Ölkəmizdə istifadə olunan dərmanların, tibbi preparatların BAHA, həm də keyfiyyətsiz, vaxtı keçmiş olması barədə nəinki mediada, hətta Milli Məclisin tribunasından millət vəkilləri dəfələrlə sözün həqiqi mənasında od püskürüblər. Milli Məclisin üzvü Vahid Əhmədov və digərləri deyir ki, biz özümüzə lazım olan dərmanları Türkiyədən gətizdiririk, çünki ölkəmizdə həmin dərmanlar Türkiyədəkindən ən azı 4-5 dəfə bahadır.
Təsəvvür edirsiniz, 4-5 dəfə, yəni 400-500 faiz... Bahalılığı qalsın bir tərəfə, bütün xəstələr şikayət edir ki, dərmanlar keyfiyyətsizdir, çoxunun vaxtı keçib və s...
Bütün bunlar azmış kimi apteklərdə qadağan olunmuş dərmanlar satılır, hansı ki, o dərmanlar məhz həkimin rəyi və yazdığı resept əsasında satılmalıdır. Söhbət PSİXOTROP dərmanlardan gedir...
Onu da qeyd edək ki, tibbi sahədən anlayışı olmayan, əczaçılıq sahəsində elementar savadı olmayan adamlar apteklər şəbəkəsi açır, milləti saxta dərmanlar ilə zəhərləyirlər...
Belə apteklərdən biri də sakinlər arasında “Elnur” adlandırılan apteklər şəbəkəsidir. Məlumat üçün qeyd edək ki, bu obyektlərin rəsmi adı “Sonar Farm” MMC-dir. Bu apteklər şəbəkəsinin sahibi Elnur İsgəndərovdur.
Elnurun özü Tibb Universitetinin məzunu olub və valideynlərindən hansısa həmin Universitetdə dərs deyib. 2001-ci ildə Elnur bir qrup şəxslə saxta dərman satışı ittihamı ilə həbs edilib. Həmin dəstə üzvləri dərmanların tərkibini və qutularını saxtalaşdırmaqla məşğul olurmuş. Bir neçə il həbsdə qaldıqdan sonra, Elnur yenidən azdalığa çıxıb elə “Azadlıq” prospektində öz dərman biznesini davam etdirib.
O, hazırda dərman manopoliyasının bir hissəsinə nəzarət edən ən varlı adamlardan biridir. Təsəvvür edirsiniz, Elnur İsgəndırovun başçılığı ilə cinayətkar dəstə VAXTI KEÇMİŞ dərmanları əhaliyə satmaq üçün MƏTBƏƏLƏRDƏ saxta içlik və üzərində saxta tarix olan qutular düzəltdirib köhnə dərmanları təzə adı ilə əhaliyə satırmışlar.
Yəni əhalinin sağlamlığına dəhşətli zərbə vururmuşlar. Bu dəstə başda Elnur olmaqla həbs olunsa da, az müddət sonra Elnur azadlığa çıxıb, amma mətbəə işçiləri həbsxanada qalıb. İndi gördünüzmü, cinayətin sifarişçisi azadlığa çıxır, adi mətbəə işçiləri isə hələ də cəza çəkir.
Elnur təkcə azadlığa çıxmadı…
Həbsdən azad olunan Elnur İsgəndərov şəbəkəsini və cinayət əməllərini daha da genişləndirməyə başladı. Əlbəttə, Elnur elə-belə azadlığa çıxmadı, onu azadlığa çıxardan və ona şərait yaradan şəxslər var idi. Elnur İsgəndərovun apteklər şəbəkəsində dövlət tərəfindən QADAĞAN olunmuş Lyrica, Tramadol, Tropin, Contramal kimi psixotrop dərmanları satılır.
Bəli, bu dərmanlar Azərbaycan gənclərini zəhərləyir, məhv edir. Amma əvəzində Elnur kimilər milyonlara sahib olurlar.
Şikayətçilərdən biri yazır ki, nervpotoloqun xəstə üçün 2 ay müddətinə təyin etdiyi "ALYSE" dərmanını aptekçilər bilərəkdən az verdi. Reseptdə 2 aylıq göstərilsə də, 1 aylıq verməklə özləri üçün 4 qutu dərmanın qeyri-qanuni satışını mənim reseptimlə qanuniləşdirdilər. Aptekdə olarkən inadla onlara “Alyse” dərmanını 2 aylıq verməsini tələb etsəm də, məni qutu sayı ilə aldatdılar və resepti özlərində saxladılar.
Bu cür faktlar mediada kifayət qədərdir. Görəsən, adi vətəndaşların gördüyü və sosial şəbəkələrdə paylaşdığı bu cür informasiyaları dövlət qurumları niyə görmür, bəlkə görmək istəmir..?
Saxta və qadağan olunmuş dərmanlar satan Elnur İsgəndərovu kim həbsdən azad etdi..? - “Sonar Farm” MMC-də ( Elnur aptek ) nələr baş verir..?
