İdarənin əməkdaşları bütün günü ehtiyyatda olan zabitlərə, hərbçilərə, hərbi xidmətdən qayıdanlara, kimə gəldi zəng edərək hərbi təlimə çağırıb...pul yığırlar..
El arasında “voyenkomat” deyilən hərbi komissarlıq hələ sovet dövründə rüşvət və cinayət yuvası olub. Müstəqillik dönəmində isə bu qurum, ümumiyyətlə, rüşvəti az qala leqallaşdırdı, “summa”lar 10-15 dəfə artdı. Bunun səbəbləri var idi.
Məlumdur ki, 1988-ci ildən başlayaraq Ermənistan və Azərbaycan arasında müharibə gedirdi və bu gün də bu müharibə davam edir. Və məhz bu amil çoxlarını öz övladlarını müharibədən, hərbi xidmətdən yayındırmağa sövq edirdi. Bunun yeganə yolu isə “voyenkomat”lar, hərbi komissarlar idi. Bu illərdə hərbi komissarlar bəlkə də 10 minlərlə, 100 minlərlə gəncə hərbi xidmətə yararsız, yəni “neqodnı” vəsiqəsi veriblər. Bu rəqəmi 5-10 minə vuranda ortaya 100 milyonlar çıxır.
Məlumat üçün qeyd edək ki, 2012-ci ildə bu sahədə islahat aparıldı, qurumun adı dəyişərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ( SHXÇDX) oldu, yəni Müdafiə Nazirliyindən asılı olmadı.
Təkcə onu qeyd edək ki, bu Dövlət Xidmətinin rayon və şəhər şöbələrinə 22 polkovnik, 38 polkovnik-leytenant, 14 mayor rəhbərlik edir. Yəni bu qurumda 66 kənd rayonu, 12 şəhər rayonu, 11 respublika tabeli şəhərlərin hərbi komissarları var. Və ildə 4 dəfə hərbi xidmətə çağırış, hər dəfə 10 minlərlə çağırışçı, üstəgəl ölkədə qanlı müharibə və s. Bu saydıqlarımız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçün milyonlarla dövriyyəsi olan biznes demək idi. Yüz minlərlə insan, o cümlədən varlı, imkanlı məmurlar öz övladlarını hərbi xidmətdən yayındırmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbər vəzifədə çalışan şəxslərinin qəbuluna düşmək üçün növbəyə durublar, hamısı da 15-20 minlərlə pul ilə. Biz hələ sağlam çağırışçıların hərbi xidmətə yararsız, “neqodnu” olması üçün rayon hərbi komissarları ilə baş həkimlərin alverini, sövdələşməsini demirik.
Təsəvvür edin ki, hər çağırışdan sonra rayonların hərbi komissarları bir “çemodan” pulla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərlərinin qəbuluna gəlirdilər. Biz hələ rayon hərbi komissarlığı binalarının təmiri, tikintisi, avadanlıqların alınması, uniformaların satılması və daha nələr üçün dövlətin ayırdığı yüz minlərlə dövlət vəsaitinin mənimsənilməsini demirik.
Sözümüzün canı odur ki, kimlərinsə əlinin altında böyük bir cinayətkar, rüşvətxor şəbəkə fəaliyyət göstərib. Yəni mütəşəkkil cinayətkar dəstə. Bu cinayətkar dəstənin ən fəal üzvlərindən bir neçəsini, bəlkə də birincilərini az müddət öncə, həbs etdilər. Qalanları isə hələ də öz əməllərini davam etdirirlər. Amma Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon idarələrində elə rayon rəisləri var ki, onların cinayət yolu ilə qazandıqları pulun miqyasını ancaq kvadrat metrlərlə ölçmək olar. Belə rayonlardan biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsidir.
Məlumat üçün qeyd edək ki, Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi, Həsənov Nicat Zəfər oğludur. Məlumdur ki, zaman-zaman Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müxtəlif rayon idarələrində əməliyyatlar keçirib və hərbi komissarlar rüşvətə görə, həbs olunublar. Hər dəfə belə məqamda növbənin Binəqədinin hərbi kommissarı Nicat Həsənova çatdığı düşünülüb. Çünki həbs olunan rayon hərbi komissarları ilə müqayisədə Nicat Həsənov daha dəhşətli əməllərin sahibi olub. Amma hansısa qüvvə Nicat Həsənovu qoruya bilib. Bu adam müharibənin qızğın vaxtında öz əməkdaşlarına göstəriş vermişdi ki, bütün ünvanlara zəng vurub çağırışçıları və ehtiyyatda olan zabitləri komissarlığa dəvət edin, hətta yaşı 17 olmayanları da. Həm müharibə dövründə, müharibəyə indi isə, həmin şəxsləri təlim adı ilə orduya aparmaqla çağıraraq külli miqdarda pul qazanırlar. Təsəvvür edirsiniz, xalq nə hayda, Nicat Həsənov isə PUL hayında...
