarlardan məcburi tələb edirlər. İcra başçısı bu işi Quba bələdiyyəsinin sədri Anar müəllimə tapşırıb. Kim pul vermirsə işləyə bilməz. Hətta sərt karantin dövründə Azərenerji-nin keçmiş şefi Etibar Pirverdiyevin mağazaları, Şahdağ ticarət mərkəzi gecə-gündüz işləyib. Sabiq ekonazir Hüseynqulu Bağırovun, keçmiş müdafiə naziri Səfər Əbiyevin obyektləri də eləcə. Əsas odur ki, icra başçısının pulu verilsin.

Ziyəddin Əliyev son vaxtlar Zərdabi qəsəbəsində böyük bir şadlıq sarayını alıb. Fayton restoranı da icra başçısının obyektidir. İcra başçısı Leyla Şıxlinskaya məxsus SPA Bərpa Mərkəzini də ələ keçirmək istəyir. Bir sözlə Ziyəddin Əliyev Qubanı özəllləşdirib.

''Gündəlik Bakı'' qəzetinin Araşdırma Qrupu(gundelik-baku.com)

Oxşar xəbərlər

Qubanın oliqarx icra başçısının həyat yoldaşına yeni vəzifə verildi
İcra başçısı karantin qaydalarını pozdu — FOTOFAKT
Saatlıya təyin olunan icra başçısı kimdir?
Yeni icra başçısı İTV-nin əməkdaşı olub
İcra başçısı həbsindən əvvəl “əliəyriləri” belə asıb-kəsirdi - Video
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
“Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız" - İlham Əliyev
Xətai icra başçısının mərkəzdə otlayan qoyunları-VİDEO
600 minlik tenderdən imtina edib 1.8 milyonluğunu qazandı
İlham Əliyev icra başçısı təyin etdi - SƏRƏNCAM
Məmurlardan müsadirə olunan əmlakın aqibəti necə olacaq?
Nabranda sahibkarlar imdad diləyir- obyektlər buldozerlə uçurulur
İcra başçısı məhkəməyə verildi
"Mən vətəndaşlardan minlərlə məktub alıram" - İlham Əliyev
Qaçqınkom sədrinin xaricdə restoranlar biznesi-Rövşən Rzayev onu tənqid edən saytlara haker hücumu təşkil edir
VİP uşaq bağçası. obyektlər,villalar-Gədəbəy icra başçısının BİZNESİ
Eldar Əzizovun icra başçısı olan kürəkəni binanın damını 90 min manata sökdürür
“Korrupsiya ilə bağlı ən məlumatlı şəxsin baş prokuror vəzifəsinə gətirilməsi məmurların yuxusunu qaçıracaq”
İcra başçısı haqda ŞOK İDDİA: dağı satın aldı - FOTO
“Əlli yaşında təhsil alan icra başçısı nə bilir xalq nədir...”
İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun şikayətinə baxıldı
Prezident iki rayona icra başçısı təyin etdi - Sərəncam
Kamran Əliyev Nizami Qocayevin oğlunu vəzifəsindən azad etdi
Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...
Prezident Ənvər Seyidəliyevi vəzifəsindən AZAD ETDİ
Deputat icra başçılarını tənqid etdi
Müslüm Maqomayevin abidəsinin ucaldılacağı yer məlum olub
Biləsuvarda özünü ağa kimi aparan məmur kimdir? – Yeni İcra başçısının diqqətinə
35854 başlıq qoyun ferması və 300 minlik Range Roveri olan icra başçısı da həbs oluna bilər