Rektorun oğlanları Munir və Samir Vəliyev həbs olunacaq...
Təsəvvür edirsiniz, bir müddət əvvəl Qarabağ qazisi polkovnik Şahmurad Məmmədov kredit borcuna görə stress keçirdi və ürəyi partlayaraq dünyasını dəyişdi. Döyüşlərdə ölməyən qazinin ürəyi Əhməd Vəliyevin oğlanlarının və özünün bankının qarşısında partladı.
Belə ki, Şahmurad Məmmədovun Əhməd Vəliyevin ailəsinə məxsus "Muğanbank”a 11 min manat kredit borcu olub. Məhkəmə və bank kredit borcunu Qarabağ qazisinin pensiya kartına yönəldib. Və Şahmurad Məmmədovun kartı bloklanıb. Ailəsinin adicə çörək tələbatını ödəməkdə çətinlik çəkən, pensiya ala bilməyən Qarabağ qazisi bu boyda ədalətsizliyə dayana bilməyərək dünyasını dəyişib.
İndi gəlin görək, “Muğanbank” kimindir..? Hamıya bəlli olduğu kimi “Muğanbank” Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevə məxsusdur. Ortaya sual çıxır ki, rektor kimdir ki, 137,5 milyon manata bank təsis edir..? Bəli, bütün bu pulların hamısı saxta yolla universitetə qəbul olunan tələbələrin valideynlərindən rüşvət kimi alınıb.
Onu da qeyd edək ki, rektor Əhməd Vəliyev həmişə PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin sağ əli, “kassiri” hesab olunub. Az-çox bank sistemindən başı çıxanlar “Muğanbank”ın səhmdarlar siyahısına baxsa, bankın Əhməd Vəliyevlərin ailə bankı olduğunu görə bilərlər.
İndi gəlin, bir ay öncə mətbuatda yayılan ən son məlumata nəzər salaq: "Əhməd Vəliyev “Muğan Bank”ı övladlarına verdi. "Muğanbank" ASC-yə 2 yeni səhmdar gəldi.. Bunlar, keçmiş deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğulları - Samir və Munir Vəliyevdir. Onların hər biri Bankda 40% pay əldə etdi, yəni bankın 80 faizi Əhməd Vəliyevin oğlanlarına verildi".
Əhməd Vəliyevin ailə biznesi təkcə “Muğan Bank”la bitmir. Bu millət vəkili, rektor, biznesmen, oliqarx Əhməd Vəliyevin biznesinin sərhədləri Türkiyəyə, Rusiyaya, İngiltərəyə qədər uzanır. Nəhəng oliqarxa çevrilmiş Əhməd Vəliyev və onun oğulları – Samir və Munir Vəliyev geniş ailə biznesi yaradaraq hazırda “JMR” adlandırılan “Jalə-Biznes” MMC, Bülbül prospektində fəaliyyət göstərən “Jalə Plaza”, Odlar Yurdu Universiteti, “Muğanbank” ASC və “Oksigen” klinikasını idarə edirlər. Rektorun oğlu Samir Vəliyev Təhsil Nazirinin Müşaviri olanda ata-bala “diplom biznesi” ilə milyonlar qazandılar.
Məlumat üçün qeyd edək ki, Samir Vəliyev əvvəl Təhsil Nazirinin Müşaviri, sonra peşə təhsili üzrə sektor müdiri, daha sonra Akkreditasiya və Nostrifikasiya İdarəsində rəis səlahiyyətlərini icra edib. Yəni xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı məsələlərə Samir Vəliyev baxıb və bu yolla milyonlar qazanıb. Təsəvvür edirsiniz, rektor Əhməd Vəliyev oğlunun səlahiyyətlərindən istifadə edərək “Odlar Yurdu”nda xaricdə təhsil alan tələbələr üçün mərkəz yaradıb və saxta diplomların tanınması ilə külli miqdarda pul qazanıb.
Sözün qısası, Əhməd Vəliyevin ailə üzvlərinə, oğlanlarına məxsus olan Londonda, Türkiyədə, Avropanın müxtəlif ölkələrində olan və dəyəri yüz milyonlarla ölçülən mülklərin mənbəyi Korrupsiya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırılmalıdır.
Redaksiyamıza daxil olan məlumata görə, yaxın zamanda Əhməd Vəliyevin oğlanları Munir və Samir Vəliyevin həbsi gözlənilir. Bizə daxil olan məlumatlarda Əhməd Vəliyev və oğlanları Samir və Munir Vəliyevə məxsus milyardların "Muğan Bank" vasitəsilə necə Azərbaycan - Avropa - Azərbaycan dövriyyəsini edir... Mövzu çox maraqlı və geniş araşdırma tələb etdiyi üçün yaxın zamanlarda Türkiyə müxbirimizin araşdırma yazısını dərc edəcəyik. Bizi izləyin.
“Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev 137 milyonu necə qazanıb və bank təsis edib..? - Ramiz Mehdiyevin "qara kassası" Əhməd Vəliyev çətin durumda...
05
sentyabr
13:56

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Nazirlik sabiq deputatın bankını məhkəməyə verdi – Təfərrüat
Keçmiş deputatla bələdiyyə üzvü arasında məhkəmə çəkişməsi başladı
“MUĞANBANK”LA “ATƏŞGAH” ARASINDA PUL DAVASI
Türkiyəli iş adamı rektorun bankını məhkəməyə verdi
Odlar Yurdu Universitetində QƏRİBƏ QADAĞA - VİDEO
"Kapital Bank" Qazimizin borcunu BAĞIŞLAYA BİLMƏZDİ?.. – Müalicəsi üçün götürübmüş...
Əhməd Vəliyev iflas ərəfəsində: “İmperiya” çökür
Əhməd Vəliyevin qızının bankı ağır vəziyyətdə - ARAŞDIRMA
“Muğan Bank”ın lisenziyası ləğv olunacaq? - GƏLİŞMƏ
Azərbaycanda məşhur rektorun qudası vəfat etdi
"Muğan Bank" öz işçisinin də PULUNU VERMİR... - "Aartıq "bankrot" olub bank..."
"Muğanbank" "Azsığorta" şirkətini məhkəməyə verdi
Şair Ənvər Əhməd vəfat edib
AĞIR İTKİ ÜZ VERDİ - Azərbaycanda nüfuzlu şəxs qəfildən vəfat etdi
Şəhidin qardaşı ürəktutmasından vəfat edib - FOTO
Texniki Universitetin YARIMŞTAT PROFESSOR rektoru Vilayət Vəliyev- REKTORUN “təzə bazarı”…
Qarabağ qazisi koronavirusdan dünyasını dəyişdi
"Bank VTB" Şuşa qəhrəmanının ailəsini aldadıb - Bank isə deyir ki...
Biləsuvarda vətəndaşın DƏFN PULUNU bank kredit borcuna sildi - BU NƏDİ BELƏ?
Əhməd Hüseynov 2 milyonluq torpağı ələ keçirmək istəyib - Rəsmi
Əfsanəvi musiqiçi Əhməd Camal vəfat edib
"Unibank" Qarabağ qazisini çıxılmaz vəziyyətə salıb - VİDEO
Daha bir müəllim koronavirusdan öldü
“Ürəyi partladı, dözmədi” - Röya
Sabiq daxili işlər naziri Əhməd Əhmədovun əmlakı özünə qaytarıldı
Bank kredit borcuna görə “Akkord”u məhkəməyə verdi
Elmar Vəliyev tikinti biznesinə girişib... - Belə deyirlər...
28 ildir aldığı pensiya aprel ayından kəsilib... - AXI NİYƏ?!
Həbsdə olan nazir azadlığa çıxmaq üçün Ali Məhkəməyə müraciət etdi
3 rayonun sakinləri 190 manatı ala bilmirlər: - Şəhərə buraxılmırlar
- Göyçayda 25 yaşlı oğlan özünü ASDI
- Səhər ortaya çıxan iki xərçəng ƏLAMƏTİ
- Qarabağın çiçəklənən dinc regiona çevrilməsini istəyirik - Hikmət Hacıyev
- Sabahın hava proqnozu AÇIQLANDI
- Hamiləlikdə qəhvə və siqaretin təsiri
- Tez-tez suşi yeməyin təhlükələri
- İt istedad nümayişi zamanı sahibi ilə "DANIŞDI" - VİDEO
- Futbolçunun məşuqəsi ərinin arvadına xəyanətini AÇIQLADI
- Roma Papasından Azərbaycan və Ermənistanı dialoq ÇAĞIRIŞI
- "Mançester Yunayted"dən Premyer Liqa tarixinin ən pis startı
- Pişik gürcü mahnısı oxuyub ulduza çevrildi - VİDEO
- Bibər yemək REKORDÇUSU oldu: Hisslərindən DANIŞDI
- Qadınlar ərlərini müharibədə necə xilas etdilər? - Belə yaranıb
- Prokuror polis rəisini döydü - Araşdırma BAŞLADI
- ABŞ və Tayvan təhlükəsizlik və müdafiə konfransı keçirəcək
- "WhatsApp” müəllimlərə qadağan OLUNDU
- Sabiq polis onu bezdirən uşağı GÜLLƏLƏDİ
- İsmayıllı sakini bıçaqlanaraq öldürülüb
- Qaraciyərin bərpası üçün ən yaxşı qidalar
- İmmuniteti gücləndirən ən yaxşı ədviyyat
- Evlilikləri 5 ay çəkdi - FOTOLAR
- Yuyucu vasitələr xərçəngə necə təsir edir?
- Qızıl və gümüş ucuzlaşdı
- Məşhur model “Az qala özümü öldürürdüm”