30 ildən çoxdur ki, Dövlətimiz 1 milyon civarında qaçqın və məcburi köçkün problemini həll etməyə çalışır. Təsəvvür edirsiniz, qosqoca, yüz milyardlarla büdcəsi olan Avropa dövlətləri 100-200 min qaçqın probleminin altında əzilir, amma yenicə yaranmış Azərbaycan Dövləti 30 ildən çoxdur ki, bütün imkanları daxilində 1 milyon insanın problemlərini həll etməyə, onları mənzillə, minimum yaşayış müavinəti – “çörək pulu” ilə təmin etməyə çalışır.
Bütün bu problemləri həll etmək üçün ölkədə ayrıca dövlət qurumu - Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi yaradılıb. Və komitədə “Vahid aylıq müavinətlərin təyin edilməsi üzrə komissiya” fəalaiyyət göstərir. Yəni fikir verdinizmi, AYLIQ MÜAVİNƏT məsələsi çox həssas məsələ olduğu üçün onunla bağlı ayrıca komissiya var.
Yeri gəlmişkən, bəlkə də əsas mövzuya dəxli yoxdur, amma bir təklifimizi vermək istəyirik. Belə ki, "Qaçqınkom"-un rəsmi strukturuna baxanda adam dəhşətə gəlmir ee, adamı vahimə bürüyür. Siyahı çox uzun olduğu üçün dərc etməyə ehtiyac görmürük. Amma sədrin neçə müavini, neçə müşaviri, neçə köməkçisi, neçə Aparat rəhbəri, onun müavinləri, nə qədər idarə rəisi, nə qədər şöbə müdiri və s. olar..? Bunun bircə adı var, DÖVLƏTİ TALAMAQ...
Bu yaxınlarda oxudum ki, Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsində Nizami Hüseynov adlı bir polkovnik işləyir. Ay Rövşən Rzayev, məlumatın olsun ki, həmin Nizami Hüseynov Əks-Kəşfiyyatın Rəisi olub. Onun ailə üzvləri işə beş ədəd maşından ibarət karteclə getdiyi üçün rəhbərlik tərəfindən işdən qovulub... Sən bu adamı necə müavin statusunda işlədirsən..? Həmin adamın qohumlar arasında ayaması "QAZMAQ NİZAMİ"dir...
Bu gün dünyanın hər yerində bütün idarə və təşkilatlarda hamılıqla mobil idarəetməyə keçirlər, Dövlətin yükünü azaldırlar. Bizdə isə komitə və nazirliklər sanki məşğulluq idarəsidir. Sözün qısası, "Qaçqınkom"un yuxarıda bəhs etiyimiz strukturunda belə bir qurum da var: Repatriasiya Departamenti (direktoru - Natiq Hüseynov). Yəni adından da göründüyü kimi Natiq Hüseynovun departamenti məcburi köçkünlərin mənzillə təminatı və doğma yurdlarına qayıdışı ilə bağlı problemlərlə məşğul olur. İndi, görün, belə bir mühüm və həssas məsələ kimə tapşırılıb...
Deməli, mediada yayılan məlumatlardan bəlli olur ki, Natiq Hüseynov bu təyinatdan əvvəl Bərdə Rayon Polis Şöbəsində rəisin əməliyyat işləri üzrə müavin vəzifəsində işləyib. Bərdə sakinləri deyirlər ki, Natiq Hüseynov rayonda heç də yaxşı fəaliyyəti ilə xatırlanmır. Sakinlər təəccüb edirlər ki, Bərdədə mənfi reputasiyaya malik olan sabiq rəis müavininə “Qaçqınkom” sədrinin yüksək vəzifə verməsi ağlasığmazdır. Natiq Hüseynov, guya, yaş senzi ilə əlaqədar sərəncama göndərilib, amma əslində, o, əməllərinə görə, işdən çıxarılıb. Və "Qaçqınkom"da Departament rəhbəri olub.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Natiq Hüseynovdan əvvəl bu vəzifəni daşıyan şəxsin adı köçkünlərə verilən mənzillərin satışında, paylanması zamanı qeyri-qanuni işlərdə, hətta bu mənzilləri kənar şəxslərə satmaqda, milyonlar qazanmaqda hallanıb. Bu gün həmin əməlləri daha biabırçı formada Natiq Hüseynov davam etdirir...
