Şahin Məmmədov həm də Azərbaycan Sahibkarlar Konfederasiyasının Sumqayıt bölməsinin rəhbəridir... Şahin Məmmədov “Arzu” firmasının adını niyə dəyişib məhz “QARTAL” qoydu..?
Şahin Məmmədovun Ərdoğana deyil, Kılıcdaroğluna sevgisinin kökündə nə dayanır..?
Haqqında bəhs edəcəyimiz “Qartal” şirkəti haqqında qısa bir araşdırma apardıq. Və bəlli oldu ki, hüquqi ünvanı Sumqayıt şəhəri 48-ci məhəllə, Koroğlu pr. 278-də yerləşən “Qartal" Tikinti Firması hündürlükdə işlər, telekommunikasiya obyektlərinin tikintisi və xüsusi təyinatlı obyektlərin tikintisi üzrə ixtisaslaşıb. Firmanın sahibi və qanuni təmsilçisi Məmmədov Şahin İdris oğludur.
Araşdırmanı davam etdirəndə məlum oldu ki, Sumqayıt Dövlət Universiteti ilə “Qartal” tikinti firması arasında sıx işgüzar əlaqələr var. Belə ki, “Qartal” Tikinti Firmasının ofisində Sumqayıt Dövlət Universiteti və Türkiyə Milli Eğitim Bakanlığının nümayəndə heyətləri arasında görüş keçirilib, “Qartal” Tikinti Firmasının direktoru, Azərbaycan Sahibkarlar Konfederasiyasının Sumqayıt bölməsinin rəhbəri Şahin Məmmədov rəhbərlik etdiyi şirkətin həyata keçirdiyi layihələrdən ətraflı bəhs edib, istedadlı gənclərə hər zaman maddi və mənəvi dəstək göstərilməsindən danışıb və s...
(Lap Fətullah Gülənin dəst-xəttinə oxşayır haa..) Təsəvvür edirsiniz, Türkiyənin Milli Eğitim Bakanlığı (yəni Təhsil Nazirliyi) “Qartal” firmasının görüşünə gəlib. Azərbaycanda yüzlərlə tikinti firması var, niyə məhz "QARTAL"..?
Araşdırma zamanı oxuyuruq: “Qartal” Tikinti Firması SOCAR-a qarşı məhkəmə iddiası açıb. Ay Maşallah, adi bir firma ölkənin strateji nəhənginə qarşı məhkəmə iddiası aça bilirsə, deməli, "QARTAL"-ın arxasında nələrsə var..? Nə isə keçək növbəti araşdırmaya...
Araşdırma zamanı bəlli oldu ki, “Qartal" Tikinti Firması Azərbaycan Respublikasının Əmək Məcəlləsini dəfələrlə pozub, işçilərlə əmək müqaviləsi bağlamadan işə götürür və s. Yəqin ki, Şahin Məmmədov istedadlı gənclərə belə qayğı göstərir…. Sözün qısası, firma ilə bağlı kifayət qədər mənfi məlumatlar var. Biz hələ firmanın vergidən nə qədər yayınması barədə danışmırıq. Bu ciddi araşdırma mövzusudur.
İndi isə gəlin Şahin Məmmədovun keçmişinə nəzər salaq. "Qartal" Tikinti Firmasının https://qartal.az/ adlı saytına daxil olanda məəttəl qalmamaq olmur. Adi tikinti firmasının rəhbərinin meçə müavini, müşaviri, köməkçisi olar. Hamısı da Şahin Məmmədovun qohumları. Firma direktorunun birinci müavini Tural Məmmədovdur, Firma direktorunun digər müavini, BP layihəsi üzrə layihə meneceri Tərlan Məmmədovdur, Firmanın baş mühasibi Anjela Məmmədovadır, Baş mühasibin müavini Dünyaxanım Məmmədovadır və s. Bir sözlə, Məmmədovların ailə firması. Bəli, cənab Şahin Məmmədov firmada baş verən bütün maxinasiyaları, tikinti zamanı baş verən qəzaları, xəsarət alanları, hətta ölüm hallarını, vergidən yayınmaları, “obnaliçka”nı, çirkli pulların yuyulmasını və s. gizlətmək üçün ətrafına ancaq öz qohumlarını yığıb.
Çox maraqlıdır, bu boyda firmaya rəhbərlik edən şəxs öz tərcümeyi-halında özü barəsində çox mətləblərə toxunsa da, 1990-1993-cü illərdə Bakı şəhərində Azərbaycan Assosiasiyasının "Qartal" Firmasının direktoru olmasından bəhs etsə də….keçmiş şəriklərindən, onlara necə atmasından, onların haqqını necə yeməsindən qəti söz açmır. Və demir ki, keçmiş şəriki Oqtay Mustafayev onun üzünə nə deyib, daha dəqiq desək, onun üzünə nə atıb..? Bu adam hətta siyasətə də baş vurur, deyir ki, istədiyim adamı icra başçısı, deputat qoya bilərəm. Amma hökumətin fəaliyyətini niyə bəyənmir..? Görəsən, bu adam kimə bu qədər güvənir..?
Biz əbəs yerə yazmadıq ki, Şahin Məmmədov firmasının adını niyə dəyişib "QARTAL" qoydu..? Biz əbəs yerə yazmadıq ki, bu adam hərdən siyasətə də baş vurur. Şahin Məmmədov Qardaş Türkiyədə keçirilən sonuncu prezident seçkilərində Ərdoğana deyil, Kılıcdaroğluna dəstək verib…. Bizə elə gəlir ki, müvafiq Dövlət Qurumları "QARTAL"-ın izinə düşsə, çox cinayət əməllərinə aydınlıq gələcək… Bizi izləyin.
