Dövlətin ayırdığı 100 milyonları mənimsəyən ata-bala Manaf-Samir Şirnovların pulları gecə klublarında göyə sovrulur… Abid Şərifovun ailə şirkətində nələr baş verir…?
Diqqətli oxucuların yaxşı yadında olar. Ki, cənab Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin gedişində meydana çıxmış problemlər barədə çox kəskin danışmışdı və demişdi: “ Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılıb, bu, dözülməzdir. Ona görə, əgər o məsuliyyəti dərk etmirlərsə, dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər".
Bəli, cənab Prezident öz çıxışında “Evrascon” ASC-yə kəskin iradlarını bildirmişdi. İndi gəlin görək, Prezidentin “özündən küssün..” dediyi "Evrascon" ASC (Əvvəlki adı "Azərkörpü" ASC) kimindir?
Azərbaycan mətbuatı dəfələrlə yazıb ki, bu şirkət sabiq baş nazirin müavini Abid Şərifovun ailə şirkətidir. Ancaq “Evrascon" ASC-nin icraçı direktoru uzun müddət Manaf Şirinov olub. Qısa məlumat üçün bildirək ki, 1968-ci ildə Bakı şəhərində SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin nəzdində yaranmış «Körpütikintidəstəsi-100» kimi fəaliyyətə başlayan qurum 2001-ci ildə keçirilmiş özəlləşdirmədən sonra “Azərkörpü”yə çevrilib, Açıq Səhmdar Cəmiyyəti statusu alıb.
2013-cü ildə isə “Azərkörpü” ASC rebrendinq elan etdi və öz adını Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” adı ilə əvəz etdi. Manaf Şirinovun mətbuata dediyinə görə, guya adın dəyişməsinin səbəbi şirkətin yaxın və uzaq xarici ölkələrdə gördüyü mühüm işlərdir. Manaf Şirinova deyən yoxdur ki, təkcə Qazaxstanda gördüyünüz tikinti işlərində milyonlarla maxinasiyalar olmuşdu. Budur, sizin uğurunuz..?
Bəli, Manaf Şirinovun şirkəti Qazaxıstanda, Özbəkistanda, Moldovada, Rusiyada, Ukraynada gördüyü bütün tikinti işlərində həmişə ciddi maxinasiyalara yol verib. Çoxları düşünə bilər ki, Manaf Şirinov bu layihələri necə əldə edib..? Əslində, biz həmişə yazırıq ki, böyük şirkətlərin arxasında iri məmurlar olmasa, həmin şirkətlər 1 ay da ayaqda dayana bilməz. Və həmin layihələri də Abid Şərifov öz əlaqələri vasitəsilə əldə edirdi. Bəlkə Qaradağda limanın tikintisini, yaxud Kür çayı üzərindəki körpünün tikintisini Manaf Şirinov özü əldə etmişdi..?
Manaf Şirinova Kür çayının üzərində tikdiyi körpünün bir neçə ay sonra təmirə dayanmasını xatırlatmaq lazımdır. Manaf Şirinov təkcə dövlətə deyil, həm də Azərbaycan təbiətinə milyonlarla ziyan vurmuşdu. Manaf Şirinov uzun illər milyonlarla vergidən yayınıb və Abid Şərifovun hesabına canını ödəmədiyi vergi borclarından qurtara bilib.
Vaxtilə Manaf Şirinov maşın, avadanlıq, texnika almaq adı ilə milyonlarla manipulyasiya edib. Hətta Almaniyada yaşayan polis rəisi qardaşının işlərinə də yarayıb. Bu, başqa bir yazının mövzusudur.
Bir sözlə, Abid Şərifovun ailə şirkəti hesab olunan "Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC kifayət qədər dövlət vəsaitini mənimsəyib. Hətta Manaf Şirinovun bir müddət həbsdə saxlanılması barədə də mediada xəbərlər yayılıb. Amma sonradan Abid Şərifovun hesabına onu sərbəst buraxıblar. Manaf Şirinovun əməlləri barədə yazmaqla qurtaran deyil.
Hazırda Manaf Şirinov şirkətini başqa adla, "İNTER TEXNİKA" MMC adı ilə işlədir. Şirkəti isə onun oğlu Samir Şirinov idarə edir.
Samir Şirinovun müavini isə Azad Qasımovdur. Azad Qasımov hər yerdə deyir ki, Samir Şirinov kimdir ki, şirkətin əsl sahibi mənəm. Azad Qasımov deyir ki, Samirin tikintidən, inşaat işlərindən başı çıxmır, amma mən...
Bəli, Azad Qasımov restoranlarda pul səpir və fəxrlə dosatlarına deyir ki, Füzuli Hava Limanını mən tikmişəm, Qarabağın, Cəbrayılın bütün abadlıq və tikinti işləri mənə tapşırılıb. Azad Qasımovdan soruşan yoxdur ki, restoranlarda səpələdiyin dollarları necə və hansı yolla qazanmısan..? Azad Qasımovun gecə klublarında kimlərin harasınasa soxduğu dollarları görəndə adam düşünür ki, belələrinə Qarabağın, Cəbrayılın, Laçının quruculuğunu etibar etmək olarmı..?