Bu işdə Natiq Hüseynovun ən yaxın silahdaşı Qürbət adlı inspektor da var. Əslən Qubadlıdan olan Qürbət oturduğu bütün məclislərdə deyir ki, "Rövşən Rzayev mənim ağsaqqalımdır. O bütün işçilərin hamısına dolanışıq üçün şərait yaradıb. Axı biz Əli Həsənovun dövründə özümüzə heç nə edə bilmirdik... Komitə Sədri bizi ancaq məcburi köçkünlərə xidmət etmək üçün hazırlamışdı. Rövşən Rzayev isə bizə sərbəstlik verib... O bizə daha nə verməlidir ki..? Mənə pul qazanmaq üçün xətt verib, bəs edər..."
Əlbəttə, Qürbət ..XƏTT deyəndə dolanışıq, mənimsəmə...nəzərdə tutur. Rövşən Rzayev öz müavinlərinə etmədiyi etimadı Qürbətə göstərir, hətta onunla birbaşa, özünün verdiyi 211-....nömrəsi ilə danışır. "Bilirsiniz, Rövşən müəllim mənə dörd ədəd nömrə verib. Yuxarıda göstərdiyim kimi, biri də 211..-lə..." Məcburi köçkünlər isə Rövşən Rzayevin evinin qabağında kababın iyindən YAVANLIQ EDİRLƏR...
Onu da qeyd edək ki, Rövşən Rzayevin “çörək pulu” siyahısında minlərlə “ölü canlar “ olub və bu gün də var. Rövşən Rzayev, ölülər o dünyada qaz, işıq yandırır, bəlkə su işlədirlər? Bəlkə yemək yeyirlər? O pulların hamısı sizlərin cibinə gedir.
Digər tərəfdən Rusiyada yaşayan xeyli sayda şəxslər Rövşən Rzayevin “dabrosu” ilə 2-3 yerdə məcburi köçkün kimi ev alıblar. Hazırda Ağalı kəndində də xeyli sayda qanunsuz ev alanlar var. Rayonun birində kimin evi varsa, onun çörək pulunu kəsirlər, başqa bir rayonda tam əksinə...yəni başıpozuq bir oyunlar davam edir...
Yaxud həbsdə olan Müharibə veteranının axtarıb evini tapırlar və...ölümlə çarpışan həyat yoldaşının, tələbə oğlunun, məktəbli övladının çörək pulunu kəsirlər.. Bunlar başa düşmürlər ki, "qaçqın" və "məcburi köçkün" beynəlxalq statusdur, bunu hansısa məmur ləğv edə bilməz. Görəsən, bütün bunlara və qeri-insani hərəkətlərinə görə, Rövşən Rzayev utanırmı..?
Biz bu işi Avropa Məhkəməsinə qədər apara bilərik, amma Dövlətimizin mənafeyi bizi qoymur... Və ümid edirik ki, Cənab Prezidentimiz Rövşən Rzayev, Mahir Abbaszadə, Natiq Hüseynov kimi məcburi köçkünlərin hesabına milyonçuya çevrilən cinayətkar məmurların layiq olduğu cəzanı verəcəkdir.
P. S. Camaat Avropaya gedir mədəniyyət öyrənməyə, bizim də bəzi məmurlar məclislərdə deyirlər ki, "O gün getmişdim xaricə. Birdən yadıma düşdü ki, mamam nəsə tapşırıb. Dostum dedi hara gedirsən? Dedim ki, gedim mamama bir çamadan t....k alım, gəlim..." Bax budur bizim bəzi məmurların yaşam tərzi...
“Qaçqınkom”da mənzil bölgüsü, “çörək pulu” maxinasiyaları davam edir… - Repatriasiya Departamentinin direktoru, sabiq polis rəisinin müavini Natiq Hüseynovun cinayət əməlləri…
07
sentyabr
10:04

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Məcburi köçkün məktəblərində ciddi problemlər var- Regional Təhsil İdarələri hara baxır ?
Qaçqın və məcburi köçkünlər “KUPÇA”nı yeyəcək ?- Sədr Rövşən Rzayevə göstərilən etimad LİMİTİ başa çatıb
"Qaçqınkom" ittihamlara CAVAB VERDİ
Dövlət Komitəsi haqqında yayılan məlumatlara cavab verdi
KAPİTAL BANKIN niyə səsi çıxmır? - GİLEY
Prezident Dövlət Komitəsinə 42,5 milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Məcburi köçkünlərin borcları necə ödəniləcək? - RƏSMİ AÇIQLAMA
Maliyyə Nazirliyinin QAÇQINKOMU yoxlaması Rövşən Rzayevin HƏBSİ deməkdir- “Qaçqınkom”un “çörək pulu” siyahısında minlərlə “ölü canlar “...