Türkiyənin Təhsil Nazirliyinin nümayəndələri Şahin Məmmədovun “Qartal” firmasına görüşə gəlib... - Şahin Məmmədovun keçmiş şəriki Oqtay Mustafayev onun üzünə nə deyib, daha dəqiq desək, onun üzünə nə atıb..?
11
sentyabr
12:53

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Şahin Məmmədov nə üçün “Arzu” firmasının adını dəyişib QARTAL Tikinti Firması qoydu…? - Şahin Məmmədovun şəriki Oqtay Mustafayev onun üzünə…nə dedi, daha doğrusu, üzünə nə etdi…?
Şəhidlərin xatirəsi əbədiləşdirildi
"Nikosayağı"nın törətdiyi qəzada iş adamının oğlu ÖLDÜ
Hacı Şahin VƏFAT ETDİ
ABŞ raketlərlə təchiz oluna bilən "Boz Qartal"ı Ukraynaya verəcək
Bala çaqqalı qaçırmaq istəyən qartal üçün çətin anlar
Şahin Məmmədov iki rayonun dizini necə yerə gətirib... - ARAŞDIRMA
Hacı Şahin harada dəfn olunacaq? - YENİLƏNİB (FOTO/VİDEO)
Prokurorluq Hacı Şahinin ölümü ilə bağlı ARAŞDIRMAYA BAŞLADI
Şahin Bağırov DGK-nin sədri TƏYİN EDİLDİ
Barəsində cinayət işi açılan şəxs “Azərişıq”dan 766 min manatı necə alıb? – FOTOFAKT
Şahin Mustafayev NİYƏ HƏLƏ DƏ GÖRƏVDƏDİR... - İLGİNC İDDİA
Afaq Bəşirqızının ölüm ayağında olan aktyora dedikləri qəzəb doğurdu: “Sözümü demişəm”
18 il icra başçısı işləyən Şahin Məmmədov hansı “təriqət”in üzvüdür ?- Ağcabədidə 5 diplomat pul təklif olunan icra başçısı...
Çavuşoğlu Şahin Mustafayevlə görüşdü
Baba Rzayevin "Azərişıq"dakı LƏPİRLƏRİ... - Tender-mender oyunu...
Şahin Bağırov rəisi işdən AZAD ETDİ - FOTO
Azərbaycanda daha bir həkim koronavirusundan öldü - FOTO
İlham Əliyev Şahin Mustafayevi Baş nazirin müavini təyin etdi SƏRƏNCAM
“Hacı Şahin müalicədən imtina edərək...” - Həkim
Deputatın qardaşı ilə sakinlər arasında gərginlik - TƏFƏRRÜAT
Masallıda narazılıq yaradanlar kimlərdir?
Novruz Qartal Gəncədə dəfn olunacaq
Şahin Mustafayevə AĞIR İTKİ
“Aztelekom” adı cinayət işində hallanan şirkətdən 4,2 milyon manata dirəklər alacaq - TƏFƏRRÜAT
Vətən müharibəsi Qəhrəmanının atası vəfat etdi
Şahin Bağırov idarə rəisini İŞDƏN ÇIXARDI (FOTO)
Rasim Məmmədovun məhkəməsi bu tarixdə başlayacaq
Malatyada həlak olan tələbə Şahin Vəliyevin evində dəfnə hazırlıq gedir - VİDEO
DTX məhkəmənin ölmüş elan etdiyi terrorçunu tutub ölkəyə gətirib
- Səhər ortaya çıxan iki xərçəng ƏLAMƏTİ
- Sabahın hava proqnozu AÇIQLANDI
- Hamiləlikdə qəhvə və siqaretin təsiri
- Tez-tez suşi yeməyin təhlükələri
- İt istedad nümayişi zamanı sahibi ilə "DANIŞDI" - VİDEO
- Futbolçunun məşuqəsi ərinin arvadına xəyanətini AÇIQLADI
- Pişik gürcü mahnısı oxuyub ulduza çevrildi - VİDEO
- Bibər yemək REKORDÇUSU oldu: Hisslərindən DANIŞDI
- Yeni COVID-in əsas xüsusiyyəti: Özünüzü virusdan necə qoruya bilərsiniz?
- Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq sazişi təsdiqləndi
- Rusiyalı aktyor vəfat etdi
- Türkdilli Ölkələrin Parlament Assambleyasının adı dəyişdirilir
- Qadınlar ərlərini müharibədə necə xilas etdilər? - Belə yaranıb
- Prokuror polis rəisini döydü - Araşdırma BAŞLADI
- ABŞ və Tayvan təhlükəsizlik və müdafiə konfransı keçirəcək
- "WhatsApp” müəllimlərə qadağan OLUNDU
- Sabiq polis onu bezdirən uşağı GÜLLƏLƏDİ
- İsmayıllı sakini bıçaqlanaraq öldürülüb
- Qaraciyərin bərpası üçün ən yaxşı qidalar
- İmmuniteti gücləndirən ən yaxşı ədviyyat
- Evlilikləri 5 ay çəkdi - FOTOLAR
- Yuyucu vasitələr xərçəngə necə təsir edir?
- Qızıl və gümüş ucuzlaşdı
- Məşhur model “Az qala özümü öldürürdüm”