Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Xankəndi, Xocavənd, Şuşa, Xocalı, Füzuli... Şirvan, Neftçala, Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar rayonlarının hesabına qazanılan milyonlar... Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Şirvan Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilovin əməllərinə keçməzdən öncə bir mühüm məsələyə diqqəti cəlb etmək istəyirik. Bu barədə bir neçə dəfə yazmışıq. 
Son illər bütün nazirliklər, komitələr REGİONAL QURUMLAR yaradırlar. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hər rayonda şöbəsi, əməkdaşları, müdirləri var. Bundan əlavə, 4-5, bəzən 6-7 rayonun üzərində bir Regional İdarə də yaradırlar, onların da xeyli sayda əməkdaşları, rəisləri və daha nələr. 
Bir reallığı başa düşmək lazımdır ki, Azərbaycanın başı ilə ayağı arasındakı məsafə 3 saatlıqdır, yəni Azərbaycan bir quberniya boyda deyil. Əhalimiz isə (10 milyon) bir şəhərin əhalisi qədərdir... Başa düşdünüzmü, cənablar! Kimə lazımdır bu Regional İdarələr..? Bu bilirsinizmi, dövlətin büdcəsinə neçəyə başa gəlir..? Bu pulları müharibə veteranlarına, şəhid ailələrinə vermək, yaxud pensiyaları artırmaq olar. Ümumiyyətlə, bu israfçılıq kimə və nəyə lazımdır..? 
Təsəvvür edirsiniz, hər rayonda və şəhərdə təhsil şöbəsi var və üstəlik Regional Təhsil İdarələri də yaradılır. Nə isə, sözümüzün canı odur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi balaca Azərbaycanı 12 regiona bölüb və Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi yaradıblar. Məsələn, 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi. Bura Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad  rayonlarının Ekologiya şöbələri tabedir. Bizim hazırki yazının mövzusu isə konkret olaraq 3 saylı Şirvan Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə bağlıdır. Qısa məlumat üçün qeyd edək ki, bura Şirvan, Neftçala, Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar rayonları, yəni 8 rayon daxildir. 
3 saylı Şirvan Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi isə Elnur Cəlilovdur 012)585-45-47(43). Məlumat üçün onu da qeyd edək ki, Elnur Cəlilov əvvəllər 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi olub, yəni Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Xankəndi şəhəri, Xocavənd, Şuşa, Xocalı, Füzuli rayonlarını sanki çapıb-talayıb. Bəli, bu adam Ağcabədidəki, Beyləqandakı, Bərdədəki meşələri sanki məhv edib, o ərazilərdəki qoruqları kimlərəsə satıb və milyonlara sahib olub. Və bu milyonların hesabına dəbdəbəli mülklərə, milyonluq villalara sahib olub. Onun Ağgöl Dövlət Təbiət Qoruğundan qazandıqları milyonları ciddi yoxlayan olsa, bütün cinayət əməlləri ortaya çıxar. Amma onun cinayət əməllərini yoxlamaq əvəzinə vəzifəsini və səlahiyyətini böyüdürlər. Bəli, sonradan cənab Ekologiya naziri Muxtar Babayevin xeyir-duası ilə Elnur Cəlilov 3 saylı Şirvan Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi təyin olunub. Və bu gün təkcə Kür çayında baş verən ekoloji fəlakətə görə, Şirvan Dövlət Qoruğunda baş verən cinayət əməllərinə görə, Elnur Cəlilov kimilər həbs olunmalıdır. Ümumiyyətlə, ümid edirik ki, yaxın zamanda ekologiya sistemində həbslər qaçılmaz olacaq.

[media=https://youtu.be/E7sw09-Pi8s]