İllər uzunu kombinatda çalışan yüzlərlə fəhlənin haqqını yeyən “Çörək Tofiq” halallıqdan danışır...
Ulu Öndər: “Sumqayıtın bir hissəsini Tofiq Hüseynli özəlləşdirib..”
Bizim bir media olaraq məqsədimiz kimisə qaralamaq, kiminsə əməllərinə kölgə salmaq deyil. Biz istəyirik ki, hər şey olduğu kimi, rəhmətlik Mirzə Ələkbər Sabir demişkən, “Düzü düz, əyrini əyri yazaq”, yəni tarixi saxtalaşdırmayaq. O cümlədən də “Çörək Tofiq” deyilən şəxslə də zərrə qədər şəxsi problemimiz yoxdur.
Oxucuya aydınlıq gəlməsi üçün qeyd edək ki, camaat arasında “Çörək Tofiq” kimi tanınan, əslən Qubadlı rayonundan olan Tofiq 1982-ci ildə Sumqayıt çörək-qənnadı kombinatında sex rəisi işləyib və... Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə, yəni 1992-ci ildə bu müəssisənin bazasında səhmdar cəmiyyəti yaradaraq saxta yolla sədr seçilib. Məhz Sumqayıt cəbhəçilərinin köməyi ilə.
Fikir verdinizmi, bu adam heç kombinatın direktoru da işləməyib, sadəcə sex rəisi olub, amma bir neçə il sonra Sumqayıt boyda şəhərin çörək kombinatını ələ keçirib, guya səhmdar cəmiyyət yaradıb-filan..
Təsəvvür edirsiniz, 1992-ci ildə hələ özəlləşdirməyə start verilməmişdi, amma Çörək Tofiq tələm-tələsik cəbhəçilərin əli ilə dövlət mülkiyyətini ələ keçirdi.
Bir az tarixə ekskurs etsək, “Çörək Tofiq”in əsl kimliyini bilə bilərik. Deməli, Ulu Öndər 2003-cü ildə Sumqayıtda keçirdiyi müşavirədə demişdir ki, Sumqayıtda özəlləşdirmədə ciddi problemlər olub...
Sözümüzün canı odur ki, bu adam o boyda çörək kombinatını zəhmətlə qazanmayıb, sadəcə ələ keçirib. İndi hər yerdə halallıqdan danışır... Bu hələ harasıdır..? Normal təhsili, savadı olmayan Tofiq Hüseynli 2000-ci ildə 40 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputat seçilmiş və II çağırış Milli Məclisin üzvü olmuşdur.
Sözün düzü, belə bir adamın deputat olması özü bir möcüzə idi və növbəti seçkidə seçicilər onu baykot etdilər. “Çörək Tofiq” hər yerdə deyir ki, 1993-cü ildə Qubadlılar qaçqın düşəndə hamısına iş vermişəm, çörək vermişəm və s. Birincisi, adam verdiyini deməz, ikincisi, sən çörək verən idinsə, kombinatın işçilərini niyə çörəksiz qoyurdun..? Biz hələ Tofiq Hüseynlinin Sumqayıtda çörək satışını inhisara almasından danışmırıq. Bu adam Bakıdan gətirilən çörəklərə qadağa qoyub. Adama deyərlər ki, sən kimsən, nəçisən inhisar yaradırsan..?
Yuxarıda qeyd etdiyimiz kimi Ulu Öndər 2003-cü ildə Sumqayıtdakı müşavirədə Tofiq kimilərin yaxşıca dərsini vermişdi. Xatırlatma üçün qeyd edək ki, həmin müşavirədə Sumqayıtın o zamankı deputatları Tofiq Hüseyli, Xıdır Alovlu, Sumqayıt Şəhər İcra Hakimiyyətinin o zamankı başçısı Təvəkkül Məmmədov, “Azərkimya”nın rəhbəri Fikrət Sadıqov, iş adamı Zaman İsgəndərov da iştirak edirdi. Ulu Öndər çıxışında qeyd edirdi ki, bizə Təvəkkül Məmmədov haqqında anonim məktublar daxil oldu. Nə bilim, o pis işləyir, vəzifəsini icra edə bilmir, haradasa gedib katibəsinin toyunda kefli olubdur, neyləyibdir.
Bəli, digər tərəfdən, guya o, narkotik qəbul edir, nəşə çəkir və s. Sonra Ulu Öndər qeyd edir… Mənə deyiblər, Sumqayıtda bir neçə qrup var, onların əlində böyük kapital var. Onlardan biri Fikrətdir, biri Tofiq Hüseynlidir, bir neçə başqaları da var. Zaman var. Deyirlər ki, Sumqayıtın bir hissəsini Tofiq Hüseynli özəlləşdiribdir. Başqa bir hissəsini Zaman İskəndərov özəlləşdiribdir… Tofiq Hüseynlinin bir dəstə qohumu işləyir. Bir dəstə də Zaman İskəndərovun qohumu işləyir və başqalarının qohumları işləyir. Başqa adamlara yer yoxdur! Bunların həm biznesdə böyük imkanları var, həm də böyük vəzifədədirlər.
Fikir verdinizmi, Ulu Öndər təkrar-təkrar Tofiq Hüseynlinin adını çəkir, onun neqativ əməllərindən danışır… Amma bu gün Tofiq Hüseynli özünə “Çörək Tofiq” ləqəbi götürüb, özünü hacı Zeynalabdin Tağıyevin davamçısı hesab edir və s. Ancaq tanıyanlar Tofiq Hüseynlinin kim olduğunu, hansı əməllərə sahib olduğunu gözəl bilirlər. Biz də deyirik ki, xalqın gözü tərəzidir, “Çörək Tofiq”, sənin çəkini əla bilirlər. Qanunlarımız da yaxın zamanda sənə tətbiq olunacaq...
1992-ci ildə “Çörək Tofiq” Sumqayıt çörək kombinatını necə ələ keçirdi..? - Adi çörək kombinatının sex rəisi necə oliqarxa çevrildi ?
19
sentyabr
09:58

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Hər yerdə halallıqdan danışan “Çörək Tofiq” o boyda çörək kombinatını necə ələ keçirdi... - O kombinatda illər uzunu çalışan yüzlərlə insanın haqqını necə yedin, Tofiq Hüseynli..?
Vurulmuş kadr olan Nəbi Nəbiyevin oğlu necə rabitə naziri oldu ?- “Çörək Tofiq” kürəkəni Rəşad Nəbiyevin əli ilə qohumlarını nazirlikdə vəzifələrə yerləşdirir…
Qar yağdı, mağazalarda çörək qıtlığı yaşandı
Türkmənistanda çox çörək alanları həbs edəcəklər
Tofiq Yaqublunun vəziyyəti pisləşdi - Qan köçürülür
İlham Əliyev bəstəkar Tofiq Quliyevin abidəsinin açılışında iştirak etdi - FOTOLAR
Naxçıvanda çörək sexində yanğın olub
İranda çörək növbəsində qətl törədildi - VİDEO
Bakıda Tofiq Quliyevin abidəsi ucaldılacaq
Mirşahin Tofiq Yaqublunu aclığı dayandırmağa ÇAĞIRDI
Ramiz Mehdiyevin qohumu, Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Tofiq Paşayev Ali Məhkəmənin sədri olmaq istəyir...
Azərbaycanda çörək bahalaşdı - Yeni qiymət
Rusiyada çörək zavodu dron istehsalına başladı
Azərbaycanda çörək sexinin sahibi müştərisi tərəfindən bıçaqlandı
İranda çörək və ərzaq mallarında kəskin qıtlıq yaşanır - VİDEO
Bakıda 67 yaşlı qoca çörək alarkən bıçaqlandı
Tofiq Mirzəyevə “Xalq artisti” fəxri adı verildi
Çörək sexində nöqsanlar aşkarlandı
Naxçıvanın Penitensiar Xidmətinin rəisi həbs edildi
Bakıda qanunsuz işləyən çörək sexi bağlandı - FOTOLAR
Çörək zavodunun işçiləri iyunun 15-də işə gələ biləcək - RƏSMİ
"Azərbaycanda Tofiq Quliyevin xatirəsi əbədiləşdirilib" - Dövlət başçısı
Bakıda çörək maşını qəzaya düşdü, ölən var
İranın Sistan-Bəlucistan əyalətində yanacaq və çörək qıtlığı yaranıb
Gənclər və idman naziri yeni idarə rəisi təyin edib
Azərbaycanda çörək sexi rəhbərini cərəyan vuraraq öldürdü
Çörək alarkən DİQQƏTLİ OLUN: Bu kadrlar sizi dəhşətə salacaq - VİDEO
"Ötən il 100 manata aldığınız ərzağı indi 125 manata alırsınız" - Zahid Oruc
Tofiq Yaqubluya anasının yas mərasimində iştirak etməyə icazə verilmədi
Çörək alarkən diqqətli olun - İçindən iynə çıxdı - VİDEO
- Ağ Evdə gerisayım başladı: ABŞ hökuməti fəaliyyətini dayandıra bilər
- Ağsuda yaşayış evi yandı
- İsmayıllı sakinini bıçaqlayaraq öldürən şəxs SAXLANILDI - YENİLƏNİB
- ABŞ-da "Z" simvolu olan hərbi yük maşınları satışa çıxarıldı
- Kəlbəcərdə şəhid olan əsgərimiz sabah Qusarda dəfn ediləcək - FOTO
- Dünyada qadınların girməsinin qadağan olduğu yeganə yer - FOTO
- Ərdoğan qardaşı oğlunun toyunda - FOTO
- "Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün ayrı-seçkiliyə məruz qalır” - Hikmət Hacıyev
- Türkiyəli fenomenin bacısı SAXLANILDI
- Əlində qumbara partlayan Vətən Müharibəsi iştirakçısı ÖLDÜ -YENİLƏNİB
- Türkiyəli rep ifaçısı qəzaya düşdü: Konserti ləğv olundu
- Dağıstanda azərbaycanlı bədbəxt hadisə nəticəsində həlak olub
- Qadınlar ərlərini müharibədə necə xilas etdilər? - Belə yaranıb
- ABŞ və Tayvan təhlükəsizlik və müdafiə konfransı keçirəcək
- Prokuror polis rəisini döydü - Araşdırma BAŞLADI
- "WhatsApp” müəllimlərə qadağan OLUNDU
- Sabiq polis onu bezdirən uşağı GÜLLƏLƏDİ
- İsmayıllı sakini bıçaqlanaraq öldürülüb
- Qaraciyərin bərpası üçün ən yaxşı qidalar
- İmmuniteti gücləndirən ən yaxşı ədviyyat
- Evlilikləri 5 ay çəkdi - FOTOLAR
- Yuyucu vasitələr xərçəngə necə təsir edir?
- Qızıl və gümüş ucuzlaşdı
- Məşhur model “Az qala özümü öldürürdüm”