22
avqust
11:05

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Elnur İsgəndərovun LİRİKA-sı... - Söhbət “Elnur” apteklər şəbəkəsində satılan Lyrica psixotrop dərmandan gedir...
Deputatdan dərman çatışmazlığına ilginc reaksiya: “Adamlar alıb, evə doldurur…”
“Elnur aptek”lərin sahibini kim həbsxanadan buraxdırdı ? Elnur İsgəndərov bu gün də öz çirkin əməllərini davam etdirir
Apteklərdə bu dərmanlar niyə yoxa çıxıb? - VİDEO
Milli Məclisdə dərman biznesi ilə məşğul olan deputatlar var.... - Deputat Kəmaləddin Qafarov deyir ki, Azərbaycanda dərmanlar Türkiyədən ucuzdur…
"Dərmanlar çox bahadır" - Tahir Kərimli
Eyni adda dərmanlar müxtəlif qiymətə satılır – Səbəb nədir?
Azərbaycanda dərmanlar 18 faiz bahalaşıb
Kəmaləddin Qafarovun həddən-ziyadə YUMOR HİSSİ... - Deputat camaatla "MƏZƏ ÇIRTDADIR"...
Niyə dərman içəndə qreypfrut yemək olmaz?
"Ölkədə əczaçılığı alverə döndəriblər" - Həkim-ekspertdən AÇIQLAMA
Bu dərmanlar koronavirus xəstəsini AĞIRLAŞDIRIR - VİDEO
Dərmanlar elektron reseptlə təyin ediləcək
"Bu dərmanlar daha riskli ola bilər" - HƏKİMDƏN ÇAĞIRIŞ
Azərbaycanda bu dərmanların qıtlığı YARANIB
Nazirlikdən evdə müalicə alan koronaviruslu xəstələrlə bağlı AÇIQLAMA
Cavanşir Feyziyevdən sabotaj: korona dərmanları “mafiya”nın cəngində… - SİYAHI
Şəxsi istifadə üçün gətirilən dərmanlar üçün norma müəyyən edilə bilər
Bəzi dərmanlar ucuzlaşa bilər - AÇIQLAMA
Qanunla ödənişsiz verilməli dərmanlar vətəndaşlara pul ilə satılır? - AÇIQLAMA
Bu dərmanları qəbul edənlər koronavirusu yüngül keçirir
Azərbaycanda yaxın vaxtlarda dərman qıtlığı yarana bilər
“Dərmanın 200 ml-si 3 min 200 manatdır”
Azərbaycana koronavirusun müalicəsində istifadə üçün yeni dərmanlar gətiriləcək
Azərbaycanda “Nurofen” böhranı: Ailələr çarəsiz durumda
“Toppuş bacı“nın beynində şiş aşkarlandı: Evini satışa qoydu
Azərbaycanda bu şəxslərə dərmanlar pulsuz verilir
"COVİD xəstələrinə ağıllarına gələn dərmanı vururlar" - Həkim dərmanların adlarını açıqladı
Kərimə psixotrop iynə vurulması iddiasına belə cavab verdi (VİDEO)
Dövlətin pulsuz verdiyi dərmanları xəstələrə kimlər satırlar?
- Qızıl və gümüş ucuzlaşdı
- 3 000-dən çox insan Ermənistanın mina terrorunun qurbanı olub
- Bir ayda necə arıqlamaq olar? - Dietoloqların sadə sirri
- İstənilən “iPhone” funksiyası “Android”lərə gələcək
- Keçmiş yeznələrini küçədə öldürdülər
- 117 yaşlı qadın 107 yaşlı bacısı ilə ad günü qeyd etdi
- Avtobusların iştirakı ilə baş verən QƏZALAR - VİDEO
- Teymur Rəcəbov üçüncü dəfə ATA OLDU - FOTO
- Putin və Rəisi Qarabağı müzakirə etdilər
- “Müğənnilər səhnəyə lüt çıxır, cəsarətiniz çatırsa onları yazın, Yaşar Nurinin qızını yox”
- General getdi, birinci müavin vəzifəsi ləğv edildi - İcra başçısının oğlu vəzifədə qaldı
- Vaqner Afrika və Belarusda fəaliyyətini davam etdirir
- Maştağa sakini İrana görə tutuldu - CASUS ŞƏBƏKƏSİ
- "Yunayted" 100 milyon avroluq transferə hazırlaşır
- "İlin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə endirilməsi gözlənilir" - Baş nazir
- Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO
- Hidayət Heydərov beşinci dəfə Böyük Dəbilqəni qazandı
- İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO
- Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəldi
- Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasında çıxış edəcək
- “Azərbaycan Qarabağa tam nəzarət edir” - Separatçıların sabiq "nazir"i
- İlham Əliyev Toivo Klaarı qəbul edib
- İlham Əliyev Toivo Klaarı qəbul edib - YENİLƏNİB
- Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər