Təhsil Nazirliyinin 10 milyonluq müəmmalı “tenderi” – Yumşaq dəstə görə…
7-12-2020, 09:54
113

Təhsil Nazirliyinin 10 milyonluq müəmmalı “tenderi” – Yumşaq dəstə görə…

Təhsil Nazirliyi bu ilin oktyabrında 10 milyonluq müəmmalı tenderə yekun vurub.
Reportyor.info xəbər verir ki, hər 2 tenderin qalibi “Simplex” QSC-dir. Qalib şirkətə ümumilikdə 10,388 milyon manat ödəniləcək.
Belə ki nazirliyin Təsərüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi digər malların alınması, eləcə də yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması ilə bağlı elan etdiyi 2 açıq tenderi yekunlaşıb.
Lakin adından da göründüyü kimi, yumşaq inventar, yataq ləvazimatlarının alınması nəzərdə tutulur. Bu zaman qeyri-ixtiyari sual doğur ki, yataq dəstləri üçün 10 milyondan çox vəsait nəyə lazımdır?!
Ümumiyyətlə, bu vəsaitin şəffaf xərclənməsi, maliyyə hesabatlılığı nə dərəcədə obyektiv təmin olunur. Çünki sözügedən materialların alınması üçün 10 milyondan çox maliyyə fantastik məbləğdir.
Çox maraqlıdır ki, rəsmi açıqlamaya görə ötən il 18 oktyabr 2019-cu il tarixində elektron qaydada həyata keçirilmiş açıq tender prosedurunun nəticəsinə əsasən, yenə “Simplex” QSC qalib elan edilib.
Həmin təşkilatla 3 373 117 manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb.
Təhsil Nazirliyinin Təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsinin tender komissiyası bildirib ki, məqsəd 282100 “Sair xərclər” maddəsi üzrə malların satın alınmasıdır. Görəsən, “Sair xərclər” nə deməkdir?

Niyə incəlikləri açıqlanmır? Və bu “Sair xərclər” üçün 3 milyondan artıq vəsait ayrılması nə dərəcədə düzgündür, xərclənməsi şəffafdır?
Qeyd edək ki, Emin Əmirullayev 4 aydır təhsil naziri təyin edilib. Amma indiyə qədər hər hansı təklif, dəyişikliklə yadda qalmayıb. Yeni təhsil nazirinin fəaliyyəti haqda ayrıca araşdırma aparırıq.

Oxşar xəbərlər

"BakuBus" yarım milyon manatlıq geyim ALIR
Dövlət Məşğulluq Xidməti 39 milyon manatlıq tenderə yekun vurub
Dövlət Vergi Xidməti 3 milyon manatlıq tenderi yekunlaşdırıb
Nazirlik 1 milyon manatlıq dərman alır
Samuxda 10 manatlıq şirkətə şübhəli ETİMAD - 167 min manatlıq tenderin qalibi oldu
Səhiyyə Nazirliyində növbəti tender: Bu dəfə “Avromed"ə 5.5 milyonluq layihə verildi
İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...
“ƏRDAĞI” MMC daha bir tenderin qalibi oldu - 10 manatlıq şirkətin milyonluq tenderləri ...
BNAi 2 milyon manatlıq tenderə yekun vurub
"Azərtranss” MMC indi də Tovuzdan boylandı... - İLGİNC MƏQAM
BNA rəhbərinin 3 milyonluq şübhəli tenderi: Dövlətin pulu dəniz...
Sabiq nazirin şirkəti 10 milyonluq tender uddu - 9 ayda ikinci dəfə
Dövlət Vergi Xidmətindən ABSURD QƏRAR - milyonluq vergi borcu olan şirkəti 12,8 milyonluq tenderin qalibi etdi
İnanılmaz tender maxinasiyası: Bir şirkət bir gündə bir qurumdan 5 tender qazandı (FOTO)
Antiinhisar Xidməti "Aztelekom"un 3 tenderinin nəticələrini ləğv etdirib
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC
Dövlət agentliyi 2.2 milyonluq sifariş verib
Səfər Mehdiyev milyonları "Progress"ə asta-asta ötürür... - ŞÜBHƏ!
Azərbaycan Mərkəzi Bankı 800 min manatlıq texniki dəstək xidməti alır
Elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq - Nazirlik
Mehdiyev AMEA-da da oturub yeyir... - İLGİNC FAKT
Gələn il büdcədən elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq
Amaliya Pənahovanın abidəsi 45 min manata başa gələcək
Mirzəcan Xəlilovun şirkətinə 7 milyon manatlıq tender verildi
Məcburi köçkünlərlə bağlı 55 milyonluq TENDER
Bir manatlıq şirkətə milyonluq tender verildi
Bakı Baza Tibb Kolleci "GÜL VURUR"... - 3-4 aylıq MMC-lərlə işbirliyini davam etdirir
Təhsil Nazirliyi vətəndaş qəbulunu müvəqqəti dayandırdı