Sabunçuda acınacaqlı mənzərə... - İTTİHAM
21-11-2020, 10:58
55

Sabunçuda acınacaqlı mənzərə... - İTTİHAM

Bakının Sabunçu rayonunda Mənzil-Kommunal Təsərrüfatı sahəsində işlər həmişə qeyri-qənaətbəxş qiymətləndirilib. Bu sahənin fəaliyyətində rəvac verilən korrupsiya hüquqpozmaları, zirzəmilərin qanunsuz özəlləşdirilməsindən tutmuş ta ki, başqa özbaşınalıqlara qədər bütün neqativ hallar daim KİV-in gündəmində olub və rayon rəhbərliyinin uğurlarına xeyli kölgə salıb. Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sabiq direktoru Oruc Əhmədov təqaüdə çıxandan sonra ondan miras qalan problemlər bu posta yiyələnən Ramil Əliyev tərəfindən nəinki həll edilmədi, hətta əksinə kvadrata, kuba yüksəldi.

Xatırladaq ki, Ramil bəy hazırki vəzifəsinə qədər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Küdəxanı qəsəbəsi ərazi vahidi üzrə nümayəndəsi vəzifəsində çalışmışdır. Nümayəndəlik sədri kimi, sonra isə Mənzil Kommunal İdarəsində heç bir yaddaqalan işiylə diqqəti çəkməyən Ramil bəy deyilənə görə nüfuzlu, imkanlı havadarının köməyi ilə yüksək vəzifəyə Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı birliyinə sədr vəzifəsinə irəli çəkilmişdir. Tərk etdiyi vəzifəyə isə özünün yaxın adamını təyin etdirməyi də bacarmışdır.

Etibarlı mənbə bildirir ki, Ramil bəyin havadarını Sabunçu RİH-nin başçısı Adil Vəliyevlə sıx dostluq telləri bağlayır və onların arasında detalları geniş ictimaiyyətə tam bəlli olmayan mübhəm işbirliyi mövcuddur.

(Bu barədə gələn sayımızda ətraflı məlumat verəcəyik)

Sakinləri isə vəzifəli şəxslərin kimin dəstəyi, göstərişi, əmri, havadarlığı ilə təyin olunmaları deyil, necə xidmət etmələri maraqlandırır. Xidmət isə yox dərəcəsindədir. Vətəndaşların KİV-ə göndərdikləri şikayətlər belə deməyə əsas verir. Rayonun Zabrat qəsəbəsinin Əmir Bağırov küçəsinin “Qartal” kafesi ilə “Al-Market”in arxa nahiyəsindəki məhlədə yaşayan sakinlər məişət tullantılarının yığılmamasından gileyləniblər. Sözügedən məhəllənin sakinləri xatırlayırlar ki, vaxtilə “Balaxanıneft” şirkəti həmin həndəvərdə zibilin toplanması üçün zibil qutularını dövrəyə alan hasar inşa edibmiş. Sonradan şirkət neft təsərrüfatının ehtiyacı üçün həmin ərazidən istifadə etməli olub. MKTB də zibil konteynerlərinin yerini dəyişdirərək yola yaxın yerə çəkib. İndi oradakı 2 ədəd kjonteyner vaxtlı-vaxtında boşaldılmadığına görə dolub-daşan möhtəviyyatı külək ətrafa, yola və yaxınlıqdakı evlərin həyətlərinə səpələyir.


Eyni vəziyyət yenə də Əmir Bağırov küçəsinin Sabunçu qəsəbəsinə aid hissəsində, 4-cü Mədənin 2 saylı kontoru ilə üzbəüz nahiyədə yaranıb.

Problemin həllinə cavabdeh vəzifəli şəxslərdən Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsində Ramil Əliyevi əvəzləyən Anar Qalayev gənc kadr olsa da, işinə münasibətdə gənclərə məxsus enerji nümayiş etdirmir. Kabinetində elə “qala qurub” ki, qəbuluna düşmək də olmur. Küçənin sakinləri deyirlər ki, kommunal təsərrüfat idarəsi bir ayda iki dəfə zibil pulu yığırlar. Hər dəfə də pul almağa başqa adam gəlir və ona özündən əvvəl gələn həmkarına pul ödənildiyini sübut etmək olmur. Verdikləri qəbzlər “kötüksüz”, anlaşılmayan xətlə yazılır.

Məsələ ilə əlaqədar rəis Anar Qalayevlə danışmaq məqsədilə idarənin stasionar telefonuna zəng vurduq. Dəstəyi katibə qaldırdı. Rəisin heç kimi qəbul etmədiyini bildirdi, idarənin hüquqşünasının telefon nömrəsini verib onunla danışmağımızı məsləhət gördü. Hüquqşünasla əlaqə saxladıq, o isə öz növbəsində bizi baş mühəndislə əlaqələndirdi. Baş mühəndis vəziyyətin bu yerə çıxmasının səbəbini küçənin sözügedən iki nahiyəsinə nəzarət edən sahə rəislərindən öyrənməyimizi məqsədəuyğun bildi. Bağlantı qurduğumuz sahə rəisləri isə məzlumcasına cavab verdilər: “Biz fəhlə babayıq. Nəinki zibil qutularının, heç istifadəmizə verilən zibil maşınlarının özünün belə təkəri salamat deyil ki işimizi görək. Biz kimik ki?!”

MKTB-nin sənədlərinə baxış atsaq, sözsüz ki, ayda, rübdə onlarla konteynerin guya sıradan çıxaraq dəyişdirildiyi, yüzlərlə qutunun təkərlərinin əvəzləndiyi, zibil qablarının bəlkə də hər gün boşaldıldığı barədə hesabatlara rast gələrik. Əlbəttə ki, müvafiq təyinat üzrə “səmərəli” istifadə olunaraq silinən pul məbləğlərinin müşayiəti ilə. Amma bizdə jurnalistlərin nəinki o sənədlərə, hətta Anar Qalayev kimi məmurların “gül camalına” belə baxmaq ixtiyarları yoxdur.
Deryaz.az

Oxşar xəbərlər

Əli Həsənovun qardaşı da işdən çıxarıldı
Həbs edilən icra başçısı Vidadi Zeynalovun qohumudur
Bakı sakini tanışı tərəfindən bıçaqlandı
Meriyadan milyonlar talayan məmur-YENİ HƏBSLƏR GÖZLƏNİLİR....
Biznesmen icra başçısı rayonun problemlərini niyə həll etmir? - Özünü toxunulmaz sayır?
Sabunçuda 8 bina sökülür - Köçürülmə başlanılıb
Yevlax Rayon Mərkəzi Xəstəxanası cərimələndi - RƏSMİ (FOTO)
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin pandemiya dövründə məcburi köçkünlərin evlərindən mənimsədiyi milyonlar-Məcburi Köçkünlər Prezident İlham Əliyevdən imdad diləyir-VİDEOFAKT
Sabunçuda qardaşlardan narkotik götürüldü
Bakı sakini ikinci mərtəbədən yıxılaraq ölüb
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
Şuşa şəhərciyində mənzil qarət olundu
Nizami İH araşdırılır: müavinlər nələrə şərik olub?
Arif Qasımovun qanunsuz əməllərində Ramsin Abdullayevin görünməyən izləri
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
Bakıda 30 yaşlı kişi bıçaqlanıb
Maştağada silahlı şəxs tutuldu – Foto
Əlillərin demək olar ki, çoxuna mənzil verilibdir, amma... - İTTİHAM
Paytaxtda qonşuların davası bıçaqlanma ilə bitdi
Sabunçunun icra başçısı operativ qərargahın qoyduğu qaydaları pozur - Video
Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
“ASAN xidmət” və "ASAN Kommunal" noyabrın 9-u işləməyəcək
Goranboyda nələr baş verir? - İDDİA
Bakıda 21 yaşlı gənc bıçaqlanıb
Eldar Əzizov Moskva Univermağında qızıl satan şəxsi əmisinin yerinə trest rəisi qoyub
Bakıda narkotik alverçisi karantin postunda yaxalandı
Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılır - Küçəyə çıxmayın
Bakı sakini döyülərək avtomobili əlindən alınıb
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI