Xeyli müddətdir ki, bir media qurumu olaraq Sumqayıt Səhiyyə Şöbəsinin keçmiş müdiri, hazırda Sumqayıt Tibb Mərkəzinin ( Publik Hüquqi Şəxsin) direktoru Səkinə Sadıxovanın qanunsuz əməlləri barədə araşdırma yazıları dərc edirik. Oxucuda aydın təsəvvür yaranması üçün qeyd edək ki, bu Tibb Mərkəzinin nəzdində xeyli sayda xəstəxana, polkilinika, Təcili Tibbi Yardım Stansiyası və digər tibb müəssisələri var.
Yəni TƏBİB rəhbərliyi bütün bunları birləşdirib verib Səkinə Sadıxovanın əlinə, daha doğrusu, səlahiyyətinə. Səkinə Sadıxova bu xeyli sayda tibb müəssisələrin müdirləri, baş həkimləri ilə necə davaranır, xoşu gəlməyən poliklinikaları birləşdirir, istədiyi təcrübəli, peşəkar həkimi işdən qovub yerinə özü ağılda, özü savadda adamları işə götürür, Sumqayıt boyda şəhərin səhiyyə sistemində intriqa mühiti yaradır və s. Biz bu barədə kifayət qədər yazmışıq.
Bu hələ harasıdır..? Səkinə Sadıxovanın keçirdiyi saxta tenderlər, dövlət tərəfindən ayrılan dərman preparatlarının özəl apteklərdə satılması, xəstələrə ayrılan ərzaqların özəl mağazalarda satılması yolu ilə milyonlara sahib olması barədə də kifayət qədər yazılıb. Biz hələ Səkinə Sadıxovanın Sumqayıt Təcili Yardım Stansiyasında sürücüləri hansı qiymətə işə götürməsini, stansiyaya ayrılan benzinin, yanacağın, avtomobil ehtiyyat hissələrin satılmasını demirik. Təsəvvür edirsiniz, Səkinə Sadıxova təcili yardım maşınlarının sürücülərinə deyir ki, benzini, ehtiyyat hissələri öz cibinizin pulu ilə almalısınız.
Bütün bunları yenidən yazıb vaxt və zaman itirmək istəmirik. Xatırlatma üçün onu da qeyd edək ki, Hesablama Palatasından daxil olmuş material əsasında Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin üç maddəsi ilə Səkinə Sadıxova barəsində cinayət işi qaldırılıb. Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bu barədə də uzun-uzadı yazmaq istəmirik, çünki kifayət qədər yazılıb.
İndi bəhs edəcəyimiz mövzu tamamilə yeni məsələdir. Ötən yazımızda qeyd etdiyimiz kimi Səkinə Sadıxova heç bir ali tibb təhsili olmayan Elnarə Məmmədovanı Sumqayıt Tibb Mərkəzinin Kadrlar şöbəsinə müdir təyin edib. Özü də Elnarə Arif qızı Məmmədovanın 44 yaşında Gürcüstan Respublikasından aldığı saxta diplomla.
Detallara varmadan Elnarənin keçmişinə nəzər salaraq və vaxt ayrımadan onu qeyd edək ki, Elnarə heç bir tibb təhsili olmadan Qobustan Mərkəzi Xəstəxanasının o zamankı baş həkimi Emin Hüseynlə tanış olur və Emin Hüseyn Astaraya baş həkim təyin olunarkən Elnarənin həmin xəstənada Kadr şəbəsinə müdir təyin edir.
Sonradan Astaradan qovulan Emin Hüseyn yenidən Qobustan Mərkəzi Xəstəxanasına baş həkim gələrkən Elnarəni də özü ilə kadr şöbəsinə müdir gətirir. Sözün qısası, Emin Hüseyn Şamaxı Mərkəzi Xəstəxanasına direktor təyin olunarkən Elnarəni özü ilə apara bilmir və Qobustanın yeni baş həkimi Qurban Kərimov Elnarəni Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən qovur. Sonra Sumqayıtda məhkəmə prosesi başlayır və TƏBİB-in müdaxiləsindən sonra Elnarə süddən çıxan qaşıq kimi təmiz çıxır.
Ötən yazımızda sual verdik ki, TƏBİB-in əməllərini başa düşdük, bəs məhkəmə hakimləri görmədi ki, Elnarənin diplomu saxtadır, niyə bu barədə sorğu vermədilər..? Sözün qısası, indi gələk konkret mətləb üstünə. Deməli, redaksiyamıza daxil olan rəsmi məlumata görə, Təhsil Nazirliyinin Kvalifikasiya şöbəsinə Elnarə Məmmədovanın Gürcüstan Respublikasından aldığı diplomun təsdiqi ilə bağlı heç bir müraciət daxil olmayıb və Təhsil Nazirliyinin Məlumat Bazasında Elnarə Məmmədovanın diplomu ilə bağlı heç bir məlumat yoxdur.
