“Həyat üçün Şans” Reabilitasiya Mərkəzinın sahibi Elgiz Şirinov və şəbəkə üzvləri cinayət məsuliyyətinə cəlb olundular... - Bütün zərərçəkən valideynlər Abşeron Rayon Polis İdarəsinə müraciət edə bilərlər...
12
sentyabr

Məlumat üçün qeyd edək ki, xeyli müddətdir ki, barəsində araşdırma apardığımız “Həyat üçün Şans” Reabilitasiya Mərkəzinın sahibi və təsisçisi Elgiz Şirinov və onun yaratdığı cinayətkar şəbəkənin üzvləri barəsində Abşeron Rayon Mehdiabad Polis Bölməsinin Təhqiqat Şöbəsində araşdırma aparılırdı. İş təhqiqat başa çatdıqdan sonra Abşeron Rayon Polis İdarəsinin İstintsaq Bölməsinə göndərilib. Və hal-hazırda onların əməlləri barəsində araşdırma aparılır.
Ötən yazılarımızda qeyd etdiyimiz kimi Elgiz Şirinov və onun “əməliiyat qrupu” tərəfindən döyülən, işgəncə verilən, pulları əlindən alınan xeyli sayda insan var.
Biz saytımız vasitəsilə onlara deyirik ki, vaxt itirmədən Abşeron Rayon Polisin İdarəsinə rəsmi müraciət edərək, pozulmiş hüquqlarınızın bərpasını və dəymiş ziyanın əvəzini tələb edin. Ki, bu cinayətkar dəstə öz layiq olduqları əməllərinin cəzasını alsın. Əks-təqdirdə Elgiz Şirinov və onun cinayətkar dəstəsi hələ çox evləri yıxacaq, çox gənclərimizi bədbəxt edəcək, çox valideynlərin onların uşaqlarını guya narkomaniyadan müalicə etmək adı altında pullarını mənimsəyəcəklər. Biz millətimiz üçün narahat olduğumuza görə, bu problemi sonadək araşdırıb nəticəsinə nail olacağıq. Amma sizlər də öz hüquqlarınızı tələb edin.
Qısa xatırlatma üçün qeyd edək ki, Elgiz Şirinov və həyat yoldaşı guya narkotik asılılığı olan kəsləri müalicə etmək adı altında “Həyat üçün Şans” Reabilitasiya Mərkəzi yaradıblar. Birincisi, bunların heç birinin tibbi təhsili yoxdur. İkincisi, narkomaniya kimi təhlükəli bir sahəni Elgiz və onun arvadına etibar etmək, üzr istəyirik insanı BAYTARA etibar etmək kimidir. Bütün dünyada narkomaniyanın müalicəsi dəhşətli problemdir, bizdə isə savadsız Elgizə etibar ediblər. Görəsən, bunun üçün Səhiyyə Nazirliyi hansı əsasla Elgiz Şirinova belə bir icazə verib..?
Yeri gəlmişkən, bu yaxınlarda “SEMAŞKO”nun nəzdindəki aptekdə bir məsələ diqqətimizi cəlb etdi. Aptekdə dərman satan oğlan heç nə bilmir harasa zəng edib dərmanların qiymətlərini soruşur, neçəyə, hansı təyinatla və s.
Təsəvvür edirsiniz, bu nə deməkdir..? Elgiz Şirinov kimilər də beləcə. Nə isə keçək əsas məsləyə. Deməli, Elgiz Şirinov Reablitasiya Mərkəzində özü üçün şəxsi həbsxana, kars, cəza dəstəsi, əməliyyat qrupu yaradıb. İstədiyi pasiyenti döymək, cəza vermək, asmaq, suda boğmaq burada adi hal alıb. Kimsə sifariş verirsə, Elgiz Şirinovun əməliyyat qrupu gedib həmin şəxsi zorla “polis maşınına” soxub Reabilitasiya Mərkəzinə gətirir.
Bəli, Elgiz Şirinovun özünə məxsus “polis maşını” da var. Yəni bu adam açıq-aşkar dövlətə meydan oxuyur. Bəs belə olan halda Elgiz Şirinovun arxasında kim(lər) dayanır, onu kimlər müdafiə edir..? Elgiz Şirinov hər yerdə çox yüksək vəzifəli şəxslərin adını çəkir və deyir ki, Reabilitasiya Mərkəzinin sahibləri onlardır. Elgiz hətta sponsorlarının da adlarını çəkir, amma özü hər narkomanın valideynlərindən 1500 manat alır... Bu adam başına 2500 narkomanı toplayıb, özünü muzdlu dəstənin başçısı kimi aparır. Elgiz Şirinov ölkədə tanınan, nüfuzlu və imkanlı şəxslərin uşaqlarının siyahısını tutub, onları tora salmağın, mala otuzdurmağın, valideynlərindən külli miqdarda pul almağın planlarını cızıb və tapıb...
Bəli, vaxtilə “Dilənçi” ləqəbi ilə tanınan, qonşularından, dost-tanışlarından narkoman olduğu dövrdə uşaqlarına 5 manat çörək pulu alan Elgiz indi narkotiklərin hesabına Yasamal rayonu, Nazim Hikmət küçəsindəki evini 100 min manata təmir etdirib, 200 min manata maşın alıb və s.
Yuxarıda qeyd etdiyimiz kimi Elgiz Şirinovun həyat yoldaşı da Abşeronda Reabilitasiya Mərkəzi yaradıb və imkanlı, vəzifəli şəxslərin qız-gəlinlərini orada, guya, müalicə edir... Yəni bu ər-arvadın yaratdığı böyük cinayətkar şəbəkədir... Bütün bunlar azmış kimi Elgiz Şirinov Azərbaycan Dövlətinə də şər-böhtan atır, hər yerdə deyir ki, polis rəislərinin aylığını verirəm...hətta tez-tez bəzilərinin adlarını da hallandırır... Elgiz Şirinovun bir qardaşı da Rusiyada yaşayır və o da orada, guya, Reabilitasiya Mərkəzi açaraq narkomanları müalicə edir... Amma əslində, Elgiz və onun dəstəsi narkotacirlərlə sıx əlaqədə işləyirlər, Elgiz, guya, aşağı doza narkotiklə xəstələri müalicə edir Əslində, Elgiz Şirinov ətrafına 2500-dən çox narkoman toplayaraq özü üçün bir “ordu” yaradıb, müxtəlif imkanlı şəxslərin evlərinə, mülklərinə basqın edərək qarət edirlər...
Və onu da qeyd edək ki, Elgiz Şirinovun Reabilitasiya Mərkəzləri Abşeronda, Novxanıda, Binəqədidə, Sumqayıtda özəl obyektlərdə, şəxsi evlərdə fəaliyyət göstərir. Hələ bu harasıdır..? Bəli, şəxsi evlərdə...həm də pəncərələr dəmir barmaqlıqlarla bağlanır, dəstəyi çıxarılır...sözün həqiqi mənasında ZİNDAN... Və içəridə qumarxana, meyxana və s. məclislər...təşkil edilir. Və onu da qeyd edək ki, Elgiz Şirinovun yanında, guya, müalicə olunan narkomanlar bayırdakı narkomanlara imkanlı adamların evlərinin, mülklərinin ünvanlarını ötürüb evləri qarət edirlər... Elgiz Şirinov o qədər həddini aşıb ki, dövlətin hesabına Reabilitasiya Mərkəzi açmaq istəyənləri şantaj edir, deyir ki, mənim icazəm olmadan onlar heç nə aça bilməzlər...onlar mütləq mənimlə razılaşmalıdırlar... Bu günlərdə Elgiz Şirinovun dəstəsi Qarabağ veteranı olan bir şəxsin evinə basqın edərək qarət ediblər. Bir sözlə, Elgiz Şirinovun cinayətkar şəbəkəsi əməllərini davam etdirir... Nəhayət əmin olmaq istərdik ki, Abşeron polisi, hüquq-mühafizə orqanları Elgiz Şirinov və onun cinayətkar dəstəsini layiq olduqları cəzaya məhkum edəcəklər.
REDAKSİYADAN: Daxil olan son məlumata görə, Elgiz Şirinovun Reabilitasiya Mərkəzinin Fatmayıdəki filialında bir nəfər dünyasını dəyişib. Narkomanlar dəstəsinə rərhbərlik edən, hamı ilə hədə-qorxu, “razborka” dilində danışan Elgiz Şirinov təkcə sıravi insanlarda deyil, hətta dövlət məmurlarında da xof yaratmaq istəyir ki, ona mane olmasınlar. Bir sözlə, Elgiz Şirinov dövlətə buynuz göstərir.
P.S. Amma Elgiz Şirinovla şərik olan polis işçisi İkram deyəsən çox narahatdır.
OXŞAR XƏBƏRLƏR