Elxan Dadaşov 100-ə yaxın mənzili tələbələrə kirayə verib...
Haqqında bəhs edəcəyimiz Dadaşov Elxan Rəsul oğlu texnika elmləri namizədidir və Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimidir.
Təsəvvür edirsiniz, bir müddət əvvəl köhnə Jiquli ilə Bakıya gələn, Universitetin sıravi müəllimi olan Elxan Dadaşov az vaxtda milyonçuya, oliqarxa çevrildi.
Dünyada milyonçular, hətta milyarderlər var, onlar uzun illərin biznes çalışmasından sonra milyonçuya çevriliblər.
Amma adi, sıravi Universitet müəlliminin qısa vaxtda milyonçuya çevrilməsi analoqu olmayan haldır.
Sözün qısası, adi Universitet müəllimi qısa bir zamanda TİKİNTİ MAQNATINA çevrilib.
Əslən Qəbələ rayonunun Qaradeyin( Qəmərvan) kəndində anadan olan Elxan Dadaşovu yaxından tanıyanlar da bilir ki, alim kimi də bir dərin alim deyil, yəni onun üçün Universitet də bir biznes sahəsidir. Yəni bu adam təhsilə də ticarət, biznes kimi baxıb.
Sözün qısası, yazını qələmə alarkən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovla biznes ortağı olan Elxan Dadaşovun təkcə Azərbaycan Tibb Universitetinin Müalicə korpusunun tikintisindən 6 milyon manat mənimsədiyini eşidəndə dəhşətə gəldim. İcra başçısı hara, gizlincə şəriklik hara? Artıq hamı danışır ki, Elxan Dadaşova bütün işlərində Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dəstək olur.
Belə ki, ATU-nun Müalicə korpusunun smetası 35 milyon manat dəyərində olub. Və tikintinin tenderini Elxan Dadaşov Asif Əsgərovun əli ilə udub. Bu işdə həqiqətən də ona Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dəstək olub. Son nəticədə Asif Əsgərovla Elxan Dadaşov 6 milyonu mənimsəyiblər.
Fikir verdinizmi, təkcə bir binanın tikintisində dövlətin ayırdığı 6 milyon şəxsi ciblərə gedib.
Bu Elxan Dadaşovun oğurladığı yüz milyonların bir hissəsidir.
Bu cinayət əməllərində Elxan Dadaşovun ortaqlarından biri də əslən İmişlidən olan Şükürov Əvəzdir. Tender məsələlərində Əvəz Şükürovun əli çox yerlərə çatır.
Bəli, çox qısa müddətdə tikinti maqnatına çevrilən Elxan Dadaşov köhnə JİQULİ-dən düşüb ən bahalı S-KLAS avtomobillərə sahib olub.
Bu gün Elxan Dadaşov şəhərdə mühafizəçilərlə gəzir, sürücüləri və daha nələri...
Təkcə onu qeyd edək ki, Elxan Dadaşov bu il Antaliyada ailəsi ilə istirahətinə 40 min dollar xərcləyib.
Onu da qeyd edək ki, Elxan Dadaşovun bacısı vaxtilə Nazirlər Kabinetində şöbə müdiri işləyib və hazırda təqaüddədir.
Elxan Dadaşov həm də Bakıda kirayə mənzillər kralı kimi tanınır.
Belə ki, Elxan Dadaşov müxtəlif binalarda 100-ə yaxın mənzili alaraq tələbələrə kirayə verib. Və hər ay öz tələbələrindən kirayə haqqı alır.
Beləsinin müəllim olmağa mənəvi haqqı varmı..?
Onu da qeyd edək ki, Elxan Dadaşov kirayə verdiyi mənzillərdən hər ay icarə haqqını almaq üçün ayrıca ofis açıb və orada 4 nəfər işçi çalışır.
Onların əsas işi hər ay icarəyə verilən obyektlərdən, mənzillərdən aylıq pulu alıb Elxan Dadaşova çatdırmaqdır.
Ən dəhşətlisi odur ki, bu pullardan 1 manat da dövlətə vergi ödənilmir.
Elxan Dadaşovun tikdiyi binalar əsasən 3-cü mkr dairəsinə yaxın ərazidə, Bakının Nəsimi, Xətai və digər rayonlarındadır.
Elxan Dadaşovun təkcə mülklərinin dəyəri 200 milyondan çoxdur...
Elxan Dadaşov əvvəllər Sumqayıtda yaşayırdı. İndi Sumqayıtdakı tikintiləri qardaşı Səyyaf Dadaşova həvalə edib.
Elxan Dadaşovun Novxanıdakı bağının dəyəri neçə milyondur.
Bir sözlə, adi Universitet müəlliminin qısa vaxtda 100 milyonlara sahib olması əsl KORRUPSİYA möcüzəsidir.
Yəqin ki, Baş prokurorluq yanında Korrupsiya İdarəsi Elxan Dadaşovun bu əməllərini araşdırmalı olacaq.
