Mehriban Vəliyevanın bacısının əri kimdir, nəçidir..? Bu yazı əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın fəaliyyəti ilə bağlı olduğu üçün onun tərcümeyi-halına qısaca nəzər salaq: Vəliyeva Mehriban Hidayət qızı 1964-cü ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Ortaya sual çıxır: Bu adam nə vaxt BDU-ya daxil olub, nə vaxt bitirib..? Bunu niyə yazmaq istəmirsiniz..?
Mehriban Vəliyeva 1989-cu ildən pedaqoji fəaliyyətə başlayıb, Bakı şəhəri 278 nömrəli tam orta məktəbdə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində və Akademik Zərifə Əliyeva adına liseydə işləyib. 2014-2020-ci illərdə Akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb. Təhsil nazirinin əmri ilə 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Fikir verdinizmi, biz əbəs yerə yazmadıq ki, Mehriban Vəliyeva neçənci ildə BDU-ya daxil olub, neçənci ildə bitirib..? 1964-cü ildə anadan olan Mehriban Vəliyeva 25 yaşında əmək fəaliyyətinə başlayıb. Niyə..? Onun tay-tuşları 22 yaşında BDU-nu bitirib 3 ildir çalışırdılar, amma Mehriban Vəliyeva bu 3 ildə harada olub..? Yəni bunların adi tərcümeyi-halları xırda tənqidə davam gətirmir. Bütün bunları qoyaq bir kənara, keçək Mehriban Vəliyevanın əsas fəaliyyətinə. Artıq bir neçə ildir ki, Mehriban Vəliyeva Bakı boyda şəhərin təhsilinə, məktəblərinə, uşaq bağçalarına, körpələr evinə nəzarət, daha doğrusu, SAHİBLİK edib.
Bəli, nəzarət və SAHİBLİK fərqli məsələdir. Belə ki, Mehriban Vəliyevanın dövründə nəinki yerdəyişmələr, hətta orta məktəblərin 1-ci siniflərinə qəbul rüşvət obyektinə çevrilib. Rus bölmələrinə qəbulun qiyməti isə 3-4 dəfə bahalaşıb. Təsəvvür edirsiniz, 1-ci sinifə, yaxud uşaq bağçasına qəbul ancaq pulla, rüşvətlə mümkündür. Baxın, bu gün Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrində çalışan minlərlə tərbiyəçinin nəinki ali təhsili, heç orta ixtisas təhsili yoxdur. Bunlar hansı yolla işə düzəliblər..? Bunu Mehriban Vəliyeva gözəl bilir, pulunu ver, işə düzəl.
Bu hələ harasıdır...? Bakıdakı məktəblərin, uşaq bağçalarının çoxunda nəinki ağac, heç kol da yoxdur, amma yüzlərlə bağban dövlətdən hər ay maaş alır. Əslində bağbanlar almır ee, Mehriban Vəliyeva alır...
Biz hələ uşaqlara ayrılan qida və ərzaq məhsullarının satılmasından danışmırıq... Biz məktəblərdəki “ölü canlardan, 3 nəfərin yerinə işləyən mühafizəçilərdən danışmırıq... Bəli, Mehriban Vəliyeva paytaxt təhsilinə rəhbərlik etdiyi az müddətdə milyonçu-oliqarxa çevrildi. Şübhəniz varsa, buyurun, tanış olun: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Fatmayı bağları adlanan ərazidə, daha dəqiq desək, “Araz” marketin arxasında dəyəri 500 min manata olan villa alıb.
İndi isə keçək Mehriban Vəliyeva ilə bağlı ən son məlumatlara. Deməli, Mehriban Vəliyevanın bacısının əri Müdafiə Nazirliyinin Təchizat İdarəsinin rəisi olub. Təsəvvür edirsiniz, bu idarənin rəislərinin adı həmişə böyük korrupsiyada hallanıb. Mehriban Vəliyevanın bacısının oğlu, yəni həmin Təchizat İdarəsi rəisinin oğlu isə Azərbaycanda bərk gedən generallardan birinin balaca qızına 900 min manat pul atıb və bu günədək qaytarmır.
Məlumat üçün qeyd edək ki, generalın qızı ilə Mehriban Vəliyevanın bacısı oğlu Zərifə Əliyeva adına liseydə sinif yoldaşı olublar və o vaxtdan dostluq ediblər. Yeri gəlmişkən, Mehriban Vəliyeva həmin illərdə liseyin direktoru olub.
Sözün qısası, generalın evində yəqin ki, 9 milyarda yaxın pul olub ki, balaca qızın 900 min dostuna verməsindən gec xəbər tutublar... Sözün qısası, Mehriban Vəliyevanın ətrafında proseslər dərinləşməkdə davam edir və hər gün ortaya yeni faktlar çıxır, yəni çəmbər daralır... Bizi izləyin.
