Səməndağanın nəvəsi Şəmsinin də arxası zay çıxdı..
Bir neçə  gündür  sosial şəbəkələrdə intim videosu ilə gündəm olan ömürlük həbsdən azad edilən Şəmsi Səmədzadənin qardaşı Niyazi Səmədzadə məsələ ilə bağlı açıqlama verib.
Qısaca, onu qeyd edək ki,  qardaşı  deyib ki, bu video montaj  Şəmsiyə  qarşı  böhtandır. 
Qardaşı  Şəmsi Səmədzadənin  həyat yoldaşı ilə bağlı sonuncu açıqlamasından sonra bunun baş verdiyini qeyd edir: “Bəli, bizə bəllidir ki, bunu kim edib. Elə bir zamanda yaşayırıq ki, hərə əlinə bir telefon alıb, sosial şəbəkələrdə istədiyi formada, istədiyi şəkildə nəsə paylaşır. Nə deyə bilərik?”
Vallahi,  hamı  bütün günahları ZAMANIN üstünə atır. Zamanın nə günahı, ay adamlar ? Kimsə dalına, kimsə qabağına, kimsə ağzına nəzarət edə bilmirsə, buna yazıq zaman neyləsin...? 
Xüsusi olaraq onu qeyd edək ki, biz kiminsə dalı, yaxud qabağı ilə bağlı müzakirə açmırıq və bu mövzu  bizim üçün  maraqsızdır. Amma...
Əmması  odur ki, adamı cəmiyyətə təqdim edəndə onun bir boyuna, bir buxununa, hətta arxasına da nəzər salın..
Çünki  bir müddət öncə, özünü hörmətli jurnalistlər sayanlar Şəmsi Səmədzadəni Xalq Qəhrəmanı kimi təqdim etmişdilər. Dünən qəhrəman kimi təqdim edilən Şəmsi Səmədzadə, bu gün az qala Tbilisi prospektinin QƏHRƏMANINA çevrilib. Jurnalist həmkarlarımız insanları cəmiyyətə təqdim edəndə gərək aldıqları pulu yox, onların keçdikləri həyat yolunu araşdırsınlar.
Bax, bizi düşündürən sual budur. 
Bu anda bilirsiniz yada nə düşür...?
Şəmsi Səmədzadə əfv olunub çıxanda bir dəstə media mənsubu onu necə qarşıladılar. Sanki qəhrəman, sərkərdə, lider-filan əfv olunmuşdu. 
Bax, bizim dediyimiz budur ki, layiq olmayan kəsləri şar kimi üfürüb millətin gözündə uca dağ edirsiniz. Sonra məlum olur ki, sizin  “qəhrəmanın”  dalı çürük imiş. 
Bu gün media da yazırlar ki, guya ilk müstəqillik illərində Şəmsi Səmədzadə tanınmış  sahibkar olub. Əslində bu xəbərdə yalandır. Şəmsi  “Spirt Miri”  deyilən “vinzavod”un sahibinin sürücüsü olub. Sonradan Miri ya zəlzələdən, ya vəlvələdən dünyasını dəyişib və zavodu Şəmsi Səmədzadə ələ keçirib...
Həbsxanadan çıxanda  “Mən məşhur nəslin nümayəndəsi, Səmənd ağanın nəvəsiyəm”  deyən  və jurnalistlər tərəfindən alqışa qərq olan Şəmsi Səmədzadə görəsən türmədə olanda hansı işlərlə məşğul imiş?
Görəsən indi baş verənləri Şəmsi Səmədzadə "Mən Səmənd ağanın nəvəsiyəm" deyərək kimin ayağına yazır...? 
Bəlkə zamanın..? 
Vallah, səhər Şəmsi Səmədzadə desə ki, bunlar hamısı yalandır, axşam şalvarsız yatmışam, qəfil  arxama siçan girib...desə  yenə təəccüblənməyə dəyməz...
Bunlar bir cəmiyyət olaraq bizə ibrət dərsi  olmalıdır.
Mediamız da  bu məddahlıqdan əl çəkməlidir. 
Bəziləri  Şəmsi Səmədzadəni az qala Qərbi Azərbaycanlıların gələcək lideri kimi təqdim edirdi...
Şəmsi Səmədzadə  həbsxanadan çıxanda ilk müsahibəsində deyir:
“10, 12 il anama, bacıma və digərlərinə icazə vermədim həbsxanaya mənim yanıma gəlsinlər. Ancaq son illər anam yaşlı olduğu üçün gəlib, görüşmüşük”. 
Bunları başa  düşdük ee, ay Şəmi, keç, əsas məsələyə..
Yorğan-döşəkdə altda uzandığın kim idi..? 
Bunu necə montaj etmək olar..? 
Şəmsi Səmədzadə, bir lətifədə deyilir ki, ucqar bir dağ kəndində tanınmış bir mollanın da başına sənin başına gələnə oxşar bir hadisə gəlmişdir. Camaat həmin molladan soruşaraq deyir, molla, ayıb deyil... bu nə işdir görürsən? Axı biz hamımız sənə inanırıq, ölümüzü, dirimizi sənə etibar etmişik. 
Molla isə cavabında həyasızcasına deyir ki, inanın bilmirəm bunu bura kim soxub..? Amma camaat faktı müəyyən vaxta qədər görə bilməyiblər. Həmin vaxt fakt çöldə olmayıb. 
İndi sən də denən ki, siçan girib.... Amma jurnalistlərin hörmətə mindirdiyi, Quşqaradakı zavodu Müzamil Abdullayevin əlindən zorla alan, şəxs bilməlidir ki, məkan bəlli, üstdəki bəlli, altdakı bəlli. Sən hansı şantajdan, hansı montajdan danışa bilərsən. Dostun Elgün də hər şeyin dəqiqini bilir. Amma sosial şəbəkədə sənə bir məsləhət verilib. Elə onu etsən, bəlkə də çıxış yolu taparsan. 
Ya da denən ki, xalam ölüb başımı itirmişəm, heç bilməmişəm gecə nə olub... Kim girib, kim çıxıb bilməmişəm. Ay erotik videosu yayılan
 şəxs sənə görəsən ətrafında olan dostların hansı münasibətləri bəsləyir. 

P.S. Ay Şəmsi, de görək türmədə bu hadisəyə görə sən nə etməli idin? Üstdəkinin adını bilirsən, bəs altdakının adı nədir? Bu qalsın gələn yazımıza.