Amma redaksiyamıza daxil olan son məlumatlardan belə başa düşmək olur ki, artıq Nicat Həsənov bu dəfə həbsdən canını qurtara bilməyəcək. Belə ki, məlumdur ki, son günlər Ermənistan və Azərbaycan arasında bir gərginlik yaşanır, müharibə ehtimalı var, hər an vəziyyət dəyişə bilər. Bunu heç kim gizlətmir. Amma Nicat Həsənov kimi hərbi komissarlar bu gərginlikdən istifadə edərək yenə ÇAĞIRIŞ BİZNESİ qurublar. Və Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin əməkdaşları rəisləri Nicat Həsənovun göstərişi ilə gün boyu telefonla ehtiyyatda olan zabitlərin, sabiq gizirlərin, hərbi qulluqçuların, çağırış yaşı çatanların, hətta çatmayanların evlərinə zəng edərək guya hərbi təlimlərə çağırırlar. İnsanlarda vahimə, qorxu yaradaraq pul yığırlar. Biz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni rəisi, hörmətli Mürsəl İbrahimovdan xahiş edirik ki, Nicat Həsənovun bu əməlləri ciddi nəzarətə götürülsün. Düşünürük ki, bu dəfə Nicat Həsənovun həbsi qaçılmaz olacaq. Bəs görəsən həmişə şəxsiyyətinə hörmətlə yanaşdığımız Xanlar Vəliyev bu işlərə nə üçün laqeyd yanaşır?
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi İdarəsində nələr baş verir..? - Bu dəfə Nicat Həsənovun həbsi qaçılmazdır...
14
sentyabr
10:39

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Hərbi xidmətə növbəti çağırış başladı
Ukraynada hərbi xidmətə çağırış ləğv edildi
Səfərbərlik xidməti açıqlama yaydı: Orduya yeni çağırış başlayıb?
Daha bir səfərbərlik idarəsinə əməliyyat - Həbs edilənlər var
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
Hərbi xidmətə iyul çağırışı başa çatdı
Azərbaycanda hərbi xidmətə çağırış BAŞLADI
Hərbi qulluqçular bu tarixlərdə tərxis ediləcək
Astara hərbi komissarlığında “neqodnu” biznesi… - “Neqodnu”nun qiyməti 3000-5000 arasındadır…
Onlara ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Rüşvətlə yararsız hərbi bilet verən polkovniklə bağlı YENİ QƏRAR
Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başladı
Səfərbərlik Xidmətindən bu şəxslərə MÜRACİƏT - SMS daxil olduqda...
Səfərbərlik Xidməti yeni məlumat yaydı
Hərbi xidmətə növbəti çağırış başlayıb
Naxçıvanda səfərbərlik sistemi ÇALXALANIR... - Polkovnik görəvdən alındı, Bakıdan gedən kadrlar...
Səfərbərlik Xidməti məlumat yaydı - Diqqət!
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Rusiyada hərbi xidmətə çağırış yaşı dəyişdirilir
Dövlət Xidməti hərbi xidmətə çağırışla bağlı MƏLUMAT YAYDI
Səfərbərlik və Hərbi Xidməti gəncləri yola saldı
Azərbaycanda bu gündən hərbi xidmətə çağırış başladı
Müddətli həqiqi hərbi xidmətə iyul çağırışı başa çatıb
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Hərbi xidmətə çağırışla bağlı rüşvət alan vəzifəli şəxslər HƏBS EDİLDİ
Zakir Həsənov əmr imzaladı
Binəqədi Hərbi Komissarlığında da HƏBSLƏR GÖZLƏNİLİR... - Arzu Rəhimovun ən yaxın adamı, HƏRBİ KOMİSSAR Nicat Həsənov TƏŞVİŞDƏ...
Azərbaycanda hərbi xidmətə çağırış BAŞLADI
"Hərbi xidmətə çağırış sayı iki dəfə azaldılsın" - Deputatdan TƏKLİF
Azərbaycanda polkovnik-leytenant vəfat etdi
- Səhər ortaya çıxan iki xərçəng ƏLAMƏTİ
- Sabahın hava proqnozu AÇIQLANDI
- Hamiləlikdə qəhvə və siqaretin təsiri
- Tez-tez suşi yeməyin təhlükələri
- İt istedad nümayişi zamanı sahibi ilə "DANIŞDI" - VİDEO
- Futbolçunun məşuqəsi ərinin arvadına xəyanətini AÇIQLADI
- Pişik gürcü mahnısı oxuyub ulduza çevrildi - VİDEO
- Bibər yemək REKORDÇUSU oldu: Hisslərindən DANIŞDI
- Yeni COVID-in əsas xüsusiyyəti: Özünüzü virusdan necə qoruya bilərsiniz?
- Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq sazişi təsdiqləndi
- Rusiyalı aktyor vəfat etdi
- Türkdilli Ölkələrin Parlament Assambleyasının adı dəyişdirilir
- Qadınlar ərlərini müharibədə necə xilas etdilər? - Belə yaranıb
- Prokuror polis rəisini döydü - Araşdırma BAŞLADI
- ABŞ və Tayvan təhlükəsizlik və müdafiə konfransı keçirəcək
- "WhatsApp” müəllimlərə qadağan OLUNDU
- Sabiq polis onu bezdirən uşağı GÜLLƏLƏDİ
- İsmayıllı sakini bıçaqlanaraq öldürülüb
- Qaraciyərin bərpası üçün ən yaxşı qidalar
- İmmuniteti gücləndirən ən yaxşı ədviyyat
- Evlilikləri 5 ay çəkdi - FOTOLAR
- Yuyucu vasitələr xərçəngə necə təsir edir?
- Qızıl və gümüş ucuzlaşdı
- Məşhur model “Az qala özümü öldürürdüm”