Deputatın köməkçisi qaş düzəltdiyi yerdə vurdu göz çıxardı... - Qəribə AÇIQLAMA
20-11-2020, 11:29
86

Deputatın köməkçisi qaş düzəltdiyi yerdə vurdu göz çıxardı... - Qəribə AÇIQLAMA

"Milli Məclisin deputatı Məşhur Məmmədov tapşırmışdı ki, şəhid ailələrinə “siz tək deyilsiniz” devizi altında kampaniyaya qoşulaq. Ona görə də biz bir sıra bölgələrə yardım bağlamaları hazırladıq. Bir bağlamanın içində un, yağ, düyü vardı. Digərinə şampun, sabun, ətirlər qoymuşduq. Amma onlar keyfiyyətli məhsullar idi. Çünki deputat bizə tapşırıb ki, bağlamalara ucuz, keyfiyyətsiz mallar yığmayaq".

DİA.AZ xəbər verir ki, bunu Teleqraf.com-a deputat Məşhur Məmmədovun köməkçisi Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Aqil Məlikovun ailəsinə göndərilən və qalmaqala səbəb olan sovqat barədə danışarkən deyib.

Köməkçinin sözlərinə görə, burada qəribə heç bir hal yoxdur: “İnsana yeməkdən başqa şeylər də lazımdır. Burada qəribə nə var ki, insan çimməməlidir?”.

Köməkçisi millət vəkili Məşhur Məmmədov hazırda Bakıda deyil, Türkiyədə olduğunu və məsələ ilə bağlı açıqlama veriləcəyini söyləyib.

Köməkçi daha sonra isə Məşhur Məmmədovun koronavirusa yoluxduğunu bildirdi.

Gün ərzində deputata məxsus mobil telefona dəfələrlə zəng vursaq da telefon “avtonom” rejimə qoyulduğu üçün danışa bilmədik.

Qeyd edək ki, deputat, iş adamı Məşhur Məmmədov digər deputat Anatoliy Rafailovun dairəsindəki şəhid ailəsinə yardım edib. Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan kapitan Aqil Məlikovun yaxın qohumu Səma Aydəmir deyib ki, ailəyə göndərilən “üzrxahlıq sovqatı” duş geli, şampun, ətir, antibakterial gel, makaron və düyü olub. Şəhidin ailə üzvləri deputatın göndərdiyi bağlamanı bələdiyyəyə qaytarıb. Sonra isə Rafailovun köməkçisi yenidən xahiş-minnətlə bu paketi geri gətirib.

Oxşar xəbərlər

Deputatdan şəhid ailəsinə qarşı hörmətsizlik... - Bunun başqa adı yoxdur...
Jurnalist deputata səsləndi: “Elə et ki, “payın başına dəysin” deməsinlər...
Millət vəkilləri şəhid ailələrin ziyarət ediblər - FOTO
Gənc müəllim şəhid oldu - FOTO
Elton Məmmədov bağlanan milyonluq şirkətdən DANIŞDI
Əli Həsənovun oğlunun qəribə hobbisi — Qızıl unitazlardan istifadə edir
Azərbaycandan Putin və Lavrova məktub
Könül Nurullayeva ermənilərə qahmar çıxdı, elə bir “gül” vurdu ki…
Tibb Universitetinin tələbələri təhsil haqqından azad edilsin - TƏKLİF
Türkiyədə məşhur Çora məbədi məscidə çevriləcək - FOTO
İsmayıllı məktəbinin müəllimi də şəhid olub - FOTO
Ziya Məmmədovun qardaşı oğluyla bağlı qərar verildi
Xanım deputat yenə qəzəb yaratdı FOTO
“Mənə dedilər ki, köməklik ediləcək” - Deputatın köməkçisi Qarabağ qazisinə zəng vurdu...
Hadi Rəcəbli nəvəsinə toy etməsindən danışdı: “Burada pis nə var axı?” (VİDEO)
Mənsum İbrahimovun qardaşı oğlu şəhid oldu - FOTO
DYP deputata cavab verdi: Videokameralara baxış keçiriləcək
"Kontakt Home"un rəhbəri olduğu deyilən deputat DANIŞDI
Bu məşhur sevgilisi ilə Bodrumda GÖRÜNTÜLƏNDİ (FOTOLAR)
Gələn həftədən bu qaydalarla "Mallar" açıla bilər - AÇIQLAMA
Xalq artistinin oğlu Şuşa uğrunda döyüşlərdə ŞƏHİD OLDU
Əli Həsənov tapıldı
Müharibə vaxtı Türkiyədə konsert verən Mətənət İsgəndərlidən AÇIQLAMA
“Şəhid ailələrinin heç bir şeyə ehtiyacı yoxdur”
"İntizam komissiyasına Qüdrət Həsənquliyevlə bağlı məlumat daxil olarsa..." - Eldar İbrahimov
Azərbaycan Prezidentindən F-16-larla bağlı AÇIQLAMA
Şəhid olan hərbçimizin fotosu YAYILDI
Azərbaycandan erməni mülki əhali və hərbçilərə müraciət - MƏTN
AzTV-dən departament müdirinin işdən çıxarılması ilə bağlı AÇIQLAMA
Deputat Sahil Babayevin işçilərindən Əli Əsədova şikayət etdi - "Əlillik almada süni maneələr yaradılır"