Rektor korrupsioner kollec direktorunu himayə edir
16-12-2020, 13:38
108

Rektor korrupsioner kollec direktorunu himayə edir

Bu yaxınlarda “Aktualxeber.az” saytında dərc edilən “Deputatının qardaşının korrupsiya əməlləri tükənmir“ sərlöhvəli yazıda millət vəkili Əhliman Əmiraslanovun qardaşı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Bakı Humanitar Kollecinin direktoru Vaqif Əmiraslanovun cinayət tərkibli əməlləri haqqında məlumat vermişdik.
Belə ki, iki il əvvəl Nazirlər Kabinetinin qərarına əsasən Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə birləşdirildi. Əvvəllər Bakı Sosial Pedaqoji Kollecinə, sonradan isə birləşmiş müəssisəyə — Bakı Humanitar Kollecinə rəhbərlik edən Vaqif Əmiraslanovun korrupsiyaya əsaslanan iş metodu isə dəyişmədi ki, dəyişmədi. Ümumiyyətlə V.Əmiraslanovun qanunsuz əməlləri haqqında mətbuat səhifələrində tez-tez tutarlı faktlarla xəbərlər dolaşsa da hələ də deputat qardaşının qanadı altında olması onun layiqli cəza almasına imkan vermir.
Bu günlərdə Vaqif Əmiraslanov ənənəsinə sadiq qalaraq yeni bir qalmaqala imza atıb. Kolleclər birləşəndən sonra V.Əmiraslanov 40-dək şəxsdən onları rəhbərlik etdiyi kollecdə müəllim və şöbə müdiri vəzifəsinə təyin edəcəyinə söz verərək 5000-20000 manat məbləğində rüşvət alıb. Həmin şəxslərə güya onları əvvəlcə laborant kimi işə götürərək, sonradan müəllim və ya digər vəzifələrə təyin edəcəyinə söz verib. Bir müddət sonra bu şəxslərin bəziləri həqiqətən müəllim və ya şöbə müdiri vəzifələrini icra etməyə başlayıblar. Lakin sonradan adi bir təsadüf əsl həqiqəti üzə çıxarıb. Belə ki, işçilərdən biri hansısa mağazadan kreditə nəsə almaq istəyəndə vəzifəsinin müəllim deyil, xadimə olduğunu aşkara çıxarıb. Bundan xəbər tutan digərləri də yoxlama apararaq onların da kollecdə rəsmi olaraq xadimə və ya texniki işçi vəzifəsində işlədiklərini öyrəniblər. Qeyd edək ki, kolleclərin direktorlarının işə yalnız xadimə və ya texniki işçi götürməyə səlahiyyətləri var. Müəllimlər və ya digər vəzifələrdə işləmək istəyənlər yalnız dövlət səviyyəsində keçirilən imtahanlarla seçilirlər. Bu xəbər Mədəniyyət və İnsəcənət Universitetinin rektoru Ceyran Mahmudovaya da çatıb. O da öz növbəsində V.Əmiraslanova bu problemi dekabr ayının sonuna qədər yoluna qoymağı tapşırıb. Artıq V.Əmiraslanovun bəzi şəxslərin pullarını qismən qaytardığı, digərlərindən isə vaxt aldığı deyilir.
Əldə etdiyimiz yeni məlumata görə, C.Mahmudovanın V.Əmiraslanovu güya vəzifəsindən azad etməsi bildirilir. C.Mahmudova bununla V.Əmiraslanovun aldatdığı şəxslərin əsəblərinin soyumasına, həm də öz adının belə qanunsuz əməllərdə çəkilməsinin qarşısını almağa çalışır. Çünki görkəmli bəstəkarımız Emin Sabitoğlunun yeganə qızı olan sənətşünaslıq doktoru, professor C.Mahmudova həm musiqişünas alim, həm də pedoqoq kimi cəmiyyətdə böyük nüfuza malikdir. Lakin həqiqətdə isə C.Mahmudova heç kəsi işdən azad etməyib, V.Əmiraslanova bir müddət gözə görünməməyi tapşırıb. Hazırda isə Mədəniyyət və İncəsənət Universtetinin rektoru V.Əmiraslanovun müəllim vəzifəsinə təyin etmək adı ilə rüşvət alaraq “xadimə” vəzifəsinə işə götürdüyü şəxslərlə danışırlar aparıb məsələnin böyüməməsinə çalışdığı bildirilir.
Qeyd edək ki, V. Əmiraslanov əslində bu çirkli pulları oğlunun killi-miqdarda olan borcunu qaytarmaq üçün alır. Belə ki, bu ilin avqust ayında onun oğlu ilə bağlı Baş Prokurorluqdan məlumat yayıldı. Bilıdirilirdi ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Emil Əmiraslanov barəsində Cinayət Məcəlləsinin bir neçə maddələri ilə cinayət işi istintaq olunurdu. KİV-lərin yazdığına görə Emil Əmiraslanovun barəsində bir müddət əvvəl vətəndaş Tamella Fərzəliyeva tərəfindən də şikayət olunub. Şikayətçi bildirib ki, Emil ondan 115.250 manat civarında qızıl-zinət əşyaları götürüb və qaytarmayıb.
Movzunu nəzarətdə saxlayırıq və qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Oxşar xəbərlər