Araşdırmamız davam edir, bizi izləyin.
Elxan Dadaşov və şəriki Nəsimi RİH-nin başçısı Asif Əsgərov 35 milyonluq tenderi necə uddular..? - Memarlıq və İnşaat Universitetinin müəllimi Elxan Dadaşov qısa vaxtda necə milyonçuya, TİKİNTİ MAQNATINA çevrildi..?
13
sentyabr
18:24

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Polkovnik Elxan İbrahimov vəzifəsindən AZAD EDİLDİ - ÖZƏL
Qızı Elxan Qasımovun son durumunu açıqladı
Elxan Usubov Gəncəyə başçı göndərilir
Elxan Poluxov bu ölkəyə səfir TƏYİN EDİLDİ
Məhkəmə sürücünü döyən məmur haqda qərar verdi - Yenilənib
Rasim Balayev: “Elxan Qasımovu oğlu “yıxdı“
Xəstəxanada “prostina” satan Mirbaba Hüseynov saxta yolla Mərdəkan bələdiyyəsinin sədri oldu...- O torpaq satmaqla qısa vaxtda milyonçuya çevrildi...
Azərbaycanlı Rusiyada Baş nazirin müavini oldu
MOİK-in sabiq rəhbəri həbs edilib
Əməkdar artist süni nəfəs aparatından ayrılıb
"Azərsu" ASC-yə yeni təyinat?
Elxan Qasımovun vəziyyəti ağırlaşıb, ailəsi ümidsizdir - Qızı açıqladı
Yeni rektorlar KİMDİR?
MOİK-in sabiq rəhbəri həbs edilib
Müdafiə naziri Zakir Həsənovun bacanağı Tibb Baş İdarənin rəisidir..? - Elxan İbrahimov az vaxtda necə GENERAL oldu ?
Elxan Məmmədova FİFA-da vəzifə verildi
Elxan Usubovun yerinə GÖZ DİKƏN VAR – Elə öz müavini...
Azərbaycanda universitet müəllimi vəfat etdi
Murad Dadaşov ona yüksək vəzifə verdi - FOTO
Azərbaycanda universitet müəllimi koronavirusdan vəfat etdi
Bakıda bərbərin içdiyi dərman ölümünə səbəb oldu
Baş direktorun müavini koronavirusdan vəfat etdi
Azərbaycanda universitet müəllimi koronavirusdan öldü
Azərbaycanlı müğənniyə ağır itki üz verdi
Mərkəzi Ordu İdman Klubunun rəisi işdən çıxarıldı - Barəsində ittihamlar var idi...
Tələbələrə əxlaqsız təklif etdiyi deyilən universitet müəllimi DANIŞDI - VİDEO (YENİLƏNİB)
Murad Dadaşov: “Oqtay Əliyev həmişə mənə dəstək olub“
Nəcməddin Sadıqovun keçmiş yavəri niyə işdən çıxarılıb?
Azərsu ACS-yə yeni sədr gətirilir
Dəniz Nəqliyyatı Donanmasının vəzifəli şəxsi öldü - FOTO
- Türkiyədə terrorçularla qarşıdurma anlarının görüntüsü yayıldı - VİDEO
- Göyçayda 25 yaşlı oğlan özünü ASDI
- Səhər ortaya çıxan iki xərçəng ƏLAMƏTİ
- Qarabağın çiçəklənən dinc regiona çevrilməsini istəyirik - Hikmət Hacıyev
- Sabahın hava proqnozu AÇIQLANDI
- Hamiləlikdə qəhvə və siqaretin təsiri
- Tez-tez suşi yeməyin təhlükələri
- İt istedad nümayişi zamanı sahibi ilə "DANIŞDI" - VİDEO
- Futbolçunun məşuqəsi ərinin arvadına xəyanətini AÇIQLADI
- Roma Papasından Azərbaycan və Ermənistanı dialoq ÇAĞIRIŞI
- "Mançester Yunayted"dən Premyer Liqa tarixinin ən pis startı
- Pişik gürcü mahnısı oxuyub ulduza çevrildi - VİDEO
- Qadınlar ərlərini müharibədə necə xilas etdilər? - Belə yaranıb
- Prokuror polis rəisini döydü - Araşdırma BAŞLADI
- ABŞ və Tayvan təhlükəsizlik və müdafiə konfransı keçirəcək
- "WhatsApp” müəllimlərə qadağan OLUNDU
- Sabiq polis onu bezdirən uşağı GÜLLƏLƏDİ
- İsmayıllı sakini bıçaqlanaraq öldürülüb
- Qaraciyərin bərpası üçün ən yaxşı qidalar
- İmmuniteti gücləndirən ən yaxşı ədviyyat
- Evlilikləri 5 ay çəkdi - FOTOLAR
- Yuyucu vasitələr xərçəngə necə təsir edir?
- Qızıl və gümüş ucuzlaşdı
- Məşhur model “Az qala özümü öldürürdüm”