Qorxmaz Hüseynovun qardaşı vətəndaşı külli miqdarda borca salıb
6-01-2021, 15:37
73

Qorxmaz Hüseynovun qardaşı vətəndaşı külli miqdarda borca salıb

SOCAR-ın Neft Kəmərləri İdarəsinin Satınalmalar şöbəsinin müdiri, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı Behbud Hüseynovla vətəndaşı aldatması, onun etibarından sui-istifadə etməsi barədə məlumat vermişdik.

Nəsibov İlqar Əşrəf oğlu adlı vətəndaşı çıxılmaz duruma salan ASC sədrinin qardaşı dəfələrlə müvafiq qurumlara müraciət etsə və məsələni ictimailəşdirsə də, heç bir tədbir görülmür.

Bu sözləri TİA.az-a açıqlamasında paytaxt sakini İlqar Nəsibovun özü bildirib.

Bir daha bildirmək istəyirəm ki, Behbud Hüseynov məni aldadıb və qardaşının nüfuzundan istifadə edərək, bizim müraciətlərimizi geri çevirir:

“Behbud Hüseynov qardaşının rəhbəri olduğu “Azərsu”nun elektron sayğaclarının batareyasını gətirsək, ikiqat gəlir əldə edəcəyimizə bağlı mənə vəd verdi. Hətta bununla bağlı Çin bazarını araşdırdığını, qardaşından da xeyir-dua aldığını söylədiklərinə əlavə etdi. Bildirəndə ki, mənim sərmayə qoymağa vəsaitim yoxdur, o halda daha bir təkliflə çıxış etdi. Bildirdi ki, əgər ortaq tapsan, gəliri üç hissəyə də bölə bilərik. Maddi vəziyyətim aşağı olduğuna görə, bu təkliflə razılaşdım və digər dostumu da işə qatdım”.

Şikayət müəllifi iddia edir ki, həngamə də elə bundan sonra başlayıb: “Baxmayaraq ki, o hadisənin üzərindən dörd il ötüb, heç bir gəlir əldə etməmişəm. Ortaq dostumun davamlı təkidindən sonra ona çatan pulu hissə-hissə qaytarsa da, mənə çatacaq 35 mini qaytarmır. Bu səbəbdən hazırda yaşadığım mənzil bankda kreditdədir. Dəfələrlə bu barədə Behbud Hüseynova və qardaşı Qorxmaz Hüseynova rəsmi müraciət etsəm də, müxtəlif bəhanələr gətirilib.

Bu ilin avqust ayında Qorxmaz Hüseynovun müavini Elman Məmmədov məni qəbul edib müxtəlif vədlər verib. Bir həftə sonra isə açıq şəkildə məni təhdid etdi. Şikayətimi geri götürməyəcəyim təqdirdə başıma oyun açacağını bildirdi”.

İlqar Nəsibovun sözlərinə görə, “Azərsu” rəsmi müraciətinə etinasız yanaşır: “Bildirdilər ki, bu onların səlahiyyətinə aid məsələ deyil. Amma əslində isə birbaşa əlaqəsi var. Çünki Behbud qardaşının “Azərsu”da rəhbər olmasını və məhz onun dəstəyilə elektron su sayğaclarının batareyalarını satacağımızı bildirib. Yox əgər yalan danışıbsa, bu dələduzluqdur. Bu halda da “Azərsu” məsələyə rəsmi münasibət bildirməlidir. Onlar müraciətə cavabında qeyd edirlər ki, guya mənim iştirakımla araşdırma aparılıb. Lakin mənim iştirakım olmayıb.

Bütün bunlar göstərir ki, Behbud Hüseynov qardaşına güvənərək, məni və ailəmi bədbəxt edir. Dərdimizi deməyə adam tapmırıq. Bundan öncə isə “Təhsil evi” Tədris Mərkəzini ortaq işlətsək də, oradan da heç bir gəlirim olmayıb. Tədris Mərkəzinin fəaliyyəti ilə bağlı təkidlə hesabat tələb edəndə mənə “qara kassa” təqdim olunub və o zaman bəlli olub ki, Mərkəzin 300 min AZN-dən artıq dövriyyəsi var. Bu qədər dövriyyəyə baxmayaraq, mənə heç nə çatmayıb. Hər dəfə digər ortaq direktorla bir araya gələrək bəhanə gətirib ki, guya heç bir gəlir yoxdur”.

Şikayətçi bildirir ki, yaxın günlərdə mətbuat konfransı keçirəcək və bütün qaranlıq məsələlərə aydınlıq gətirəcək.

Oxşar xəbərlər

Qorxmaz Hüseynovun qardaşı bir ailəni necə bədbəxt edib?!
"Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)
SOCAR və AZƏRSU-ya xüsusi geyim hazırlayan ALYANS TEKSTİL şirkəti kimindir ?
“Azərsu”-nun korrupsioner Mingəçevir rəisi bu dəfə Prezidentə qarşı: SAHİBKARLAR ŞƏHƏRİ TƏRK EDİRLƏR
Gundelik-baku-com dövlətlə vətəndaş arasında uçurumun olmasını istəmir-Qorxmaz Hüseynova  səmimi müraciət
Toy mərasimi keçirilən restoran hansı məmura məxsus olub?
Tovuz rayon su kanal idarəsinin rəisi Darvin Hüseynovun “mütərəqqi” korrupsiya üsulu
ƏLİ HƏSƏNOVUN SAĞ ƏLİ FƏRMAYIL VƏLİYEV AZƏRSUDA YÜKSƏK VƏZİFƏYƏ HAZIRLAŞIR
Xızıda  “Azərsu”  problemi… -Mühəndis neqativ halı inkar edib
Təranə Qumralın qardaşının qızından AÇIQ-SAÇIQ FOTOLAR
Xudayarın son sözləri: “Şəhidlik zirvəsinə də gülə-gülə yüksələcəyəm” - VİDEO
Şəkidə yaşadığı ünvanı tərk edən daha bir COVİD-19 xəstəsi barədə araşdırmalara başlanılıb
İstefa verən məmur: “Qardaşım məni el arasında biabır etdi”
“Azərsu” rəhbərinin oğlunun hektarlarla badam bağları üzə çıxdı – Foto
Tovuzda iki körpə uşaqlı ailə dörd aydır susuz qalıb
SOCAR-da qruplar arası savaş - Vasif Əmirov vitse prezidentlik yolunda...
Mehman bu gün əməliyyat olunacaq
“Yad kişi telefonu aldı, arvadımla yataqda olduğunu dedi” – Şok təfərrüat
Əli Həsənovun qardaşı İsa Həsənov da aradan çıxır…-Ölkədən qaçmağa hazırlaşır?
Qorxmaz Təhməzli vəzifəyə təyin olunandan biznes gəlirləri artıb - FAKT
Narazı vətəndaşın ümidi nazirə qalıb... - GİLEY
Qonşu qızını təhqir etdi, qardaşı onun qanını tökdü - Bakıda olay
Ramiz Rzayevin gömrükdəki rəis qardaşı haqda sensasion iddia - NARAZILIQ!
“Zirə”nin şəhid futbolçusu medalla təltif olundu
Əli Həsənovun qardaşı da işdən çıxarıldı
Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular: Biri şəhid, digəri qazi
Ramiz Mehdiyevin işlər müdirinin adı böyük dələduzluq işində - İLGİNC
İsmayıllının icra başçısından özbaşınalıq... - Sahibkar Prezidentə müraciət etdi
Diplomatlarla daşınan pullar kimlərin seyfindədir? - Ramiz Həsənov nəyi və niyə təkzib edir?..
Mənsum İbrahimov şəhid olan qardaşı oğlundan DANIŞDI: - “Dedi ki, ölsəm, heç kim ağlamasın“