Qərənfil Əhmədova məsüliyyətdən yayına biləcəkmi?
15-12-2020, 14:44
175

Qərənfil Əhmədova məsüliyyətdən yayına biləcəkmi?

Ulu Öndər Heydər Əliyev demişdir, “Təhsil millətin gələcəyidir”. Yəni, gələcəyi olan millətin taleyi onun təhsilindən aslıdır.

“Od olmayan yerdən tüstü çıxmaz” deyib atalarımız. Bəli, məsələlər və misallar baş verən son hadisələrə uyğun çəkilib desək yanılmarıq. Yenidən söhbət açacağımız mövzü igidlər diyarı olan Cəlilabad rayonundandır. Unutmaq olmaz ki, vətən müharibəsində cəlilabadlı qəhrəmanlar tarix yazdı. Əlbətdə ki, tarixi qələbəmizdə cəlilabadlıların müstəsna xidmətləri hər zaman xatırlanacaq. Allah bütün şəhidlərimizə rəhmət etsin…

Keçək mətləbə. Cəlilabad sakinləri məmur fironluğundan və haqsızlıqlardan hər zaman gileyli olduqları barədə məlumat vermişdik. Bir sözlə, başçı sarıdan bəxti gətirməyən cəlilabadləların son ümüdləri məhz prezident cənab İlham Əliyev olub. Onu da nəzərinizə çatdıraq ki, rayonlarda və şəhərlərdə baş verən xoşagəlməz hadisələr məsüliyyətsizliyin nəticəsidir. Rayonlarda özlərini padşah kimi hiss edən hegamon məmurların amalı narazı kütlə yaratmaqdır.

Digər tərəfdən həmən məmurlar onlara həvalə olunan vəzifədən şəxsi maraqlar üçün istifadə edir. Bir mənalı olaraq bunu qəbul etməliyik. Fakt budur ki, qeyd olunan nöqsanlar bir başa rayon rəhbərlərinin “dabrosundan” sonra həyata keçirilir. Dövlət Təhlükəsizlik Xidmətinin(DTX) əməkdaşları tərəfindən keçirilən bütün uğurlu əməliyyatlar sübüt edir ki, ölkə başçısı cənab İlham Əliyevin etibar etdiyi kadrlar heç də etibarlı deyil. Son günlər gündəmi zəbt edən edən ən çox qalmaqalı məsələ Cəlilabad RİH başçısı Namiq Zeynalovun həbs məsələsidir.

Dosye.org olaraq dəfələrlə qeyd etmişik ki, Cəlilabad rayonunda rüşvət tuğyan edir, icra başçısı açıq şəkildə idarə və müəssisə rəhbərlərindən rüşvət tələb edir. Rayon təhsili icra başçısı və TŞ-nin müdiri tərəfindən iflic vəziyyətə salınıb. Bu barədə kifayət qədər məlumatlar dərc edildi və aidiyyətli qurumlara ünvanlandı. Dərc edilən məlumatlar araşdırılmağ əvəzinə, Cəlilabad RTŞ müdiri Qərənfil Əhmədova tərəfindən hədələndik. Hədələr ard-arda dolayısı yollarla bizə ünvanlandı. Q. Əhmədova və hazırda həbsdə olan N. Zeynalov tərəfindən bizi susdurmaq üçün bütün vasitələrə əl atıldı. Mənasız və gülünc iddialar əməkdaşlarımızı durdurmağa kifayət etmədi.

Lakin zaman sübüt etdi ki, sözügedən rayonda rüşvət və korrupsiya rayon rəhbərliyin təlimatına uyğun həyata keçirilib. Biz qeyd edirdik ki, rayon təhsili bir başa bazar qanunları ilə idarə olunur. Orta məktəb direktorlarından aylıq tələb edən Qərənfil Əhmədova deyildimi? “Toplanan vəsaitlərin bir qismi icra başçısına ötürülür” söyləyən Qərənfil müəllimə bu günü düşünürdümü? Cənab prezidentin Cəlilabad rayonuna səfər ərəfəsində işlər planlaşdıran və bunun muqabilində müəllimlərdən rüşvət tələb edən təhsil şefi sonradan sözünü nə üçün dandı?

Başçının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova bəzi saytlara mövqe göndərərək dərc etdiyimiz faktları şər və böhtan adlandırdı. Sual yaranır. Hörmətli Elnarə xanım, sizin “cənab başçı” dediyiniz N. Zeynalovun həbs xəbəri sizi təəcübləndirmədi? Axı, başçınız haqqında tənqidi məqalələrə görə bizləri böhtançı adlandırmışdınız…

DOSYE.ORG

Maraqlı məqam ondan ibarətdir ki, yerli məmurlar tanınmış simaların yaxınları kimi özlərini təqdim edir

Oxşar xəbərlər

Cəlilabad təhsilində rəzalət: ŞİKAYƏT VAR
Cəlilabadda şıdırğı pul yığımı... - İTTİHAM
"Rövşən Bağırovu nə vaxt cəzalandıracaqlar?" - Lerikdə NARAZILIQ
"Bu zəfər Azərbaycanda uyuyan türk şəhidlərinin ruhunu şad edir" - İlham Əliyev
“Şəhid valideynlərinə təşəkkür edirəm ki, belə igidlər yetişdiriblər” - İlham Əliyev
Fəxrəddin Manafov əsgərlərə məktub yazdı: “Sizin haqqınızda kinolar çəkiləcək“
Bu şəhər və rayonlarda sərt karantin rejimi uzadıldı
Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcək
Prezident icra başçısını işdən çıxardı
Azərbaycan şəhidlərinin tam siyahısı açıqlandı – Rəsmi
Xalq şairi Əli Həsənovu "TOPA TUTDU" - "Onun Fətullah Gülənlə əlaqələrinin olması..."
İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana MƏKTUB
"Müzəffər öndərimiz İlham Əliyev Azərbaycanın gücünü bütün dünyaya sübut etdi"
Bu gün saat 12-də şəhidlərin xatirəsi anılacaq
“Onlar bizim qəlbimizdə daim yaşayacaq“ - Mehriban Əliyeva
Bu cür məmurları azad edilmiş Kəlbəcərimizə yaxın buraxmaq olmaz... - İTTİHAM
İcra başçısı həbs olunan rayonun məmuru intihar etdi
Qazaxıstan səfiri Azərbaycan xalqını təbrik etdi
Zərdab və Lerikdə də əməliyyat baş tuta bilər... - İLGİNC İDDİA
“Ölü olsaydım, bu gün dirilərdim“ - Sabiq deputat
İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA
İlham Əliyev Ərdoğana təşəkkür etdi
Prezident ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Tanınmış diplomat Daşqın Şikarov Mehriban Əliyevanı təbrik etdi
Heydər Əliyevlə çoban Xanışın dostluğu - Videotəqdimat
Prezident və birinci xanım Fəxri xiyabanda və Şəhidlər xiyabanında
"Özəl kanallarımız harda mənəviyyatı pozuq adamlar varsa, onları efirə çıxarır və..."
Milli mətbuatın yaranmasından 145 il ötür
Sabiq polis polkovnikindən Prezidentə müraciət: “Qarabağın hər qarışına bələdəm, istənilən tapşırığınızı yerinə yetirməyə hazıram!”
“Ermənistanın canlı qüvvə itkiləri bizdəkindən qat-qat çoxdur” - Siyasi şərhçi