Bakı  “Yaşıllaşdırma Tresti”ndə  rüşvət və korrupsiya halları - “Trest”in Avtonəqliyyat İdarəsi niyə yanacağı ancaq İST- petroldan alır ?
31-03-2021, 10:41
244

Bakı “Yaşıllaşdırma Tresti”ndə rüşvət və korrupsiya halları - “Trest”in Avtonəqliyyat İdarəsi niyə yanacağı ancaq İST- petroldan alır ?

Bakıda  “Yaşıllaşdırma Təsərrüfatı Birliyi”  deyilən bir qurum var. Bəlkə də çoxlarına sıradan bir müəssisə kimi görünə bilər. Amma bu qurumun imkanları və əhatə dairəsi, inanın, heç bir nazirlikdən, yaxud komitədən az deyil. 
Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17 oktyabr 2005-ci il tarixli 272 saylı Sərəncamı ilə yaradılıb. 
Və 15 ildən çox Birliyin baş direktoru  Vaqif  Novruzov olub. Keçən il rəhmətə gedib, bir-iki ay onu Elşən müəllim ( soyadını dəqiqləşdirə bilmədik ) əvəz edib. Hazırda Birliyin baş direktoru  Həsrət Əmrahovdur. 
Yuxarıda əbəs yerə qeyd etmədik ki, Birliyin əhatə dairəsi hədsiz genişdir. Birlik istər keçmiş xarici ölkələrdən müxtəlif əkin materialları (tinglər, ot toxumları, gül toxumları, gül ştilləri), müxtəlif avadanlıqlar və texnikalar almaq səlahiyyətinə malikdir.
Birlik Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi və nəzarəti altında Bakı şəhərində və Abşeron yarımadasında yaşıllaşdırma və mövcud yaşıllıqlara qulluq işlərini mərkəzləşdirilmiş qaydada həyata keçirir. 
Birlik öhdəsinə düşən vəzifələri yerinə yetirmək üçün aşağıdakı müəssisə və təşkilatları öz tərkibində birləşdirir: "Yaşıllıqtikinti" Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsi, Ağac Bəzək Bitkiləri Sovxozu, Avtonəqliyyat idarəsi, Bitkilərin Mühafizəsi Stansiyası, Su quyularının İstismarı Təmiri xidməti idarəsi və s. 
Birliyin böyük Avtonəqliyyat idarəsi, yüzlərlə maşınları, parkları sulayan ayrıca maşınları var.
Təsəvvür edin ki, bu qurumda rüşvət və korrupsiya dəhşətli səviyyədədir. Vətəndaşlar quruma müraciət edib ki, həyətimizdə hündürlüyü 12-13 metr olan  qoca ağac var, çürüyüb, hər dəqiqə  aşa bilər, insanlar ölər, evlərin damına düşər və s. 
Bu birlik sakinləri  başından eləmək üçün vətəndaşlara deyib ki, Ekologiya nazirliyinə yazın icazə versin. Nəhayət Ekologiya nazirliyinin ekspertləri baxıb və rəy  verib ki, həqiqətən də ağac təhlükə mənbəyidir, kəsilməlidir. Ancaq Yaşıllaşdırma Təssərrüfat Birliyi gəlib ağacı kəsmir. Deyir ki, texnikamız yoxdur. Sakinlər müxtəlif yerlərə müraciət edəndən sonra Birliyin əməkdaşları sakinlərə deyib ki, ağır texnikanı bura gətirmək üçün 500 manat toplayın verin, gəlib ağacı kəsək.
İndi bildinizmi, bu Birliyin rəhbərliyi üçün insan ölümü, qəza, avariya əsas deyil, pul lazımdır.   
Digər məsələ odur ki, yuxarıda qeyd etdik ki, Birliyin yüzlərlə maşını, texnikası var ki, benzinlə, yanacaqla işləyirlər. Və maraqlısı odur ki, Birlik yanacağı ancaq İST Petrol-dan alır. Niyə ? Hansı maxinasiyalar baş verir ? 
Və digər problemlərlə bağlı növbəti yazıda. 
Bizi izləyin.

Oxşar xəbərlər

Eldar Əzizov paytaxtın bağ təsərrüfatından il ərzində nə qədər qazanır?
4 yaşlı “tender canavarı” “Bakı Şəhər İşığı”nda... - ARAŞDIRMA
Atatürk parkındakı ağaclar niyə kəsilir? - AÇIQLAMA (FOTO)
İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib
Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində iş görən kim, pul alan kimdir? - İTTİHAM
Eldar Əzizov Moskva Univermağında qızıl satan şəxsi əmisinin yerinə trest rəisi qoyub
Bakıda qanunsuz tikili və hasarlar sökülür - FOTOLAR
Xalid Ələkbərov Qüdrət Şükürovon adını və əməllərini hələ də yaşadır - “Lifttəmir”-də ŞÜBHƏLİ MƏQAMLAR
Bakıda maşınlar irigövdəli ağacın altında qaldı
Bakı meriyasının qurumu 1 milyon manatlıq texnika alır
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Əsgər Bəşirov cəbhədən icra başçısına müraciət etdi: - “Evimdə qaz, işıq yoxdur...”
Bakıda evsizlər üçün çadır sığınacaqlar quraşdırılır
Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
İcra başçısının koronavirusdan sağalan müavini dünyasını dəyişdi
Naftalan icra başçısı çətin durumda - Saxta arayış məsələsinə görə
Bakı merinin müavini İŞDƏN ÇIXARILDI
İcra başçısının həbs müddəti artırılır
İcra başçısına yeni müavin təyin edildi
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Qazaxda "qoçuluq " edən Akif Vəliyev Səlim Müslümovun yanına aparacaq yol göründü
İcra başçısının müavini koronavirusdan öldü
Bakıya xüsusi təyinatlı yeni texnikalar gətirilib - Fotolar
Bakı Dövlət Sirkinin keçmiş direktoru vəfat etdi
“Mümkünsüz kimi görünəni etdik“ - İlham Əliyev
Ağdamın icra başçısı ilə bağlı sərxoşluq iddiasına CAVAB
Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Ucarda tenderləri kimlər udur? - İLGİNC FAKTLAR
Ağstafanın icra başçısı  sarıdan bəxti gətirmir... -Məhərrəm getdi, Seymur gəldi, ancaq haman göl, haman qurbağa..