Mərkəzi Bankın “komendant saatı” nə vaxt ləğv ediləcək? - Banklar valyuta dəyişməsinə vaxt limiti də qoyublar
3-12-2020, 11:11
160

Mərkəzi Bankın “komendant saatı” nə vaxt ləğv ediləcək? - Banklar valyuta dəyişməsinə vaxt limiti də qoyublar

"Pandemiya dövründə başlıca məhdudiyyətlərdən biri də vətəndaşların xarici valyuta almasına qoyulan limitlə bağlıdır. İnsanlar daha çox dollar alışına üstünlük verdiyindən, Mərkəzi Bankın tapşırığına əsasən istənilən məbləğdə sözügedən valyutadan almaq istəyənlər mütləq şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir və il ərzində alınan valyutanın məbləği 20 min manat ekvivalentindən (ortalıq 12 min dollar) artıq olduqda, vəsaitin mənbəyi haqqında deklarasiya doldurulmalıdır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Ölkənin ,demək olar, bank sistemini özündə birləşdirən “Kapitalbank”, “Beynəlxalq Bank” , “Paşabank” qadağanın Mərkəzi Bankdan qaynaqlandığını bildirib, bu absurd qərarla müştərilərin hüquqlarını pozmaqla yanaşı , özlərinə, yəni bank sisteminə inamı da sarsıdırlar. Eyni zamanda, məhdudiyyət təkcə məbləğə yox, vaxta da tətbiq olunur, heç demə! Yəni, yalnız saat 10-14 arası valyuta dəyişmək olar, 14-dən sonra bu hüquqa da qadağa qoyulub. Banklar bu qadağanın da “mərkəz”dən gəldiyini bildirməklə vətəndaşların hüquqlarının pozulmasının “yuxarıdan” qaynaqlandığını vurğulayırlar. Məbləğə qoyulan absurd “deklarasiya limiti”ni , birtəhər də olsa , anlamağa çalışmaq olar, bəs bu vaxt limitini vətəndaş necə anlasın? Belə çıxır, dollar satışına “komendant saatı” tətbiq olunur? Nə əcəb cəmi 4 saat? Görəsən, Elman Rüstəmov bankların “komendant saatı”nı Nazirlər Kabinetinin Operativ Qərargahı ilə razılaşdırıb?"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Oxşar xəbərlər

Pulunu ala bilməyənlər Mərkəzi Bankın qarşısına toplaşdı
Mərkəzi Bank göstəriş verdi: Azərbaycanda dollar alanlara nəzarət gücləndirildi
"AccessBank" bağlanır?
Əmanətlərin Sığortalanması Fondu iştirakçı bankların reyestrini açıqladı
Kapital Bank-dan təqaüdçülərə güzəşt
Bağlanmış 4 bankın əmanətçilərinə 508 milyon manata yaxın vəsait ödənilib
Mərkəzi Bank növbəti hərrac keçirib - Manat sabitdir
Azərbaycanda yubiley və xatirə pul nişanlarının yeni satış qaydası müəyyənləşib
Azərbaycanda bankların reyestri açıqlandı - CƏDVƏL
Bu gündən «Atabank» və «Amrahbank»dakı əmanətlər - QAYTARILIR
Bağlanan banklardan bu pulları ÇIXARMAQ OLAR - SİYAHI
Komendant saatı ilə bağlı növbəti müraciət!
Adını dəyişmək də “Yelo Bank”a kömək etmədi – BÖYÜK ZƏRƏR İÇİNDƏDİR
Dollar yeni həftəyə belə başlayacaq
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
Azərbaycanda iki bankın lisenziyası ləğv edilib - RƏSMİ AÇIQLAMA
Baş bankirə tutarlı CAVAB: - “Azərbaycan nə Almaniyadır, nə də Amerika”
Azərbaycanda hər adam ayda bu məbləğdə - DOLLAR ALA BİLƏR​​​​​​​
14 senytabrda dollar neçəyə olacaq?
21 sentyabrda dollar neçəyə olacaq?
“Azər Türk Bank”ın 2 departament direktoru vəzifəsindən AZAD EDİLDİ
Banklar bugünkü valyuta hərracında 58,9 mln. dollar cəlb edib
“Günay Bank” ASC-nin rəhbərliyində dəyişiklik olub
“Günay Bank”a yeni sədr təyin edildi
Yoxsul təbəqə üçün bank xidmətləri pulsuz oldu
İqtisadçılar hansı banka güvənib əmanət qoyar? - SORĞU
Azərbaycanda bir neçə bankla bağlı sərt addımlar atılacaq - təfərrüat
Bağlanan bankların kreditorlarının NƏZƏRİNƏ - Ödəniş başlanır
"Müştərinizi çətin vəziyyətdə qoymayın..." - GİLEY
«Günaybank» iflas həddinə yaxınlaşır - 4 QAT AZALMA