Onda ortaya sual çıxır: Bəs Elnarə Məmmədovaya onun diplomunu təsdiq edən sənədi kim və neçəyə verib..? Məlumdur ki, Elnarə Məmmədova həmin saxta diplomla Sumqayıt ərazisində mühüm dövlət qurumunda, özü də vəzifədə çalışır. Deməli, bu məsələ Sumqayıt prokurorluğunda araşdırılıb ortaya ciddi nəticə qoyulmalıdır.
Biz üzümüzü Sumqayıt şəhər prokuroru, hörmətli Mürvət Həsənova tutaraq deyirik. Hörmətli Mürvət müəllim. Siz uzun müddətdir ki, prokurorluq orqanlarında çalışırsınız, hətta Bakı şəhər prokurorunun müavini vəzifəsində çalışmısınız. Hörmətli Baş prokurorumuz Kamran Əliyevin etimadı ilə Sumqayıt boyda şəhərin prokuroru təyin edilmisiniz.
Ümid edirik ki, Elnarə Məmmədovanın saxta diplomla dövlət vəzifəsində çalışmasına və diplomun saxta olmasına aydınlıq gətirəcəksiniz. Bütün dünyada saxta diplom vermək, saxta diplomla çalışmaq cinayət əməli hesab olunur.
Və sonda özünü muzdlu jurnalist hesab edən və barəmizdə guya ittiham yazıları yazanlara üzümüzü tutub deyirik ki, bizim mübarizəmiz sizin kimi YAL davası deyil, Azərbaycan Dövlətinin gələcəyi üçündür. Namusu, qeyrəti olan, arxamızca danışanların hər birinə deyirik ki, danışırsan, açıq danış, yazırsan, açıq yaz. Amma ondan-bundan beş manat alıb hər şeyini o pula satma. Ondan əlavə, bəzi saytlara onu da demək istəyirik ki,bizim əziyyətlə ərsəyə gətirdiyimiz araşdırma yazılarının orasını-burasını qopradıb ölünüzün ehsanına pul qazanmayın. Biz yazılarımızın istinadla dərc olunmasının əleyhinə deyilik. Bizimlə həmişə əməkdaşlıq və qələminə hörmət edən dostlarımızı nəzərdə tutmuruq.
P. S. Bundan sonra bizim yazılarımızı istinadsız dərc edən şəxslərin hər şeyinə lənət olsun. Artıq bezdik...
Təhsil Nazirliyinin Məlumat Bazasında Elnarə Məmmədovanın saxta diplomu ilə bağlı heç bir məlumat yoxdur… - Ümid edirik ki, Sumqayıt şəhər prokurorluğu saxta diplom məsələsinə NÖQTƏ qoyacaq…
15
avqust
18:52

Qarabağ
OXŞAR XƏBƏRLƏR
TƏBİB-in Arazı ( Nəsirov), Səkinənin avazı... - Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova həbs olunacaq....
Sağlamlığı tutduğu vəzifəyə uyğun gəlməyən Səkinə Sadıqova barəsində dövlət qurumları niyə susur..?
“Gündəlik Bakı”nın Baş redaktoru Daxili İşlər Naziri, cənab general-polkovnik Vilayət Eyvazova müraciət etdi...
“Sumqayıt Tibb Mərkəzi”ndə yeyinti AŞKARLANDI
Mehriban Zəki və Dilarə Əliyevanın vəziyyəti necədir? - YENİLƏNİB
Sumqayıt Tibb Mərkəzi yaradılıb
Sumqayıt səhiyyə şöbəsinin “ruhi xəstə” müdiri Səkinə Sadıqova … - Səkinə Sadıqova Ruhi dispanserdə 2 ay müalicə olunub…
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və müsavatçı Emin Hüseynin ortaq əməlləri… - 44 yaşlı təhsili olmayan qadına Gürcüstandan necə ali təhsil diplomu aldılar….
Azərbaycanda bu tibb müəssisələri birləşdirilir - SİYAHI
Sumqayıtda 16 nəfəri gün vurub
250 minlik Sumqayıt səhiyyəsinin “xəstə” şöbə müdiri Səkinə Sadıqova... - Mollanın inəyə dua yazması və Səkinə Sadıqovanın əməlləri...
