"Həyat üçün şans"- Reabilitasiya Mərkəzində nələr baş verir..? Elgiz və arvadının yaratdığı mütəşəkkil cinayətkar şəbəkə... Burada xəstələri döyür, asır, suda boğur, hər cürə işgəncə verirlər... "Həyat üçün şans"- reabilitasiya mərkəzinin təssisçisi və rəhbəri Elgiz Alxanov ( Şirinov) barəsində xırda bir araşdırma aparmalı olduq. Və bunun üçün onun https://www.instagram.com/narkomaniya2021/ səhifəsinə daxil olub xəbərləri izlədik.
Təsəvvür edə bilməsiniz ki, bu boyda Reabilitasiya Mərkəzinin təsisçisi və rəhbəri nə qədər savadsız adamdır. Bu məxluq öz səhifəsində müxtəlif videolar, audiolar, şəkillər paylaşır və hər dəfə qarşısına iri hərflərlə yazılmış reklam şüarı qoyur. Fikir verin... "ƏZYƏTSİZ UGURUN ÖMRÜ AZ OLAR"... Gördünüzmü, bu adamın elementar-ibtidai təhsili olsaydı "ƏZİYYƏT" sözünü, "UĞUR" sözünü düzgün yazmağı bacarardı.
Bunun ətrafındakılar da özü ağılda, özü kimi savadsızlardır. Əks halda, səhvi düzəldərdilər. Axı bu reklamlar 100 minlərə hesablanıb. Elgiz Alxanov ( Şirinov ) başqa bir reklam çarxında qarşısına yeni bir şüar qoyub: "AKTUAL MÖVZÜLƏR"... Təsəvvür edirsiniz, bu nə deməkdir... "MÖVZÜ" nədir, ay Elgiz Alxanov ( Şirinov)..? Günah səndə deyil ee, sənə Reabilitasiya Mərkəzi açmağa icazə verən məmurlarda, Səhiyyə Nazirliyindədir...
Başqa bir reklam çarxında Elgiz Alxanovdur, Qalxanovdur nədir deyir: Bizim Reabilitasiya Mərkəzi heç kimə söz vermir, qarantiya vermir, ancaq ŞANS verir... Adama deyərlər ki, hər ay hər xəstədən 1500 manatı alıb məzləyirsən, bura sənin üçün dərnək-zaddır..? Qarantiya vermirsənsə, insanların külli miqdarda pulunu niyə alırsan..?
Hələ bu harasıdır..? https://www.instagram.com/narkomaniya2021/ səhifəsindən bəlli olur ki, Reabilitasiya Mərkəzinin Qadınlar Filialı da fəaliyyət göstərir və Filialın müdiri Elgiz Alxanovun (Şirinov) arvadıdır. Amma orada müalicə alan narkoman qadınlara kişilərin daldan banka qoymasını heç cür anlaya bilmədik... Axı səhifədən göründüyü kimi filialın xeyli sayda qadın əməkdaşı var.
Nə isə, sözün qısası, Elgiz Alxanov (Şirinov) və arvadı ölkədə əməlli başlı cinayətkar şəbəkə yaradıblar. Elgizin arvadı imkanlı, vəzifəli şəxslərin qız-gəlinlərini, həyat yoldaşlarını öz toruna salıb milyonlar qazanır.
Yeri gəlmişkən, vaxtilə dost-tanışdan 5 manat çörək pulu alan və ləqəbi “Dilənçi” olan Elgiz narkotiklərin hesabına Yasamal Rayonu, Nazim Hikmət küçəsindəki evini 100 min manata təmir etdirir, 200 min manata maşın alır və Elgiz hazırda özünə dəyəri 1 milyon olan bağ evi axtarır... Yazıq valideynlər isə ağızlarındakı protezi satıb Elgizə pul gətirirlər və s.
Uzun-uzadı yazmadan, qısa xatırlatma üçün qeyd edək ki, bu Reabilitasiya Mərkəzinin özünün “həbsxanası”, “əməliyyat qrupu”, “cəza dəstəsi” və “karsı”, “polis maşını” və s. hər şeyi var. Bəli, Elgiz Alxanov (Şirinov) “Həyat üçün Şans” Reabilitasiya Mərkəzi adı altında həbsxana yaradıb... Bu adam bir başa dövlətə meydan oxuyur, heç bir məhkəmə qərarı, sanksiya-filan olmadan vətəndaşı maşınlara basıb Reabilitasiya Mərkəzinə gətirirlər. Bu hələ harasıdır...? Burada adamı ayağından asırlar, suda boğurlar, işgəncə verirlər və daha nələr...
Elgiz hər yerdə çox yüksək vəzifəli şəxslərin adını çəkir və deyir ki, Reabilitasiya Mərkəzinin sahibləri onlardır. Bu adam başına 2500 narkomanı toplayıb, özünü muzdlu dəstənin başçısı kimi aparır. Elgiz Alxanov (Şirinov) ölkədə tanınan, nüfuzlu və imkanlı şəxslərin uşaqlarının siyahısını tutub, onları tora salmağın, mala otuzdurmağın, valideynlərindən külli miqdarda pul almağın planlarını cızıb və tapıb... Yəni bu adam birbaşa Dövlətə meydan oxuyur, Azərbaycan Dövlətinə də şər-böhtan atır, hər yerdə deyir ki, polis rəislərinin aylığını verirəm... Hətta tez-tez bəzilərinin adlarını da hallandırır...
Onu da qeyd edək ki, Elgiz Alxanovun (Şirinov) bir qardaşı da Rusiyada yaşayır və o da orada, guya, Reabilitasiya Mərkəzi açaraq narkomanları müalicə edir... Amma əslində, Elgiz və onun dəstəsi narkotacirlərlə sıx əlaqədə işləyirlər, Elgiz, guya, aşağı doza narkotiklə xəstələri müalicə edir.
Əslində, Elgiz (Alxanov) Şirinov ətrafına 2500-dən çox narkoman toplayaraq özü üçün bir “ordu” yaradıb, müxtəlif imkanlı şəxslərin evlərinə, mülklərinə basqın edərək qarət edirlər... Və onu da qeyd edək ki, Elgiz (Alxanov) Şirinovun Reabilitasiya Mərkəzləri Abşeronda, Novxanıda, Binəqədidə, Sumqayıtda özəl obyektlərdə, şəxsi evlərdə fəaliyyət göstərir. Hələ bu harasıdır..? Bəli, şəxsi evlərdə...həm də pəncərələr dəmir barmaqlıqlarla bağlanır, dəstəyi çıxarılır...sözün həqiqi mənasında ZİNDAN... Və içəridə qumarxana, meyxana və s. məclislər...təşkil edilir. Və onu da qeyd edək ki, Elgizin yanında, guya, müalicə olunan narkomanlar bayırdakı narkomanlara imkanlı adamların evlərinin, mülklərinin ünvanlarını ötürüb evləri qarət edirlər... Elgiz o qədər həddini aşıb ki, dövlətin hesabına Reabilitasiya Mərkəzi açmaq istəyənləri şantaj edir, deyir ki, mənim icazəm olmadan onlar heç nə aça bilməzlər...onlar mütləq mənimlə razılaşmalıdırlar...
Bu günlərdə Elgiz Alxanovun (Şirinov) dəstəsi Qarabağ veteranı olan bir şəxsin evinə basqın edərək qarət ediblər. Bir sözlə, Elgizin cinayətkar şəbəkəsi əməllərini davam etdirir... Bundan əlavə, onu da qeyd edək ki, Elgiz Alxanov (Şirinov) həyat yoldaşı ilə birləşərək başına cinayətkar dəstə toplayıb heç bir lisenziyası olmayan evlərdə gizlin fəaliyyət göstərirlər. 2500 adamdan hər ay 1500 manatdan pul alınırsa, görəsən, Elgiz Alxanov (Şirinov) hər ay nə qədər vergi ödəməlidir və nə qədər ödəyir?
Bütün bunların sonunda üzümüzü Hüquq-Mühafizə Orqanlarına, Səhiyyə Nazirliyinə, Dövlət Vergi Xidmətinə tutub soruşuruq: Bu boyda cinayət əməllərini görmürsünüz, cənablar..? Hətta Elgiz Alxanovun işçisi Turan İkram adlı şəxslə şərik olduğunu da bildirir. Bu haqda növbəti sayımızda.
P. S. Onu da bildirək ki, Elgiz Alxanov (Şirinov) barəsində Abşeron Rayon Mehdiabad Polis Bölməsində araşdırma aparılır. Kimin şikayəti varsa, həmin bölməyə şikayət edərək dəymiş ziyanlarını geri istəyə bilərlər.
Elementar, ibtidai təhsili olmayan Elgiz Alxanov (Şirinov) Reabilitasiya Mərkəzini necə təsis edib..? - Elgiz Alxanov (Şirinov) barəsində Abşeron Rayon Mehdiabad Polis Bölməsində araşdırma aparılır.
04
sentyabr
09:59

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Daha bir reabitasiya mərkəzinin rəhbəri axtarışa verildi- “Həyat üçün şans” reabitasiya mərkəzinin rəhbəri Elgiz Şirinov(Alxanov) həbs oluna bilər
“Həyat Üçün Şans” Reabilitasiya mərkəzi adı altında fəaliyyət göstərən Elgiz Alxanov (Şirinov) təcili həbs olunmalıdır... - Ətrafına 2500 narkoman toplayan Elgiz Alxanov (Şirinov) dövlətə meydan oxuyur...
Reabilitasiya Mərkəzinin özünün “həbsxanası”, “əməliyyat qrupu”, “cəza dəstəsi” və daha nələri... - Elgiz Alxanov (Şirinov) “Həyat üçün Şans” Reabilitasiya Mərkəzi adı altında həbsxana yaradıb...
Reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsi nəzarətə götürülüb - YENİLƏNİB
Reabilitasiya mərkəzində uşaqlara işgəncə verən şəxslərin kimliyi məlum olub - YENİLƏNİB
Reabilitasiya Mərkəzinin direktoru və işçiləri barəsində ev dustaqlığı seçilib - EKSKLÜZİV - YENİLƏNİB
Azərbaycanda bunu ilk dəfə Elgiz Əkbər edib - VİDEO
Uşaqlara işgəncə verilən mərkəzin sahibi hansı məmurun qızıdır?
Xatunun oğlunun toyu bu tarixdə olacaq
Elgiz Əkbər 50 min manat təzminat istəyir - Səbəb
Gənc oğlan arvadının evdən getməsinə dözmədi, İNTİHAR ETDİ
Ev dustaqlığına buraxılan Reabilitasiya Mərkəzinin direktoru və işçilərindən xəbər var
Elgiz əməliyyat keçirdi - 6 min dollar ödəsə də, səhhətində problem yaranıb Ətraflı
“Teatra gedəndə biabır oluram” - Elgiz
Elgizin heç yerdə yayımlanmayan - FOTOSU
Bu il 42 500 nəfərə əlillik təyin olunub
Elgiz ARB-dən getdi
Elgiz Əkbər köməyə ehtiyacı olan qadından pul tələb etdi - İDDİA (VİDEO)
Elgiz Xoşqədəmlə efirə çıxmaqdan imtina etdi - İddia
Çingiz Qənizadənin oğluna yeni VƏZİFƏ VERİLDİ
"Varlı adamların toyundakı tortların qiyməti 25 min manatdır" - Elgiz Əkbər
Reabilitasiya Mərkəzinə gəlib arvadını döydü
Toyu vaya çevirdilər: Müğənnini döydülər
“Mənə söz deyəndə tapşırın ki, kimsə bilməsin” - Video
Elgiz: "Toya 15 minə gedirəm, 1 qəpik də aşağı olmaz" - VİDEO
Reabilitasiya mərkəzində uşaqlara işgəncə verənləri hansı cəza gözləyir?
Elgiz Əkbər vəsiyyətini açıqladı - VİDEO
Elgiz hədələdi: “Onun başına bir oyun gətirəcəyəm ki...” - Video
Suitilər üçün reabilitasiya mərkəzi yaradılacaq
"Günay Musayevanı mən model etdim" - Elgiz
- 46 yaşlı aktyor yuxuda olarkən vəfat etdi - FOTO
- Nahar zamanı 3 yaşlı bacısını bıçaqladı
- 21-ci əsrin ilk onilliyinin ən yaxşı futbolçuları - SİYAHI
- Zəncəfil bu insanlar üçün ZƏRƏRLİDİR
- Bu beş lider dünyanın sonunu yaxınlaşdırır - Vaynşteyn
- 30 il sonra qalıqları tapılan hərbçimiz dəfn olundu - FOTOLAR
- İstanbulda partlayış - Ölən və yaralananlar var
- “Bu gün bizə yaltaqlanan ermənilər 1988-ci ildə Xankəndidə...” - Xalq artisti sirləri açdı
- “WhatsApp” daha bir yeniliyi təqdim etdi
- Tarzən şəhid olan 20 yaşlı tələbəsinin FOTOlarını paylaşdı
- Rusiya müdafiə büdcəsini 68 faiz artırır
- Növbəti ildən hansı xəstəlikdən əziyyət çəkənlərə dərman veriləcək?
- Maştağa sakini İrana görə tutuldu - CASUS ŞƏBƏKƏSİ
- "Yunayted" 100 milyon avroluq transferə hazırlaşır
- "İlin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə endirilməsi gözlənilir" - Baş nazir
- Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO
- Hidayət Heydərov beşinci dəfə Böyük Dəbilqəni qazandı
- İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO
- Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəldi
- Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasında çıxış edəcək
- “Azərbaycan Qarabağa tam nəzarət edir” - Separatçıların sabiq "nazir"i
- İlham Əliyev Toivo Klaarı qəbul edib
- İlham Əliyev Toivo Klaarı qəbul edib - YENİLƏNİB
- Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər