Manşet / Günün sitatı
3-04-2021, 07:00
202
Çamadanını götür, getmək vaxtıdır, Muxtar Babayev- Ekologiya nazirliyində ekoloqdan başqa hər ixtisas sahibi var.
Uzun illər nazir, komitə sədri, icra başçısı işləmiş yaşlı kadrları yeni, gənc kadrlarla əvəz etmək, kadr islahatları aparmaq cəmiyyətdən gələn sifariş idi.
Və bu dalğada xeyli sayda gənc nazir, komitə sədri, icra başçıları vəzifələrə təyin olundular.
Onlardan biri də Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevdir.
Məlumdur ki, ixtisasca tarix müəllimi olan Hüseynqulu Bağırov uzun illər ekologiya naziri işləyib. Onun dövründə meşələrə, yaşıllıqlara, bir sözlə, ölkəmizin flora və faunasına qarşı “yaşıl terror” törədilib.
Ona görə də Muxtar Babayev nazir təyin olunanda çoxları ümid edir ki, nəhayət ekologiyamız rahat nəfəs alacaq. Amma təəssüf ki, bu ümidlər özünü doğrultmadı.
Son günlər ərəb ovçularının dövlət qoruqlarında törətdiyi biabırçılıqlar bir daha göstərdi ki, Muxtar Babayev sələfi Hüseynquludan da zəif kadrdır.
Bəli, yeni nazir Muxtar Babayev düz 3 ildir ki, Əlini çıxardıb Vəlini qoymaqla, kadrları dəyiş-düyüş etməklə məşğuldur. Bu adama başa salan yoxdur ki, kadrları dəyişdirməklə iş bitmir, konkret işlər görmək lazımdır.
Axı, nə vaxtacan əcnəbilər meşələrimizi, qoruqlarımızı əyləncə, kef yerinə çevirəcəklər.
Muxtar Babayev, qoruqlarımız sizin üçün nazirliyin 28-dəki oteli deyil ee. Başa düşdünmü ?
Hüseynqulu Bağırovdan qalma qaydaları davam etdirmək islahat deyil.
Cənab Muxtar Babayev ! Kadrları dəyişirsən başa düşdük.
Axı, nə qədər ixtisası uyğun gəlməyən, metalçını, texnoloqu, müəllimi, idmançını ekoloq vəzifələrinə təyin edəcəksən ?
Axı, Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində konkret olaraq ekologiya ixtisası üzrə təhsil almış kadrlar var. Niyə onlardan birini vəzifəyə təyin etmirsən ?
Bu necə islahatdır ee.
Yenə meşələr qırılır, yenə taxta sexləri qoruqların hesabına işləyir, yenə meşələri kimlərsə zəbt edib obyekt işlədirlər, yenə çayları qurudub çınqılını Bakıya daşıyırlar, yenə meşələrdən qəribə qoxular gəlir, hətta meşələrdə zavallı heyvanlar da “peredoz”dan tələf olurlar.
Sözün qısası, sən etimadı doğrultmadın, cənab nazir!
Çamadanını götür, getmək vaxtıdır.