Bakı Baza Tibb Kolleci "GÜL VURUR"... - 3-4 aylıq MMC-lərlə işbirliyini davam etdirir
16-11-2020, 10:18
104

Bakı Baza Tibb Kolleci "GÜL VURUR"... - 3-4 aylıq MMC-lərlə işbirliyini davam etdirir

Aktualinfo.org keçən həftə Bakıdakı 2 saylı Baza Tibb Kolleci tərəfindən keçirilən kotirovka sorğularında qanun pozuntularına yol verilməsi ilə bağlı “Bakı Baza Tibb Kollecində dövlət vəsitləri kimlərin əli ilə xərclənir?” başlıqlı araşdırma məqaləni ictimaiyyətin diqqətinə çatdırmışdı.Bu gün məlum olmuşdur ki, Kollec bir ay bundan əvvəl işbirliyi qurduğu MMC-lərlə dünən yenidən bir neçə satınalma müqaviləsi bağlamışdır.Həmin müqavilələri biz təqdim edirik,siz isə müqayisə edin.

2 saylı Baza Tibb Kolleci tərəfindən nəticələri 13.11.2020-ci il tarixdə elan olunmuş maşın və avadanlıqların alınması üzrə koturovka sorğusunun qalibi “DİMETRAL” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuş və 23100 manat məbləğində müqavilə bağlanmışdır.Xatırladaq ki,Kollec ötən ay sözügedən MMC ilə qeyri yaşayış binaların əsaslı təmiri üzrə 31 152.55 manat məbləğində müqavilə bağlayıb.Maşın və avadanlıqların alınması hara,binaların əsaslı təmiri hara?

13.11.2020-ci il tarixdə isə dəftərxana və təsərrüfat malların satın alınması üzrə keçirilmiş koturovka sorğusununda “MODRENTİ 2020” Məhdud Məsuliyyətli Cəmiyyət qalib olmuş və tərəflər arasında 17370 manat məbləğində müqavilə imzalanmışdır.Cəmi ir ay əvvəl isə Bakı Baza Tibb Kolleci göstərilən MMC ilə dəftərxana və təsərrüfat malların satın alınması üzrə 22310.2 manat məbləğində satınalma müqaviləsi bağlanılmışdır.

13.11.2020-ci il tarixdə istilik sisteminin borularının və su xətlərinin yenidən çəkilməsi üzrə keçirilmiş koturovka sorğusununda “FONTİN” Məhdud Məsuliyyətli Cəmiyyət qalib olmuş və tərəflər arasında 9645 manat məbləğində müqavilə imzalanmışdır.Qeyd edək ki,bu MMC-nin də qanuni təmsilçisi “MODRENTİ 2020” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi olan Verdizadə Pərviz Saday oğludur.

13.11.2020-ci il tarixdə kitabların və jurnalların satın alınması üzrə keçirilmiş koturovka sorğusununda “KOKARDİN HONDİNQ” Məhdud Məsuliyyətli Cəmiyyət qalib olmuş və tərəflər arasında 7725 manat məbləğində müqavilə imzalanmışdır.Ötən ay isə Bu MMC ilə jurnalların və kitabların alınmasına 7665 manat məbləğində vəsait ayırıb.

Ötən yazıda 2 saylı Baza Tibb Kollecinin keçirdiyi kotirovka sorğularının qalibi olan MMC-lər barədə ətraflı məlumat vermişik.Odur ki,bir daha təkrar etmək istəmirik.Lakin qeyd etmək istərdik ki,Baza Tibb Kollecinin Tender Kommisisiyası bir ay ərzində maddi texniki bazası,ixtisas göstəriciləri bəlli olmayan,3-4 ay əvvəl yaradılmış MMC-lərlə 130 min manatdan çox satınalma müqaviləsi bağlamışdır.Müqavilələrin bağlandığı MMC-lərin isə eyni ünvanda, bir nəfərə məxsus olması açıq aydın görsənir və bir əldən idarə olunduğunu deməyə əsas verir.Amma kim və yaxud kimlər tərəfindən? Bu hələlik bizlərə bəlli deyil. Amma nə 2 saylı Baza Tibb Kollecinin direktoru nə də qurumun Tender Kommissiyası yol verilən bu qanun pozuntularına açıqlama vermirlər.Kimə arxalanır,kimə güvənirlər,yenə də bəlli deyil.

Oxşar xəbərlər

Bakı Baza Tibb Kollecində dövlət vəsaiti kimlərin əli ilə xərclənir?
Sumqayıt Tibb Kollecində bir ünvanda yaradılmış 8 MMC ilə nə qədər dövlət vəsaiti talanıb?
Şair Alxasov Qusar rayonunda qubalı bacılarla nə kimi işbirliyi görür?
Tibb işçilərinə, könüllülərə müddətli əlavə və mükafat ödənilib
"ASK Ayaqqabı Fabriki”MMC-nin istehsal etdiyi malları kimlər alır? - İlginc İDDİA
“Vest LTD” QSC-nin imkanı və iddiası - İTTİHAM
Həkimlərin gecikən maaşı nə vaxt veriləcək? - Etirazlara dövlət qurumundan CAVAB
Baş Nazirdən təhsillə bağlı daha bir QƏRAR
Ekologiya nazirliyini “ESE”MMC ilə başqa nələr bağlayır?
Bakıda məşhur tikinti şirkətinin əmlakına həbs qoyuldu
Həkimlərə daha 20 milyon manat ödəniş edildi
“Qaçqınkom” fərdi yaşayış evlərinin təmirinə orta hesabla nə qədər vəsait ayırır,nə qədər silir?
Antiinhisar Xidməti "Aztelekom"un 3 tenderinin nəticələrini ləğv etdirib
Dövlət Komitəsi müəmmalı tenderlərə niyə aydınlıq gətirmir?
"Qaçqınkom" şefinin müəmmalı tenderləri - İTTİHAM
Eldar Əzizov paytaxtın bağ təsərrüfatından il ərzində nə qədər qazanır?
Şəmkirin başçısı bu təfəkkürlə düzələsi deyil...
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...
Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi
Psixiatriya Xəstəxanasında tender oyunu
Nazirlik "Funda" tibb mərkəzində qanun pozuntuları aşkarladı
Gənc həkimlərin yarıdan çoxu imtahandan kəsildi
“6 aydır maaş əlavələrini almırıq” - ETİRAZ
Gənc həkimlərin yarıdan çoxu imtahandan kəsildi
Bakıda tibb mərkəzində qanunsuzluqlar aşkarlandı - Direktor yoxlamaya mane oldu
“AS İnşaat”da FƏHLƏ ÖLÜMÜ - 11-ci mərtəbədən yıxıldı...
ABŞ-da tibb işçiləri etiraz aksiyası keçirdi - FOTO
Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim təyin edildi - FOTO
Pandemiya ilə mübarizədə iştirak edən tibb işçilərinə avqust ayı üzrə müddətli əlavələr ödənilib
190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verilib