Əziz  Əzizovun Neftçaladakı  araq  sexləri, heyvandarlıq fermaları -Əziz Əzizovla Rafil Hüseynovun “iş birliyi”
6-04-2021, 17:16
406

Əziz Əzizovun Neftçaladakı araq sexləri, heyvandarlıq fermaları -Əziz Əzizovla Rafil Hüseynovun “iş birliyi”

Dövlət vətəndaşı “şalvarsız”  aparan polis kapitanını cəzalandırdı, indi növbə ata Rafil  Hüseynov və qaynata Əziz Əzizovundur  

Əziz  Əzizovun karyerası  Tramvay parkından başlayıb. 3 il parkda usta, vaqon bölməsində usta, sonra parkda təhlükəsizlik məsələlərinə baxan müfəttiş və s  vəzifələrdə çalışıb. Sonra bir neçə il  Nəqliyyat Departamentində işləyib. 
Və 1996-cı ildə tramvay-nəqliyyat  sahəsindən ayrılaraq  sahibkarlıq fəaliyyətinə baş vurub. İlk işi arpa-buğda satmaq olub. Həmin illər yenicə müstəqilliyin qazanan ölkəmiz üçün ciddi taxıl problemi var idi. Bundan istifadə edən Əziz Əzizov kimi sahibkarlar taxıl qıtlığının hesabına az vaxtda böyük pullar qazandılar. Düz 10 il arpa-buğda biznesi ilə məşğul olan Əziz Əzizov  2006-cı ildə Cəlilabad  Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildi. 
Təsəvvür edirsiniz,  bircə gün idarəçilik  təcrübəsi olmayan adam Cəlilabad kimi böyük bir rayona rəhbər təyin olunur. 
Və o gündən Cəlilabadın qara günləri başlayır. Hər şeyə arpa, buğda kimi baxan Əziz Əzizov rayonun münbit torpaqlarını ələ keçirir, sovet dövründən qalma üzüm plantasiyalarını yaxınlarının adına özəlləşdirir. Az vaxtda Əziz Əzizovun üzüm sahələri bar verir və rayonda  icra başçısının araq sexləri işə düşür. Həmin dövrün canlı şahidləri deyir ki, Əziz Əzizovun sexlərində düzələn araqların sorağı  nəinki Cəlilabad, Biləsuvar, hətta Neftçala rayonundakı toylardan gəlirdi. Axırda məcbur olub, Neftçalada, Biləsuvarda Əziz Əzizovun məhsullarını satmaq üçün yaxın rayonlarda topdan satış  mağazaları açırlar. Bu işdə Əziz Əzizova ən çox kömək edən həmin dövrdə Neftçalada Maliyyə Şöbəsinin müdiri işləyən Rəşid Manafov olur. 
Hətta  Rəşid Manafov  Əziz Əzizovu mətbuatın tənqidlərindən qorumaq üçün ona dəstək verir.  Bu xətt bu gün də davam edir. Əziz  Əzizovun  mətbuata aylıq göndərəni Rəşid Manafovdur. 
Sonra Neftçala, Biləsuvar və Masallıda Əziz Əzizovun mal-qara fermaları  “fəaliyyətə” başlayır. 
2012-ci ildə Rafil  Hüseynov  Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunanda  artıq Əziz Əzizovun qonşu Masallıda əməlli-başlı  mülkləri, fermaları, əkin sahələri və s. var idi. 
Canlı şahidlərin dediyinə görə, Rafil  Hüseynov  rəhbəri olduğu rayonda gördüklərindən dəhşətə gəlib. Sonra iki icra başçısının görüşü “razılaşma”  ilə bitib, dostlaşıblar, hətta sonda quda olublar. 
Bəli, 2018-ci ilədək  Əziz Əzizov Cəlilabadda, Rafil  Hüseynov isə Masallıda icra başçısı işləyiblər. Sonra Əziz Əzizovun fəaliyyəti  1 illik Yasamalda davam edib, hazırda  isə Suraxanıda icra başçısıdır. 
Onun qudası Rafil Hüseynov isə hazırda Ağcabədinin icra başçısıdır. 
Əvvəlki kimi qonşu olmasalar da, hər ikisinin birgə biznesi Cənub rayonlarında davam edir. 
Əziz Əzizovun adı bir məsələdə də daha çox hallanır. Süürücüsü olan bacısı oğlu  Murad Ağayevi əvvəlcə hüquq şöbəsinə, sonra isə özünə köməkçi təyin edib. 
Əziz Əzizovla  Rafil Hüsenova sonuncu sürpriz isə...bir müddət əvvəl oldu. 
Rafil Hüseynovun oğlu, Əziz Əzizovun kürəkəni,  “papanın və qaynatanın gül balası” polis kapitanı Şəhriyar Hüseynov Daxili İşlər Nazirinin əmri ilə tutduğu vəzifədən azad edildi. 
Polis kapitanı o dərəcədə həddini aşmışdır ki, “paltar geyinməsin, elə bu vəziyyətfə aparın” deyərək vətəndaşı şalvarsız aparmağı göstəriş vermişdir. Kimliyindən asılı olmayaraq vətəndaşına hörmətlə yanaşan dövlətimiz polis kapitanının cəzasını verdi. İndi növbə ata ilə qaynatanındır. 
P.S. Rafil müəllim, dostlar vasitəsilə bizə görüşmək təklif edirsən. Deyirəm bəlkə görüşü salaq  Novxanıdakı möhtəşəm villanın qarşısındakı  “baseyn”in  yanına. Amma, yox e, sizlər şər-şəbədə adamsınız. Bizim sizinlə  görüşümüz baş tutan deyil. Sonra gedib deyəcəksiniz ki, “baseyn”dən  bir vedrə  su bəxşeyiş verdim. Get, adamını başqa yerdə axtar, ara, Rafil müəllim.

Oxşar xəbərlər

İcra başçısı olan  keçmiş  tramvay ustası, arpa satan Əziz Əzizov- Və başçının şofer, hüquqçu, köməkçi olan bacısı oğlu
Suraxanıda şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib - Fotolar
Öz oğlunu tərbiyə edə bilməyən icra başçısı Rafil Hüseynov AĞCABƏDİNİ necə idarə edir?-RAFİL HÜSEYNOV DA HƏBS OLUNA BİLƏR
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Qubadlı Rayon İcra Hakimiyyəti Qarabağ şəhidlərini belə yad etdi
Yeni Suraxanıda,316 saylı məktəbin qarşısındakı torpaq sahəsini kim satıb?
Saxlanılan icra başçısının “TIR” biznesi - Onunla birlikdə həbs edilən müavini bacısı oğludur...
Bakıda xanımını qısqanan kişi onun müdirinin qulağını qopardı
Vilayət Eyvazov icra başçısının oğlunu işdən ÇIXARDI - FOTO
Abşerondan Suraxanıya gizli transfer: Fuad Cəbrayılovu Əziz Əzizova nə bağlayır?
BNA əhaliyə müraciət etdi: “Diqqətli olaq!“
İcra başçısına yeni müavin təyin edildi
Nəqliyyatçılar bir dəqiqəlik sükut zamanı - VİDEO
Əziz Əzizov Fuad Cəbrayılovu niyə özünə müavin apardı?
Suraxanıda Əziz Əzizovdan sakinlərə “burja münasibət” - VİDEO/FAKT
"Müzəffər öndərimiz İlham Əliyev Azərbaycanın gücünü bütün dünyaya sübut etdi"
Əbülfəz Qarayevlə Suraxanının icra başçısını nə birləşdirir? - Bakıda 700 illik məscid dağıdılır
Bostanında çətənə becərən Balakən sakini ələ keçdi
Prospektdəki qəza tıxac yaratdı - FOTO
Günel Gözəlova vəzifəsindən ayrıldı
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
Abdullah Gül İlham Əliyevə təbrik məktubu göndərib
Yeni nazir mətbuat katibini də işdən çıxardı
Ramiz Mehdiyev, Eldar Mahmudov, Çingiz Əsədullayevin adı keçən məhkəmə... - Film kimi cinayət işi
Xarı Bülbül emblemi Şuşanın girişində sancıldı - VİDEO
Bakıda tramvay və trolleybuslar bərpa olunacaq?
Eyyub Hüseynov koronavirusa yoluxmağından danışdı: “Karantin qaydalarına uymadım“
Şirvan RİH-in başçısı İlqar Abbasov rayonlara  “arenda”  kimi baxır…-İlqar Abbasov  25  il  harada olub?-VİDEO
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Seymur Orucovun ingiliscə çıxışı İTV-də ələ salındı