Bakı Şəhər Təhsilinin rəhbəri Mehriban Vəliyeva 3 il harada olub..? - Mehriban Vəliyevanın bacısının oğlu generallardan birinin balaca qızına 900 min pul atıb…
17
avqust
12:45

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Nazir Mehriban Vəliyevanı işdən çıxardı
Səhhətinə görə işdən çıxan nazir müavini təlim keçməyə başladı
Təhsilimizin başına daş salan BACILAR- MEHRİBAN VƏLİYEVANIN TƏHSİL NAZİRLİYİNDƏKİ İMPERİYASI
Azərbaycanda xanım məmur yarım milyonluq villa aldı - FOTO
40-a yaxın məktəbin direktoru yoxdur - Bakıda
40-a yaxın məktəbin direktoru yoxdur - Bakıda
Bakıda koronavirusdan 1 direktor, 18 müəllim vəfat edib
Bakı şəhəri Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyir ki, məktəb Günəşdir, repetitorlar kölgədir..
Peyvəndlənməyə neçə təhsil işçisi cəlb olunacaq? - AÇIQLAMA
Bağça biznesinə KİM NƏZARƏT EDİR... - Bundan əvvəl də...
Emin Əmrullayev onu qurban verir - Nazirin özünüqorumaq cəhdi
Övladını məktəbə göndərməyənlərin diqqətinə
Mehriban Əliyeva üçün özəl gün
Bakı məktəblərində koronavirusla bağlı durum AÇIQLANDI
Müəllimlərin üçüncü doza vaksinasiyası ilə bağlı YENİ XƏBƏR
Təhsil idarəsi rüşvətxor direktoru müdafiə edir
Mehriban Əliyeva Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib
Bakının 4 rayonundakı məktəblər imtahanlarda zəif nəticə göstərib
İnstitut direktoru VƏFAT ETDİ
Səlahiyyətlərinə xitam verilən hakimlər kimdir? - SİYAHI
Bakıda 8 bağçanın fəaliyyəti dayandırıldı
Məktəblərdə “Son zəng” çalındı
İlham Əliyevin bu gün təyin etdiyi icra başçıları kimdir? - DOSYE
Təhsil Nazirliyi varsa, Bakı Şəhər Təhsil İdarəsi nəyə lazımdır ?- BŞTİ-nin (Məhəbbət) Vəliyevası gedir, (Mehriban) Vəliyevası gəlir…
Nazirlikdən şagirdlərin çubuqla döyülməsi görüntülərinə MÜNASİBƏT
Məktəbli forması ilə bağlı təzyiq var? - RƏSMİ AÇIQLAMA
Lisey və gimnaziyalara qəbula start verilir
Mehdiyev daha bir vəzifəsini itirdi - RƏSMİ
Şənbə günləri də tədris həyata keçirilə bilər - RƏSMİ
Zəif nəticə göstərən şagirdlər məktəbdən uzaqlaşdırılır?
- Qızıl və gümüş ucuzlaşdı
- 3 000-dən çox insan Ermənistanın mina terrorunun qurbanı olub
- Bir ayda necə arıqlamaq olar? - Dietoloqların sadə sirri
- İstənilən “iPhone” funksiyası “Android”lərə gələcək
- Keçmiş yeznələrini küçədə öldürdülər
- 117 yaşlı qadın 107 yaşlı bacısı ilə ad günü qeyd etdi
- Avtobusların iştirakı ilə baş verən QƏZALAR - VİDEO
- Teymur Rəcəbov üçüncü dəfə ATA OLDU - FOTO
- Putin və Rəisi Qarabağı müzakirə etdilər
- “Müğənnilər səhnəyə lüt çıxır, cəsarətiniz çatırsa onları yazın, Yaşar Nurinin qızını yox”
- General getdi, birinci müavin vəzifəsi ləğv edildi - İcra başçısının oğlu vəzifədə qaldı
- Vaqner Afrika və Belarusda fəaliyyətini davam etdirir
- Maştağa sakini İrana görə tutuldu - CASUS ŞƏBƏKƏSİ
- "Yunayted" 100 milyon avroluq transferə hazırlaşır
- "İlin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə endirilməsi gözlənilir" - Baş nazir
- Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO
- Hidayət Heydərov beşinci dəfə Böyük Dəbilqəni qazandı
- İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO
- Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəldi
- Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasında çıxış edəcək
- “Azərbaycan Qarabağa tam nəzarət edir” - Separatçıların sabiq "nazir"i
- İlham Əliyev Toivo Klaarı qəbul edib
- İlham Əliyev Toivo Klaarı qəbul edib - YENİLƏNİB
- Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər