Səkinə Sadıxova dövlətə qarşı sabotaj edir...
Səkinə Sadıxovanın yeri Ruhi Dispanserdir...
Min illərin sınağından çıxmış müdriklərin belə bir sözü var: “Bu dünyada əvəzolunmaz adam yoxdur”...
Amma Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ( TƏBİB-in) rəhbərləri deyir ki, müdriklər heç nə bilmir, Səkinə Sadıxova əvəzolunmaz kadrdır. Söhbət 2019-cu ildən Sumqayıt Səhiyyə şöbəsinin müdiri, hazırda Sumqayıt Tibb Mərkəzinin ( Publik Hüquqi Şəxs) direktoru olan Səkinə Sadıxovadan gedir.
Təsəvvür edirsiniz, 300 min əhalisi olan Sumqayıt şəhərinin səhiyyəsinə rəhbərlik edən bu xanıma TƏBİB rəhbərliyi Abşeron, Xızı səhiyyəsini də tabe edib. Yəni məlumatı olanlar bilir ki, TƏBİB-in rəhbərliyi müxtəlif səhiyyə qurumlarını birləşdirərək Tibb Mərkəzləri yaradıblar. Və müxtəlif, biri-biri ilə əlaqəsi olmayan xəstəxanalar bir mərkəzdə birləşdirilib və bir nəfərə tabe edilib. Sözün qısası, Səkinə Sadıxova Sumqayıt şəhərinin, Abşeron, Xızı rayonlarının səhiyyə müəssisələrini öz dədəsinin obyekti kimi işlədir. Atalar deyir ki, söz sözü gətirər.
Yazının bu yerində dəqiq bildiyimiz bir fakt yada düşdü. Belə ki, rayonlardan birində böyük bir qəsəbənin bələdiyyə sədri loru dildə desək “9-B” XƏSTƏSİDİR. Yəni müharibədə iştirak etməmək üçün özünə həkim komissiyası vasitəsilə belə bir sənəd alıb. Və bir neçə ildən sonra icra başçısının dəstəyi ilə böyük bir qəsəbənin bələdiyyə sədri seçilib.
Təsəvvür edirsiniz belə xəstələrə nəinki rəhbərlik, hətta sürücü işləmək qanunla qadağandır. Amma FƏRARİ olan “9-B” xəstəsi hazırda bələdiyyə sədridir və torpaq satmaqla milyonlar qazanır. Hələ biz Milli Məclisdə Mahir Abbaszadə kimi əsgərlikdən yayınan nə qədər millət vəkili tanıyırıq. Bu başqa bir yazının mövzusudur.
Oxucular düşünə bilər ki, bunun Səkinə Sadıxovaya nə dəxli ola bilər..?
Məlumat üçün qeyd edək ki, Səkinə Sadıxova özünü insanlara VERGİLİ kimi təqdim edir, guya ona VERGİ verilib və s. Hətta Səkinə Sadıxovanın bir müddət ruhi-psixoloji problemlə bağlı dispanserdə müalicə olunması ilə bağlı məlumatlar da var.
Təsəvvür edirsiniz, özünün ruhi-psixoloji problemi olan bir adam 300 minlik Sumqayıt şəhərinin və üstəlik Abşeron və Xızı rayonlarının əhalisinin sağlamlığına nəzarət edir. Bu yerdə dahi Hüseyn Cavidin bir misrası yada düşür: RƏQSİ TƏLİM EDİYOR AXSAQLAR... Bəli, özünün MÜALİCƏYƏ ehtiyacı olan birisi, 100 minlərlə insanın sağlamlığına məsul şəxsdir...
Sözün qısası, Səkinə Sadıxovanın əməllərinin nəticəsi olaraq onun barəsində Maliyyə Nazirliyi və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Sumqayıt şəhər səhiyyəsində yoxlama aparıb və orada 6 milyon 427 min manat yeyinti olduğu bəlli olub. Və Səkinə Sadıxova barəsində Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin üç maddəsi ilə cinayət işi qaldırılıb. Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Amma təəssüf ki, bu günədək Səkinə Sadıxova barəsində konkret tədbir görülməyib.
Təsəvvür edirsiniz, bu adam barəsində 6 milyon 427 min manat yeyinti ilə bağlı CM-nin 3 maddəsi ilə cinayət işi açılıb. Amma Səkinə Sadıxova heç nə olmayıb kimi oturub vəzifəsində. Bir sözlə, ölkənin Baş prokurorluğu Səkinə Sadxıova barəsində cinayət işi qaldırıb, digər dövlət qurumları bu qadının əməlləri barədə, külli miqdarda mənimsəmə ilə bağlı ortaya rəsmi sənədlər qoyublar...amma... Əmması odur ki, TƏBİB-in rəhbərliyi, daha dəqiq desək, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və onun müavini Araz Nəsirov deyir ki, Səkinə yekdir, ondan olmaz, onu əvəz edən kadr yoxdur və s... Hələ bu harasıdır..?
Redaksiyamıza daxil olan məlumata görə, Səkinə Sadıxova haqqında yazılanlardan, barəsində cinayət işindən yayınmaq üçün özünü “dəliliyə” vurub...işdə əsəbləşib saçlarını yolur, üzünü cırır...işçilərə qarşı kobudluq edir və s....
Sözün qısası, Sumqayıt sakinləri, səhiyyə işçiləri, bir qrup müharibə veteranları, millət vəkilləri üzlərini TƏBİB-in rəhbəri Vüqar Qurbanova tutaraq, uca səslə bildirirlər ki, artıq Səkinə Sadıxova ilə şəxsi münasibətlərinizi, şərikli biznesinizi dayandıraraq camaatımızın, işçilərimizin, seçicilərimizin və dövlətimizin xatirinə addımlar atın. Başa düşə bilmirik yuxarıda qeyd etdiyimiz kimi, Səkinə Sadıxovanın qarşısında hansı öhdəçilikləriniz varki, siz onu işdən azad edə bilmirsiniz, hörmətli Vüqar Qurbanov? Görəsən Səkinə Sadıxova ilə bağlı sizə yuxarıdan göstəriş gəlməlidirmi? Axı sən söz vermişdin.
P.S. Şəxsi münasibətlərin işə heç bir dəxli yoxdur, çox hörmətli dostlar!
"Gündəlik Bakı" Sumqayıt səhiyyəsilə bağlı həyəcan təbili çaldı... - TƏBİB rəhbəri Vüqar Qurbanov, Səkinə Sadıxova ilə şəxsi münasibətlərinizi dayandıraraq dövlətçilik naminə addımlar atın...
01
noyabr
18:52

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Səkinə Sadıxova haqqında olan cinayət işində TƏBİB-in müavini Araz Nəsirovun adı hallanır... - Səkinə Sadıxova: nə qədər ki, TƏBİB-də Araz Nəsirov var, mən də olacağam...
TƏBİB rəhbəri Vüqar Qurbanov Səkinə Sadıxovanı cinayət məsuliyyətindən qoruyur... - Səkinə Sadıxova ilə Vüqar Qurbanovu nə birləşdirir..?
TƏBİB-in Arazı ( Nəsirov), Səkinənin avazı... - Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova həbs olunacaq....
Səkinə Sadıxova ilə TƏBİB-in birgə SÜNNƏT BİZNESİ... - Sumqayıt Tibb Mərkəzində neçə il öncə sünnət olunmuş oğlanları yalandan yenidən sünnət edib 100 minlər qazanırlar...
TƏBİB rəhbərliyinin ARXA BAĞÇASI... - Və yaxud işsiz qohumların işlədiyi məkan...
Sumqayıt Tibb Mərkəzi cinayətkarlıq yuvasıdır… - Səkinə Sadıxovanın arxasında duran futbolçu-menecment-sığortaçı Araz Nəsirov kimdir..?
Sumqayıt səhiyyə şöbəsinin “ruhi xəstə” müdiri Səkinə Sadıqova … - Səkinə Sadıqova Ruhi dispanserdə 2 ay müalicə olunub…
“Gündəlik Bakı”nın Baş redaktoru Daxili İşlər Naziri, cənab general-polkovnik Vilayət Eyvazova müraciət etdi...
Təhsil Nazirliyinin Məlumat Bazasında Elnarə Məmmədovanın saxta diplomu ilə bağlı heç bir məlumat yoxdur… - Ümid edirik ki, Sumqayıt şəhər prokurorluğu saxta diplom məsələsinə NÖQTƏ qoyacaq…
Sumqayıt səhiyyəsinin müdiri Səkinə Sadıqova necə 8 min manat maaş alır..? - Səkinə Sadıqova 8-ci sinif şagirdinin ölümünə görə, istintaqa cəlb olunmalıdır…
Xəstəliklər cədvəlinin 22-C maddəsində nəzərdə tutulan şəxslər nəinki Sumqayıt səhiyyəsini, heç avtomobil idarə edə bilməz… - Səkinə Sadıqova Sumqayıt, Abşeron və Xızının səhiyyəsinə rəhbərlik edir…
Sağlamlığı tutduğu vəzifəyə uyğun gəlməyən Səkinə Sadıqova barəsində dövlət qurumları niyə susur..?
Səkinə Sadıqovaya Cinayət Məcəlləsinin 3 maddəsi ilə iş qaldırıldı... - Sumqayıt Tibb Mərkəzinin direktorunun 3 milyonluq yeyintisi...
Səkinə Sadıqovanın normal təhsili olmayan bacısı Sədaqət həkim Sumqayıt səhiyyəsini idarə edir..
Sumqayıt səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqova barəsində “boyat” və təzə xəbərlər... - Səkinə Sadıqovanın tender biznesi….
“Sumqayıt Tibb Mərkəzi”ndə yeyinti AŞKARLANDI
Sumqayıt səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqovanın tender biznesi… - Səkinə Sadıqova 267 min 54 manat dəyərində dəftəxana kağızını nə edib ?
250 minlik Sumqayıt səhiyyəsinin “xəstə” şöbə müdiri Səkinə Sadıqova... - Mollanın inəyə dua yazması və Səkinə Sadıqovanın əməlləri...
Azərbaycanda peyvənddən sonra koronavirusa yoluxan olub?
Sumqayıt səhiyyəsində Tender rüsvayçılığı … - Səkinə Sadıqovanın HƏBSİ qaçılmazdır….
Səkinə Sadıqovanın ad günündən FOTO-REPORTAJ... - Sumqayıt səhiyyəsinin müdiri Səkinə Sadıqovanın ad günündə niyə “Kəmər gəlsin..” oxuyublar..?
Mehriban Zəki və Dilarə Əliyevanın vəziyyəti necədir? - YENİLƏNİB
Bu xanım məmurla bağlı Baş nazirə müraciət olundu
Sumqayıtda zəhərlənən şəxslərdən 9-u evə buraxılıb, 3-nün müalicəsi davam edir - YENİLƏNİB
“Yeni klinika”ya direktor müavini təyin edildi
Sumqayıt Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqovanın əməlləri… - Səhiyyə şöbəsində nə qədər ölü canlar var…
Vüqar Qurbanov direktor müavinini İŞDƏN ÇIXARDI
“Qızıl Xaç”dan TƏBİB-ə tibbi yardım ianəsi
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və müsavatçı Emin Hüseynin ortaq əməlləri… - 44 yaşlı təhsili olmayan qadına Gürcüstandan necə ali təhsil diplomu aldılar….
Sumqayıt səhiyyəsi QƏSSAB RUHU ilə idarə olunur... - FAKTLAR
- İdman qida əlavələrinin qəbul etməyin ACI NƏTİCƏLƏRİ
- Messidən Ronaldonu dəstəkləyən futbolçuya SƏRT REAKSİYA
- Bu şəxslərə burun əməliyyatı məsləhət görülmür
- Bu meyvə sonsuzluğa səbəb olur
- Oturaq həyat tərzinin qadınlar üçün TƏHLÜKƏSİ
- Hibrid "Moskviç” istehsal olunacaq
- Real həyatda olmasa da, aya 10 min qazanır - Fotolar
- Ajda Pekkan bu serialda rol alacaq
- Naxçıvanda komanda-qərargah təlimi keçirilib - VİDEO
- Elariz: Toydan sonra Bakıya gəlmək istədim, amma... - Video
- Hüseyn Həsənov yaşlı kişidən limon alıb 100 dollar verdi - VİDEO
- Rus ordusu daha bir kəndi işğal etdi
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Hindistanın Baş naziri qırıcı təyyarə ilə səmaya qalxdı
- Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr qurulub
- Pakistanda ticarət mərkəzində yanğın olub, 11 nəfər ölüb
- Sumqayıtda anasının imtina etdiyi körpə xəstəxanada ölüb
- Avropada koronavirusa yoluxma və ölüm halları azalıb
- Soyuqda smartfonunuzun donmasının SƏBƏBLƏRİ VƏ HƏLLƏRİ
- AZAL rekord sayda endirimli aviabiletlər satışa çıxarıb
- Orban: "ABŞ demokratları öz maraqlarını bəşəri dəyərlər kimi təqdim edirlər"
- Seren Serengil Hadisəyə görə 2 il 11 ay həbs oluna bilər
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi