Xaricdə yaşayan bloggerlərdən kömək istəyən məmur Şahmar İbadov kimdir?-HƏBS TƏHLÜKƏSİ OLAN İBADOVUN 4 MİLYONLUQ VİLLASI-FOTO
6-09-2020, 18:51
590

Xaricdə yaşayan bloggerlərdən kömək istəyən məmur Şahmar İbadov kimdir?-HƏBS TƏHLÜKƏSİ OLAN İBADOVUN 4 MİLYONLUQ VİLLASI-FOTO

 Şahmar ibadov Nərimanov rayon icra hakiminin birinci müavini, Pirallahı rayon icra başçısının qudasıdır. Şahmar İbadovun adı mətbuatda tez tez və çox neqativ yöndə hallanan bir məmurdur. Onun adı korlar cəmiyyətinin üzvlərinin evlərinin mənimsənilməsində, oğlunun bahalı maşınla avtoqəza törədib, bundan sonra ölüm işinin ört basdır edilməsində, sahibi olduğu MMC-lərdə köçürülən sakinlərin haqqının verilməməsində və bu kimi bir çox işlərdə hallanır. Amma bütün bu hallara baxmayaraq Şahmar İbadovu hansısa güc müdafiə edib və bu məmur həmişə sudan quru çıxmağı bacarıb.Yaxınlarının dediyinə görə onun özüdə həmişə administirasiyada ən yüksək vəzifəli şəxsin dostu olduğunu, nə eləsədə onsuzda Şahmar ''müəllim''in haqlı çıxacağını bildirirmiş.Amma bu qədər neqativ, xoşa gəlməz hallar Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin səbr kasasını doldurub, bu ilin may ayında Şahmar İbadovun ərizə yazaraq işdən getməsini tələb etmişdir. Elə əsl İbadovun iç üzüdə bundan sonra üzə çıxmağa başlamışdır. Beləki o, özünə yaxın internet saytları və kanallarda başçının və icra hakimiyyətində işləyən digər şəxslərin əleyhinə qərəzli yazılar verdirməyə başlamışdır. Bu yazıların sifarişçisinin Şahmar İbadov olduğu bilinəndən sonra isə o, 3 aya yaxın müddətdir işə çıxmır, "məzuniyyətdən" geri dönmür. İbadov bunlarlada kifayətlənməyərək hakimiyyəti və dövləti tənqid eləyən, xaricidə yaşayan bloggerlərdən də kömək istəmişdir. Bütün bunlardan sonra Şahmar İbadovun arxasında duran şəxsin yenədə onun müdafiə eləyəcəyi artıq inandırıcı deyil.Çünki Heydər Əliyev kursunun yolunu gedən və davamçılarından biri olan Abidin Fərzəliyevə qarşı, hakimiyyətə qarşı müxalif olan insanları maddi olaraq gücləndirmək, öz şəxsi ədavəti üçün onlara sponsorluq etmək, yəqinki yuxarıların xoşuna gəlmiyəcək. Və belə görsənirki, artıq bu proses başlayıb. Prokurorluq yanında karrupsiya idarəsində Şahmar İbadova qarşı cinayət işi qaldırılıb. Və bir neçə dəfə artıq onun ifadə verildiyi söylənilir.Orda hətta onun, mülklərinində siyahısının hesablandığıda deyilir.
Şahmar İbadovun dəyəri 3-4 milyon manat olan dəbdəbəli villasını təqdim edirik 




 Bu nəinki prokorluq orqanlarının, hətta sadə vətəndaşlarında sualıdırki, icra hakimiyyətində müavin işləyən şəxsin 1000 manata yaxın məvacib almaqla yuxarıda göstərdiyimiz dəbdəbəli villanı necə əldə eləyib?! Hətta deyilənə görə Heydər məsçidi tikiləndə İbadov, müəyyən qurumlarla danışığa girib evinin plana düşməsindən yan keçə bilib. Bir Allah evinin, ulu öndər Heydər Əliyev adını daşıyan məscidin tikintisində belə əyriliyə yol vermiş Şahmar İbadov həqiqətən bu qədər güclüdürmü?! Şahmar müəllimin qatil oğlu qəza törədəndə o, oğlunun qadını vurmadığını qadının Elmir İbadovun maşını ilə toqquşaraq öz əcəli ilə öldüyünü, və mərhum piyadanın oğlunun "Rang rover" markalı maşınınına zərər verdiyi deyən bir adamdır. Oğlu və ailəsini bu günlərdə Türkiyənin İstanbul şəhərində məşhur Otellərin birində görmüşdülər. Elə görsənirki, Şahmar İbadov, bu olanlardan sonra həbs olunacağının bildiyindən, ailəsini təcili olaraq xaricə göndərmişdir. Bu ilin avqust ayının 14 də, ailəsinə SEA PEARL Ata köy proyektində 210 m2 ev almasıda bunu sübut edir. ( Bu proyektdə 1 kv.m evin dəyəri 8 min Abş dollarıdır). Hörmətli Şahmar müəllim, bu pullar gözdən əlil insanların evini köçürüb çıxarışlarını əlindən aldığınız insanların haqqıdır! Əminik ki, onu bu vəzifəyə qədər  qaldıran, müdafiə eləyən, bir şəxsi özünün tutduğu yolu, kursu mənsub olduğu partiyanın vəzifə üstündə şəxsi ədavət üstündə satan bir insanı nə Allah nədə dövlət bağışlamıyacaq. 
 Ulu öndər Heydər Əliyevin çox gözəl sözü var, həyatda şərəf və şərəfsizliyi şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir.
Növbəti yazımızda 555 dövlət qeydiyyat nişanlı ''BENTLEY'' markalı  avtomobillə insanları narahat edən ''TOTU'' ləqəbli Şahmar müəllimin kiçik oğlundan və təzəcə qohum olduğu  ŞAHİN bəy haqqında geniş araşdırmamız olacaq......  
''Gündəlik Bakı''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)

Oxşar xəbərlər

Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Həbs edilən icra başçısı Vidadi Zeynalovun qohumudur
Azərbaycanda yüksək vəzifəli şəxs öz bacanağına vəzifə verdi - FOTO
İcra başçısı ilə birgə saxlanılan müavinləri - FOTO
Başçı ilə müavini Daşkəsəndə yolkəsənlik edir...
“Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız" - İlham Əliyev
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
Müqais Verdiyev, 5 min manatımı qaytar ...-MÜQAİS VERDİYEV YENİDƏN HƏBS OLUNA BİLƏR
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
Aşıq Zülfiyyənin ailəsində bədbəxt hadisə - FOTO
35854 başlıq qoyun ferması və 300 minlik Range Roveri olan icra başçısı da həbs oluna bilər
Azərbaycanda daha bir vəzifəli şəxs qızına nişan mərasimi keçirdi - VİDEO
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov və müavini saxlanıldı
İki saatlıq icazə ilə rayonu tərk etmək istədi, həbs olundu
Azərbaycanda icra başçısı belə tutuldu - ANBAAN VİDEO
“İcra başçısının müavinləri rayonda quldurluqla məşğul olurlar”
Goranboyda icra başçısının müavini şikayətçini döyüb pəncərədən aşağı tulladı-VİDEO
İcra başçısının “yaylaq biznesi” haqda maraqlı məlumatlar
Gədəbəyin aydan-arı, sudan duru icra başçısı... - Rayonundan 100 faiz xəbərsizdir
Nizaminin başçısı Arif Qasımovun vəzifəsindən azad olunacağı və həbs ediləcəyi iddia olunur
Abıyev 190 minlik" Lexus LX 570"-dən imtina edib “NAZ Lifan” aldı
VİP uşaq bağçası. obyektlər,villalar-Gədəbəy icra başçısının BİZNESİ
Bakıda silahlı quldur dəstə yaxalandı
Saxlanılan icra başçısının ittihamları məlum oldu
Kürdəmirin icra başçısı ilə bağlı ilginc iddialar... - İmkanı olsa, istefa verib, qaçar...
Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...
Prezident Ənvər Seyidəliyevi vəzifəsindən AZAD ETDİ
Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Zaqatalada OLAY: - sabiq məmur intihar edib
Neftçalanın gənc başçısı sakinlərlə yola getmir