Bax, əsas məsələ budur. Bir də yaxşı olar ki, cənab Abid Şərifov bu susqunluğa son qoyaraq məsələyə münasibətini bildirsin.
Prezidentin kəskin tənqid etdiyi “Evrascon” şirkəti... - “İNTER TEXNİKA” MMC-nin sədr müavini Azad Qasımovun eyş-işrət videoları…
18
avqust
10:45

Qarabağ
OXŞAR XƏBƏRLƏR
"İNTER TEXNİKA" MMC-nin sahibi Samir Şirinovdur, yoxsa Azad Qasımov?...
Abid Şərifovun başı dərddə - Şirkəti məhkəməyə verildi
Abid Şərifovun şirkəti borc içində batır - İşçilərinə maaş verə bilmir
Abid Şərifovun ailə üzvlərinə aid şirkətlərin 100 minlərlə vergi borcu var - Siyahı
Prezidentlər Füzuli Beynəlxalq Hava Limanının açılışında - FOTOLAR (YENİLƏNİB)
Abid Şərifova bağlı şirkət “Azercell”i məhkəməyə verdi
Abid Şərifovla Telman İsmayılov arasında məhkəmə çəkişməsi
Prezident Zəngilan Hava Limanının istifadəyə veriləcəyi vaxtı AÇIQLADI
Bakı Limanının tikintisinin ikinci fazasının yekunlaşacağı tarix açıqlandı
Elman Nəsirov: “Zəngilan Beynəlxalq Hava Limanının açılışı Ermənistana bir siqnal oldu”
Telman İsmayılovla Abid Şərifov arasında nə baş verir? - Məhkəmə yenə təxirə salındı
"Laçındakı hava limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır" - İlham Əliyev
Laçın Beynəlxalq Hava Limanının inşası ilə bağlı görülən işlər açıqlandı
Abid Şərifovun ailə üzvlərinə məxsus biznes çökür? - FOTOFAKT
Prezident Laçın Beynəlxalq Hava Limanına getdi - YENİLƏNİB (FOTOLAR)
"Bu il ilk təyyarələri Füzulidə qəbul edə biləcəyik" - Prezident
Dövlət başçısı Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış oldu
Azərbaycan və Türkiyə Prezidentləri Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər
Füzuli Hava Limanına direktor təyin edildi
"Laçında hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub" - Dövlət başçısı
Prezident Füzuli aeroportunda - FOTOLAR
Prezident Türkiyə və Türkmənistan şirkətlərini Ələt Azad İqtisadi Zonasına dəvət edib
"Bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır" - Azərbaycan lideri
Sabah Zəngilan Beynəlxalq Hava Limanının açılışı olacaq - FOTO
Prezidentlər arasında maraqlı dialoq - VİDEO
Abid Şərifova bağlı şirkətin səhmdarları toplanır – 2 milyondan çox borcaları var
"Prezidenti qarşılamaq üçün buradayıq" - Səfir Zəngilanda paylaşım etdi
İlham Əliyev Şahin Mustafayevə yeni VƏZİFƏ VERDİ
Bakı Limanının baş direktoruna yeni müavin təyin edildi
Dövlət başçısı Zəngilan Beynəlxalq Hava Limanında
- Qızıl və gümüş ucuzlaşdı
- 3 000-dən çox insan Ermənistanın mina terrorunun qurbanı olub
- Bir ayda necə arıqlamaq olar? - Dietoloqların sadə sirri
- İstənilən “iPhone” funksiyası “Android”lərə gələcək
- Keçmiş yeznələrini küçədə öldürdülər
- 117 yaşlı qadın 107 yaşlı bacısı ilə ad günü qeyd etdi
- Avtobusların iştirakı ilə baş verən QƏZALAR - VİDEO
- Teymur Rəcəbov üçüncü dəfə ATA OLDU - FOTO
- Putin və Rəisi Qarabağı müzakirə etdilər
- “Müğənnilər səhnəyə lüt çıxır, cəsarətiniz çatırsa onları yazın, Yaşar Nurinin qızını yox”
- General getdi, birinci müavin vəzifəsi ləğv edildi - İcra başçısının oğlu vəzifədə qaldı
- Vaqner Afrika və Belarusda fəaliyyətini davam etdirir
- Maştağa sakini İrana görə tutuldu - CASUS ŞƏBƏKƏSİ
- "Yunayted" 100 milyon avroluq transferə hazırlaşır
- "İlin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə endirilməsi gözlənilir" - Baş nazir
- Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO
- Hidayət Heydərov beşinci dəfə Böyük Dəbilqəni qazandı
- İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO
- Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəldi
- Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasında çıxış edəcək
- “Azərbaycan Qarabağa tam nəzarət edir” - Separatçıların sabiq "nazir"i
- İlham Əliyev Toivo Klaarı qəbul edib
- İlham Əliyev Toivo Klaarı qəbul edib - YENİLƏNİB
- Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər