“Sobsan Boya”  və  Səhiyyə naziri   Oqtay  Şirəliyevin şərikli biznesi-“Sobsan Boya” fabrikində ÖZBAŞINALIQ
29-03-2021, 10:47
202

“Sobsan Boya” və Səhiyyə naziri Oqtay Şirəliyevin şərikli biznesi-“Sobsan Boya” fabrikində ÖZBAŞINALIQ

“Sobsan Boya” Azərbaycanın ilk  boya fabrikidir.
Şirkət  Qafqaz regionunun ən böyük boya və boya xammalı fabrikidir. Şirkətdə  500-dən çox işçi çalışır. 
Bir neçə il əvvəl  fabrikdə baş verən yanğın  cəmiyyətdə xeyli suallar doğurdu. 
Yanğın o dərəcədə  böyük oldu ki, FHN-nin 30 yanğınsöndürən maşını  yanğını  söndürə bilmirdi. 
Yanğından sonra xeyli suallar ortaya çıxdı. Bəlli oldu ki, şirkət illər uzunu zərərli kimyəvi  maddələri  Bakıdakı su mənbələrinə, göllərə axıdırmış. Bunun nə demək olduğunu şərh etməyə ehtiyac  yoxdur. Yəni “Sobsan Boya”  ətraf mühit üçün  ziyanlı olan  xeyli kimyəvi maddələri  su hövzələrinə axıdıb. 
Ümumiyyətlə, bu şirkətin adı çox neqativ məsələlərdə hallanır. Belə ki, “Sobsan Boya” şirkəti  Şamaxıda onlarla vətəndaşı aldadaraq  onlara məxsus torpaqları saxta sənədlərlə mənimsəyib. Hətta vəfat etmiş şəxslərin adına olan torpaqları da şirkət ələ keçirib. 
Hətta şirkətin rəhbərliyi vətəndaşlara hədə-qorxu gəlir, biz  “yuxarıların adamıyıq” deyib, özlərini belə qələmə verirlər. 
Bir sözlə, “Sobsan Boya”  Azərbaycan qanunlarına  məhəl qoymur. 
Bütün bunlar azmış kimi  “Sobsan Boya”nın sexlərində, laboratoriyalarında  elə “qatqılar” olur ki, ( 12 kq- 6 kq ? ) bununla mütləq xüsusi xidmət orqanları məşğul olmalıdır. 
İndi isə  “Sobsan Boya”nın  instituta  direktor  təyin etmək məsələsinə nəzər salaq. 
Bəli, “Sobsan Boya”nın şefi  Səhiyyə naziri  Oqtay Şirəliyevlə bazarlıq edərək  Dadaşova Gülnaz Mahir qızını  Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru  vəzifəsinə təyin etdirib. 
Bəli, artıq  “Sobsan Boya”  səhiyyəmizə  sponsorluq  edir. 
Gülnaz  Dadaşova ”Sobsan Boya” şirkətinin rəhbəri olan Cavid Səbzəliyevin əmisi qızıdır. Bu da hamısı deyil. 

Qeyd edək ki,”Sobsan Boya” şirkətinin rəhbərlərindən biri də Zöhrab Səbzəliyevdir.
Cənab  nazir  Oqtay Şirəliyevin yeni qudası da “Sobsan Boya” şirkətinin əsas payçılarından, şəriklərindən biridir. 
Bu barədə  növbəti yazımızda.

Oxşar xəbərlər

“SOBSAN”  boyanın 12 milyona ehtiyacı yoxdur…- Bəs nə üçün fabrik yanğın zamanı zərəçəkənin kompensasiyasını vermir ?
"Yalandan bəhanələr gətirir..." - GİLEY
2021-ci ilin dəbdə olacaq rəngi elan edildi
Mədəniyyət İdarəsi qeyri-adi istedad “kəşf” etdi - FOTO
Tərxis olunmasına bir neçə gün qalmış şəhid olan əsgər - VİDEO
"İlham Əliyev başda olmaqla, Azərbaycan Ordusuna təşəkkür edirik"
"Şuşa mənim qəlbim və nəfəsimdir"
"Oğlum şəhid olan günü onu yuxumda gördüm" - Şəhid anası (VİDEO)
“Ağdam alınsın - təbii ki, ilk arzum qardaşımın məzarını ziyarət etməkdir...”
Azərbaycanlı rəssamın əsəri Ərdoğana hədiyyə edildi - FOTO
İstanbulda fabrikdə güclü yanğın - Fotolar
Həyat yoldaşının ad günündə evinə şəhid kimi dönən igidimiz (VİDEO)
Azercell  indi  də aylıq  abunəçilərə “kontur atır”-  Şirkət  müştərilərini məhkəmə ilə hədələyir
Xətaidə çoxmərtəbəli binada yanğın oldu
Tovuz şəhidi ilə vidalaşır - Yenilənib - Foto, Video
Qazi: "Vətən müharibəsi yaralanmağımdan 9 saat sonra qələbəylə bitti"
Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - VİDEO
Lənkəranda iki uşaq faciəli şəkildə öldü
Bakıda beşmərtəbəli binada yanğın oldu
Şuşada beşmərtəbəli binada yanğın oldu
Bakıda beşmərtəbəli binada yanğın oldu
Şabranda yanğın nəticəsində 3 nəfər yaralandı
“EuroHome”dakı yanğının təfərrüatları məlum oldu
Bakıda YANĞIN - Xəsarət alanlar var
Fazil Məmmədovun yaxın adamı Londonda şirkət açıb? – SƏNƏDLƏR
Koronavirus alman şirkətini “vurdu“ - 29 min adam işdən çıxarılır
Yasamalda yaşayış binasında yanğın baş verdi
İcra hakimiyyətindən yarım milyonluq müəmmalı tender: Eyni şəxsin iki şirkəti...
"Kontakt home"-la bağlı böyük qalmaqal: Şirkətə sanksiya tətbiq oluna bilər
Şabranda məktəb binasında YANĞIN