“Qara maskalı”lar icra başçılarını yenə “ziyarət edəcək”: - “Dövlətin qaydalarına əməl etmirlər”
8-12-2020, 16:30
267

“Qara maskalı”lar icra başçılarını yenə “ziyarət edəcək”: - “Dövlətin qaydalarına əməl etmirlər”

Dövlət Təhlükəsizlik Xidməti (DTX) yenidən fəaliyyətində nöqsanlara yol vermiş İcra Hakimiyyəti başçılarına qarşı əməliyyatlara başlayıb. Ötən gün də hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

Əməliyyat zamanı Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, birinci müavini Mənsur Məmmədov, Ərazi özünü idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yaşar Vəliyev saxlanılıb. Xatırladaq ki, bir müddət əvvəl bir neçə icra başçısı rüşvət və korrupsiya əməllərinə görə həbs DTX tərəfindən saxlanılmışdı.

Belə ki, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Yevlax İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov, İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və onların müavinləri, rəhbərlik etdikləri qurumda digər vəzifəli şəxslər Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılaraq məhsuliyyətə cəlb olunmuşdu. Görünən odur ki, bu proseslər davamlı olacaq.

Fəaliyyətində nöqsanlara yol verən məmurlar qısa zamanda “qara maskalı”larla görüşəcək.

Prosesin davamlı olması ictimaiyyət tərəfindən də müsbət qarşılanır. İnsanları uzun illər narazı salan, bürokratik əngəllərə məruz qoyan, sadə problemlərin ən yuxarı qurumlara qədər gəlib çatmasına səbəbkar olan məmur kateqoriyası DTX-nın “qara maskalı”larının caynağından qurtula bilməyəcək.

İcra başçılarına qarşı DTX-nın keçirdiyi əməliyyatlarla bağlı Cebhe.info-ya danışan politoloq Cümşüd Nuriyev deyib ki, proses davamlı olacaq:

“Məsələ ondadır ki, rüşvətxor məmurlarla bağlı proses yenidən başlamayıb. Sadəcə olaraq Azərbaycanın başı Vətən Müharibəsinə qarışmışdı. Bu müddət ərzində də həm şəhid aillərinin, həm də qazilərin icra başçıları ilə bağlı narazılığı var idi. Bir sıra icra başçıları bu dövrdə də əvvəlki “fəaliyyətini” davam etdirirdi.

Yəni rüşvətin də alırdı, başqa işlərini də görürdü. DTX isə Vətən müharibəsi müddətdə dövlətin təhlükəsizliyi ilə məşğul olurdu. 3 ay ərzində icra başçılarına qarşı əməliyyatlar aparılmadı. Amma indi bunu bərpa etmək məcburiyyətində qalıblar. Ölkədə müharibə zəfərlə bitəndən sonra müəyyən məsələlər öz yerində oturmalıdır.

Bu mənada DTX-nın fəaliyyəti çox uğurludur. Hesab edirəm ki, bu proses Cəlilabad rayonu ilə bitməyəcək, davam edəcək. Çünki hələ bir çox icra başçısı dövlətin qaydalarına riayət etmək istəmir”.

Oxşar xəbərlər

Cəlilabadın başçısı ilə birlikdə tutulanların ADLARI
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
İcra başçısına yeni müavin təyin edildi
Cəlilabad İcra Hakimiyyətində əməliyyat keçirilir: saxlanılanlar var
Cəlilabadın icra başçısı rüşvət alarkən həbs edildi - YENİLƏNİB
DTX-nın həbs etdiyi sabiq icra başçısı vəkilindən imtina etdi
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Həbs olunan icra başçılarının taleyi: Onları nə gözləyir?
İcra başçısı ilə birgə saxlanılan müavinləri - FOTO
Nərimanov rayon icra hakimiyyətinin şöbə müdiri dünyasını dəyişdi – Məsələ araşdırılır
Azərbaycanda icra başçısı belə tutuldu - ANBAAN VİDEO
Kəlbəcərin icra başçısı müavinini və köməkçisini İŞDƏN ÇIXARDI
Sabiq məmur vəfat edib
Koronavirusdan ölən icra başçısı dəfn olundu
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
İcra başçısı və vəzifəli şəxslərin həbs müddəti uzadılır
Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ
Goranboyun icra başçısı ilə bağlı ŞOK İDDİA - Belə deyirlər...
Saxlanılan icra başçısının ittihamları məlum oldu
Azərbaycanda icra başçısı dünyasını DƏYİŞDİ
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov və müavini saxlanıldı
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
DTX Vilyam Hacıyevi belə həbs edib - VİDEO
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
“Harınlamış məmurlara islahatlar təsir etmir”
Deputat da başçının həbsini tələb etmişdi, amma... - İndi də sakinlər imza toplayır
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA