"İcra hakimiyyəti vəziyyətimdən xəbərdardır" - GİLEY
1-12-2020, 11:13
145

"İcra hakimiyyəti vəziyyətimdən xəbərdardır" - GİLEY

Şabran rayon sakini 47 yaşlı Həsrət Mustafayev Birinci Qarabağ müharibəsi iştirakçısıdır. DİA.AZ-ın məlumatına görə, döyüşlərdə sağ budundan güllə yarası alan H.Mustafayev deyir ki, illər keçdikcə ağrıları artdığından əmək qabiliyyətini itirib. Lakin Qarabağ əlili statusu ala bilməyib. İki övladı var, amma işləyib onları dolandıra bilmir:

“Şabran rayonu, Xəlil Əhmədov küçəsində, dəmiryolu xəttinin yaxınlığında daxma tipli evim var. Hazırda havalar soyuyub, amma imkansızlıqdan evə qaz çəkdirə bilməmişəm. Odun olanda yandırır, evi bir balaca qızdırırıq. Vəziyyət o yerə çatıb ki, gündəlik adi çörək almağa imkanım çatmır. Fiziki iş görməyə gücüm yoxdur. Güman edirəm ki, bundan sonra Qarabağ əlili statusu almağım da çətindir”, - Mustafayev şikayətlənir.

Mustafayevlər ailəsinin yaşadığı daxmanın döşəməsi də betondur, evdə qaz olmadığından odun sobasından istifadə edilir. Amma keçmiş döyüşçü deyir ki, odun tapmaqda da çətinlik çəkirlər.

Onun sözlərinə görə, yardım edilməzsə, nə ailəsini, nə də özünü dolandıra biləcək: “İndiyə kimi hər yerə müraciət etmişəm, ancaq müraciətimə baxan olmayıb. Nə edəcəyimi, kimin qapısını döyəcəyimi bilmirəm. Heç olmasa evimə qaz çəksəydilər, qışda soyuqdan donmazdıq”.

Mustafayev, əlaqədar orqanlardan ona köməklik etməsini, dövlət tərəfindən yardım ayrılmasını xahiş edib: “Fiziki imkanım yol versəydi, ikinci dəfə döyüşlərə qatılardım. Amma çarəsiz durumdayam. İcra hakimiyyəti vəziyyətimdən xəbərdardır. Qarşıdan qış gəlir, necə dolanacağımı bilmirəm”.

Oxşar xəbərlər

Saatlı sakini 7 aydır problem içindədir... - GİLEY
Vətəndaş nazirliklə icra hakimiyyəti arasında qalıb... - ÖTÜR-ÖTÜR OYUNU...
Qarabağda döyüşən erməni Gürcüstana QAÇDI
Əlillərin demək olar ki, çoxuna mənzil verilibdir, amma... - İTTİHAM
28 ermənini məhv edən şəhidin atası: “Ölümünə inanmadım, elə bilirəm...” - VİDEO
Göyçayda sakinləri dinləyən yoxdur - GİLEY
Balakən icra hakimiyyətindən BİABIRÇI MÜNASİBƏT... - NARAZILIQ...
"5 uşaqla acınacaqlı həyat yaşayırıq - Sahil Babayevin nəzərinə...
ANS bərpa olunur — RƏSMİ
Əsgər Bəşirov cəbhədən icra başçısına müraciət etdi: - “Evimdə qaz, işıq yoxdur...”
Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq vəzifəli şəxsləri məhkəməyə gətirildi
Elmar Vəliyevin adamlarının həbsinin bəzi detalları məlum oldu — Fotolar
Şabran sakini həmyerlisini bıçaqlayıb
Qazax İH başçısından qazimizə sayğısızlıq - FOTO
Başçısı həbs olunan rayonda sakinlər çarəsiz qalıb... - Şikayətlərə baxan yoxdur...
Şəkidə əlili incidən kimdir? - GİLEY
İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... - GİLEY
İttiham hədəfi olan Ali Attestasiya Komissiyasının sədri DANIŞDI - "BƏLİ, "PORT BAKU"DA MƏNZİLİM VAR"
Şahin Mustafayev oğluna nişan etdi - Foto
Bacısını kanalda boğub öldürən şəxs həbs edildi
Şahin Mustafayev niyə özü haqda kino çəkdirdi? - İDDİA
““Space” Azərbaycan xalqı üçün böyük bir ləkədir“ - Kamran Həsənli
"Elnur Rzayev icra başçısı təyin olunandan sonra..." - GİLEY
Astarada narazılıq yaradan kimlərdir? - GİLEY
Gilan Orchards MMC qanunlara tabe olmur - GİLEY
Qubada COVID-19-a yoluxan 5 nəfər karantin postunda saxlanılıb
Nizami Kino Mərkəzindən etiraz
İki yarıtmaz qurumun yaratdığı problemlər... - GİLEY
Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları - FOTOFAKT
Zəngilansız 26 il...