Deputatının qardaşının korrupsiya əməlləri tükənmir
Millət vəkilinin qardaşı Vaqif Əmiraslanov həbs edilə bilər
Deputatın qardaşı oğluna cinayət işi açıldı
Bakı bu ölkədəki diplomatlarını geri çağırıb? - Rəsmi
Speys TV-yə "kino çəkilişi adıyla toy" şoku - Açıqlama
Nazir Siyavuş Novruzovun qardaşının vəzifəsini KİÇİLTDİ
“Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - Vaqif Dərgahlı
Daha bir şirkət rəhbərinin korrupsiya əməlləri İFŞA EDİLDİ
Mehdiyevin kürəkəninin xalası oğlu və həyat yoldaşı vəzifəyə necə TƏYİN EDİLİB?
144 saylı məktəbdə əsgərə yardım adı altında pul yığılır
“Vaqif Hüseynovun və Vəzirovun qapısı ağzında “yatanlar” üzə çıxarılacaq”
Dərman qutusu olmayan sürücülər cərimələnəcək? - AÇIQLAMA
"Düşmən Daşkəsəni atəşə tutur" - Vaqif Dərgahlı
Anar Kərimov onu direktor müavini TƏYİN ETDİ
144 saylı məktəbin direktoru müəllimləri yalana məcbur edir-VİDEO
Liseylərə elektron qeydiyyat başa çatıb
Ermənistan ordusunun polkovniki MƏHV EDİLDİ
Bakı Baza Tibb Kolleci "GÜL VURUR"... - 3-4 aylıq MMC-lərlə işbirliyini davam etdirir
Təranə Qumralın qardaşının qızından AÇIQ-SAÇIQ FOTOLAR
Sumqayıtda kollec direktoru Mətanət  Pirquliyeva ilə institut direktoru Raya Nəcəfovanın problemi…-Hüquq alimi İsa Nəcəfov qohumlarının problemini həll edə biləcəkmi ?
Qulinin varisi olan qardaşı: - kompromisə meylli, amma..
Rektordan Nazirlər Kabinetinin qərarına hörmətsizlik - İLGİNC FAKT
Sürücülərə 10 manat cərimə xəbərdarlığı
““Space” Azərbaycan xalqı üçün böyük bir ləkədir“ - Kamran Həsənli
Ermənilər təcili yardım maşınları ilə silah daşımaq istədi – Gürcüstandan qadağa
Liseylərə qəbulla bağlı nəticələr açıqlandı
Tahir İmanov “Space” TV-yə rəhbər gətirilir? - AÇIQLAMA
AzTU Elmi Şurasının növbədənkənar iclası keçirilib
Bakı Baş Gömrük İdarəsinin rəisi sahibkardan rüşvət istəyir? - Kənan Məmmədovla bağlı Prezidentə müraciət
"PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir" - Vaqif Dərgahlı