Bu xanım məmurla bağlı Baş nazirə müraciət olundu
Sumqayıt Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqovanın əməlləri… - Səhiyyə şöbəsində nə qədər ölü canlar var…
Sumqayıtda qadın məhkəmə zalında özünü DOĞRADI (YENİLƏNİB)
Səkinə Sadıqovanın normal təhsili olmayan bacısı Sədaqət həkim Sumqayıt səhiyyəsini idarə edir..
Sumqayıt səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqova barəsində “boyat” və təzə xəbərlər... - Səkinə Sadıqovanın tender biznesi….
Sumqayıt səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqovanın tender biznesi… - Səkinə Sadıqova 267 min 54 manat dəyərində dəftəxana kağızını nə edib ?
İstintaq ədalətli keçərsə, Səkinə Sadıqova və Kamran Əhmədovu hansı cəza gözləyir..? - Sumqayıt şəhər səhiyyə şöbəsinin qarajında “razborka”
Uşaq qidası oğurlayan ataya 20 sutka həbs, 3 milyon oğurlayan Səkinə Sadıqovaya isə.... - Həbs qabağı "DEVİT-B" arayışı işə yarayacaqmı?...
TƏBİB onları vəzifəsindən azad etdi.... - Sabunçu və Nizami Tibb Mərkəzinin direktorları vəzifələri ilə vidalaşdı....
3 saylı Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov təcili məzuniyyətə çıxdı… - Mərkəzlərdə səsli-küylü həbslər gözlənilir...
Səkinə Sadıqovanın “qaziləri” zəng edərək Gündəlik-Bakıdan üzr istədi… - Səkinə Sadıqova yaxın zamanda məhkəmə qarşısında cavab verəcək…
Sumqayıt səhiyyəsinin müdiri Səkinə Sadıqova necə 8 min manat maaş alır..? - Səkinə Sadıqova 8-ci sinif şagirdinin ölümünə görə, istintaqa cəlb olunmalıdır…
Azərbaycanda bu Səhiyyə İdarələri LƏĞV EDİLDİ
Suraxanı Tibb Mərkəzinin direktoru vəfat etdi
Sumqayıt səhiyyəsində Tender rüsvayçılığı … - Səkinə Sadıqovanın HƏBSİ qaçılmazdır….
Səkinə Sadıqovaya Cinayət Məcəlləsinin 3 maddəsi ilə iş qaldırıldı... - Sumqayıt Tibb Mərkəzinin direktorunun 3 milyonluq yeyintisi...
Bir sıra xəstəxanaların rəhbərlərinə XƏBƏRDARLIQ EDİLDİ
“Sumqayıt Tibb Mərkəzi”ndəki qanunsuzluqlarla bağlı cinayət işi açıldı
Xəstəliklər cədvəlinin 22-C maddəsində nəzərdə tutulan şəxslər nəinki Sumqayıt səhiyyəsini, heç avtomobil idarə edə bilməz… - Səkinə Sadıqova Sumqayıt, Abşeron və Xızının səhiyyəsinə rəhbərlik edir…
- Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi
- Avropada günün maraqlı futbol oyunları - AFİŞA
- Şuşaya axund təyin olundu
- İsveçrə Gülnarə Kərimovanın 1,4 milyardlıq əmlakına həbs qoydu
- Növbəti silah-sursat və döyüş texnikası Ağdərə ərazisində müsadirə edilib - VİDEO
- Mingəçevirdə qətl törədən şəxs saxlanıldı - (YENİLƏNİB)
- Davit Babayan da həbs olundu - RƏSMİ
- Ölkəyə külli miqdarda narkotik gətirənlər saxlanıldı - VİDEO
- Ürəyin ilk fəaliyyətə başlaması alimləri heyrətləndirdi
- Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi yaradılacaq
- DİQQƏT! Bu qidalar dişlərə zərər verir
- Ərəblər Salah üçün böyük pul təklif edir
- Qaraciyərin bərpası üçün ən yaxşı qidalar
- İmmuniteti gücləndirən ən yaxşı ədviyyat
- Evlilikləri 5 ay çəkdi - FOTOLAR
- Yuyucu vasitələr xərçəngə necə təsir edir?
- Qızıl və gümüş ucuzlaşdı
- Məşhur model “Az qala özümü öldürürdüm”
- Bu vaxtlarda qəhvə içmək olmaz
- Həzm üçün zərərli olan tərəvəzlər
- Gecə yemək istəyindən qurtulmağın sadə yolları
- "MDB ölkələrinin güclü orduları olmalıdır" - Şoyqu
- Azad edilmiş ərazilərdə daha 29 mina aşkarnıb AŞKARLANDI
- Məşhur futbolçunun dördüncü övladı olacaq