Torpaq problemi 44 günə həll oldu, amma qaçqın problemini Rövşən Rzayev kimi 444 nəfər də gəlsə həll edə bilməz… - Rövşən Rzayev təcili komitə sədrliyindən uzaqlaşdırılmalı, ciddi bir dövlət adamı bu vəzifəyə gətirilməlidir…
Məcburi köçkünlərdən “YAŞAT” Fonduna pul tutulur? - RƏSMİ MÖVQE
Kapital Bank bu il məcburi köçkünlərin çörək pulundan 9 milyon MƏNİMSƏYİB? - İDDİA
Məcburi köçkünlərə verilən yardımın bir hissəsi kəsilib - Rəsmi qurumlarsa təkzib edir...
Köçkünlərin geri qaytarılması haqda – Açıqlama
“Qaçqınkom”un sədri Rövşən Rzayev maliyyə naziri olmaq istəyir- Samir Şərifovla Rövşən Rzayevin davası qaçqınların başında çatlayır...
"Qaçqınkom"da özbaşınalıqlar davam edir... - İTTİHAM
“Qaçqınkom”un Departament direktorunun müavini Azər Eminovun qaranlıq keçmişi.... - Səbuhi Əhmədovun müavininin qardaşı Sevan, bacısı Klara ...
Qaçqınkom AİLƏ-ləri dağıdır- Ərə gedən məcburi köçkün Rövşən Rzayevdən icazə almalıdır ?
Daha 10 ailə Ağalıya köçürüldü
“Qaçqınkom”da yoxlama aparılacaq — RƏSMİ
"Qaçqınkom" “çörəkpulu”nun dayandırılacağı barədə məlumata münasibət bildirib
İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi
"Qaçqınkom" 136 minə məcburi köçkünlər üçün ev təmir etdirəcək
"Qazilərin problemlərini həll etmək belə çətindir?" - Deputatdan nazir müavininə ETİRAZ
"Qaçqınkom" şefinin müəmmalı tenderləri - İTTİHAM
Ölən 40 nəfər məcburi köçkünə aylıq müavinət ödənişi edildiyi üzə çıxıb
Geri qayıtmayanlar məcburi köçkün statusunu itirəcək
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
Rövşən Rzayev minlərlə qaçqını dövlətdən narazı salır…- Qaçqınkomda HƏBSLƏR GÖZLƏNİLİR…
"Azəriqaz" borclarla bağlı vətəndaşlara xəbərdarlıq etdi
ARXA-nı yox, ÜZ-ünü problemlərə çevir, Rövşən Rzayev
- Səhər ortaya çıxan iki xərçəng ƏLAMƏTİ
- Sabahın hava proqnozu AÇIQLANDI
- Hamiləlikdə qəhvə və siqaretin təsiri
- Tez-tez suşi yeməyin təhlükələri
- İt istedad nümayişi zamanı sahibi ilə "DANIŞDI" - VİDEO
- Futbolçunun məşuqəsi ərinin arvadına xəyanətini AÇIQLADI
- Pişik gürcü mahnısı oxuyub ulduza çevrildi - VİDEO
- Bibər yemək REKORDÇUSU oldu: Hisslərindən DANIŞDI
- Yeni COVID-in əsas xüsusiyyəti: Özünüzü virusdan necə qoruya bilərsiniz?
- Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq sazişi təsdiqləndi
- Rusiyalı aktyor vəfat etdi
- Türkdilli Ölkələrin Parlament Assambleyasının adı dəyişdirilir
- Qadınlar ərlərini müharibədə necə xilas etdilər? - Belə yaranıb
- Prokuror polis rəisini döydü - Araşdırma BAŞLADI
- ABŞ və Tayvan təhlükəsizlik və müdafiə konfransı keçirəcək
- "WhatsApp” müəllimlərə qadağan OLUNDU
- Sabiq polis onu bezdirən uşağı GÜLLƏLƏDİ
- İsmayıllı sakini bıçaqlanaraq öldürülüb
- Qaraciyərin bərpası üçün ən yaxşı qidalar
- İmmuniteti gücləndirən ən yaxşı ədviyyat
- Evlilikləri 5 ay çəkdi - FOTOLAR
- Yuyucu vasitələr xərçəngə necə təsir edir?
- Qızıl və gümüş ucuzlaşdı
- Məşhur model “Az qala özümü öldürürdüm”