Ən axsaq yerimiz səhiyyə sistemidir - NƏ VAXTA QƏDƏR...
19-12-2020, 12:53
66

Ən axsaq yerimiz səhiyyə sistemidir - NƏ VAXTA QƏDƏR...

“Ölkədə rəqəmsallaşmanın ən zəif getdiyi sahələrdən biri səhiyyə sistemidir. Qəribəsi odur ki, ölkə üzrə hələ də vahid bir tibbi platforma, bütün maraqlı tərəfləri özündə birləşdirən - Rəqəmsal Milli Səhiyyə Platforması ortada yoxdur. Hansı ki, hər bir xəstə haqqında müxtəlif tibb müəssisələrindən daxil olan məlumatlar burada cəmləşməliydi”.

Bu sözləri “Şərq”ə açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, belə bir sistem formalaşdırılsa vətəndaşlar daha rahat, elektron formada həkim qəbuluna yazıla bilərdi və bütün tibb xidmətləri daha əlçatan olardı: “Burada hər bir vətəndaş haqqında uzun illər toplanan informasiya əsasında həkimlər daha düzgün qərarlar verə bilərdi.

Toplanan dataları analiz etməklə daha effektiv həllər təqdim etmək olar. Bu platformanın apteklərə inteqrasiyası ilə elektron reseptlər sistemini işə salmaq olar. Bununla da xəstələrin bütün dinamikası izlənilə bilər. Lakin təəssüf ki, cavabdeh şəxslər uzun illər keçməsinə baxmayaraq bunu hazır etməyiblər. Səhiyyənin elektronlaşmasına ayrılan ictimai resursların əhəmiyyəti indiki çətin durumda gözə dəymir”.

O.Gündüz qeyd edib ki, bütün bunlara ilk növbədə Səhiyyə Nazirliyi və həmçinin TƏBİB cavabdehlik daşıyır:

“Səhiyyə sistemində rəqəmsallaşmaya və e-xidmətlərə dövlət nəzarəti zəif təşkil olunub. Vətəndaşlar ən elementar tibbi məlumatları, pulsuz xidmətlər və dərmanları haqqında, hansı həkimi və ya poliklinikanı seçə biləcəyi haqqında bilgiləri və ictimai əhəmiyyət kəsb edən tibbi xidmətləri rəqəmsal formada əldə edə bilmirlər. Xüsusən də, indiki anda vətəndaşa “COVİD-19”-la bağlı kömək ola biləcək, yoluxmuş vətəndaşlara düzgün qərarlar qəbul etməsi üçün yardımçı ola biləcək güvənli informasiyalar əlçatan deyil. Bununla belə, ölkədə eGov sahəsində cavabdeh qurum olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin də bu sahədə fəaliyyətini qənaətbəxş hesab etmək olmaz. Əgər Vətəndaş Cəmiyyəti xəstəxanalarda boş yerlərə onlayn ictimai nəzarət edə bilmirsə, dərmanların hərəkətinə nəzarət imkanı yoxdursa, bunun məsuliyyəti həm də eGov Mərkəzindədir. Görəsən, indiki çətin dönəmdə neçə nəfər SN və TƏBİB-in elektron xidmətindən istifadə edib? VXSİ Dövlət Agentliyi səhiyyə xidmətlərini monitorinq edibmi? Vətəndaş Cəmiyyəti üçün ictimai nəzarət imkanları yaradılmalıdır. Tibb sahəsinin ən elementar, ən klassik xidməti olan xəstəxanalarda elektron növbə sistemi yoxdursa, buna həm də eGov Mərkəzi diqqət yetirməli idi”.

O.Gündüz əlavə edib ki, səhiyyə sahəsi bəlkə də yeganə ictimai əhəmiyyət kəsb edən sahələrdən biridir ki, bir dəfə də olsun e-xidmətlərlə bağlı ictimai bir müzakirəyə rast gəlməyib.

Düşünürəm ki, eGov Mərkəzi Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə səhiyyə sistemində mövcud informasiya resurslarının auditini aparmalı, inteqrasiya imkanları müəyyən olunmalıdır. Dərhal rəqəmsallaşmaya start verilməlidir. Ən elementar tibb xidmətləri tez bir zamanda rəqəmsallaşdırılmalı və məlumatlar əlçatan edilməlidir. Əminəm ki, səhiyyə sistemində mövcud sistem və resursları rəqəmsallaşdırmaqla, dövlət nəzarətini gücləndirmək və ictimai nəzarət imkanları yaratmaqla COVİD-19-la daha effektiv mübarizə aparmaq mümkün olacaq”.

Oxşar xəbərlər

Bundan sonra ayda cəmi bir dəfə onlayn sifariş verə bilərik
"Ölkədə belə bir qanun yoxdursa, bu o demək deyil ki, xəstənin şikayətinə baxılmamalıdır” - deputat
“Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında” qanun layihəsi müzakirədən çıxarılıb
ÜST Azərbaycana 1 milyon tibbi maska göndərib
“Bir ölkədə iki səhiyyə nazirliyi ola bilməz”...
Koronavirusla bağlı əsas tövsiyələr
Karantin sərtliyi geri qaytarılmalıdır - Diqqət, TƏHLÜKƏ!
Hüquqi sənəddə adı olmayan şəxs milli təhlükəsizliklə əlaqəli sahəni necə tənzimləyə bilir?
Zığdakı modul tipli xəstəxana KORONAVİRUSA RƏVAC VERİR... - GİLEY
6500-dən çox şəxs əsassız olaraq əlillik müavinəti alırmış
Koronavirusdan ölüm sayı niyə artır? - AÇIQLAMA
Evdə müalicə alan 3500-dən artıq COVID-19 xəstəsi pulsuz dərmanlarla təmin olunub
Baş infeksionistdən əhaliyə MÜRACİƏT
Pandemiya ilə mübarizədə iştirak edən tibb işçilərinə avqust ayı üzrə müddətli əlavələr ödənilib
Səhiyyə Nazirliyi vətəndaşlara müraciət etdi
Ermənistanda tullantıların çaylara axıdılması Azərbaycan üçün ciddi təhlükə mənbəyidir - AÇIQLAMA
Nazirlik buralara müdaxilə etməlidir - İTTİHAM
Bura tibb ocağıdır, yoxsa XƏSTƏLİK MƏNBƏYİ? - FOTOFAKT
“Səhiyyə sistemi çöküb, dərman sektorunda vəziyyət gərgindir” - Həkimdən koronavirus açıqlaması
Qeydiyyatda olmayanların DİQQƏTİNƏ: Şəxsiyyət vəsiqəsini belə alacaqsınız - RƏSMİ
Repetitorlar VÖEN almaq üçün nə etməlidirlər?
Karantin rejimi uzadılacaq - Prezident açıqladı
Azərbaycana ağır koronavirus xəstələri üçün oksigen konsentratorları gətirilib
Dövlət xəstəxanalarında “özəl qiymətlər”: - Travmatologiya İnstitutu rentgenə niyə pul alır?
Ermənistan Azərbaycana təkcə döyüş meydanında uduzmayıb - Armen Sarkisyan
Peyvənd olunmaq istəyən şəxslərin NƏZƏRİNƏ
Gömrük limiti qüvvəyə minir - Bahalaşma olacaq
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqi genişləndirilir - FƏRMAN
Səhiyyə Nazirliyinin baş nevroloqu vəfat etdi
“Belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz“ - İlham Əliyev