Vəzifəsindən qovulan icra başçısı Arif Qasımovun icraçı qardaşı Vüqar Qasımovun əməlləri...-  Görəsən, Ədliyyə Nazirliyinin Baş İcra İdarəsi hara baxır ?
20-04-2021, 16:00
236

Vəzifəsindən qovulan icra başçısı Arif Qasımovun icraçı qardaşı Vüqar Qasımovun əməlləri...- Görəsən, Ədliyyə Nazirliyinin Baş İcra İdarəsi hara baxır ?

Arif Qasımovun qardaşı Vüqar Qasımova bir sual.

Aprel ayında keçirilən ad günündə hansı mövqedə olmusuz?

Gundelik-baku.com-un oxucusu yazır: 

Son  aylar Nizami Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Arif Qasımov barəsində dərc etdiyiniz məqalələri oxuyuram.
Bu yaxınlarda mənə məlum oldu ki, onun doğma qardaşı Vüqar Qasımov  Ədliyyə Nazirliyinin Xətai Rayon İcra Şöbəsinin rəisidir. 
Mən bu şöbənin işi  ilə çoxdan tanışam. Burada mənim nümayəndəlik etdiyim bir sıra məhkəmə qərarları  icra olunub və olunmaqda davam edir. Vüqar Qasımov bu şöbədə gördüyüm üçüncü rəisdi. Amma heç vaxt şöbənin rəhbəri belə birisi olmayıb. Bu adam rəis gələndən sonra şöbə "Vosmoy" bazarının filialına çevrilib. Nə haqq var, nə ədalət, hər şey satılır. 

Mənim qərarım icra olunarkən, cavabdeh Vüqar Qasımovla görüşəndən sonra işim əngələ düşdü: cavabdehin ölkədən qaçmağı üçün şərait yaradıldı, adına olan əmlak tapılmadı, icraçının yanına gedəndə isə o, boynunu büküb uşaq kimi dayanır qarşımda və heç bir sualıma cavab verə bilmirdi. Verə bilmir ona görə ki, o ya rəisini satmalıdı (qorxusundan bunu edə bilməzdi) ya da onun tərəfini saxlayıb məmur özbaşınalığını boynuna almalıdı.
Və mən tək deyiləm. Şöbədə saatlarla rəisi gözləmişəm ki, saat 12-də nahara cıxan adam saat 3-4-də işə qayıdandan sonra 1 saat da otağına keçib yuxusunu alıb dincəlsin. Bu saatlar ərzində şöbəyə çox sayda narazı vətəndaşın gəlib-getdiyinin şahidi olmuşam. Necə ki, qardaşı Arif Qasımov Nizami Bələdiyyəsində işləyən Abbas Rəhimovu sədrdən üstün səlahiyyət sahibi edib, eləcə də Vüqar Qasımov şöbədə mənşəyi bilinməyən vəzifə tutan eyni soyadlı qoçu-xanım Aygün Qasımovanı icraçı məmurlardan üstün vəzifə sahibi edib, vətəndaşlardan pulları onun əli ilə yığır.... icraçı məmurlar isə qərarları icra etmək üçün cavabdehlərin əmlaklarını tapıb həbs qoyurlar, qoçu-xanım da həmin cavabdehləri yanına cağıraraq pulunu alıb həmin əmlakları qanunsuz həbsdən azad edir. Həbsdən azad etmə sənədlərinə də imza atan və ədliyyənin möhürünü vuran şəxs isə məlum məsələdir ki - şöbə rəisi Vüqar Qasımovdur. İnandırıcı deyil ki, şöbənin üst qurumu olan Baş İcra İdarəsinin rəhbərliyi Xətai rayon icra şöbəsində baş verən korrupsiya, rüşvətxorluqnadanlıq hallarından məlumatsız olsun. Əlqərəz... Vüqar Qasımovun qəbulunda dəfələrlə olmuşam. Bir-iki kəlmə danışandan sonra orta məktəb şagirdinə də məlum olur ki, bu adam nəyin ki, işindən, heç primitiv hüquq məsələlərindən belə xəbəri yoxdu. Məlum məsələdir ki, onun belə vəzifəyə sahib çıxması qardaşı Arifin hesabına olub, çünki  belə gülünc "kadr"a hüquqşünaslar sırasında vəzifə verilməzdi. Arif Qasımov barədə oxuduqlarından məlum olmuşdur ki, o son aylar əmlaklarını öz adından  çıxarmaqla məşğuldu. Bununla bağlı deyim ki, Vüqar Qasımovun qəbulunda olarkən o, mənim yanımda uzun bir əmlak siyahısını həmin şöbədə işləyən Aqşin adlı qohumuna (ümumiyyətlə şöbədə məmurlardan çox Vüqar müəllimin özü ilə gətirdikləri qohum və dostları söz sahibidir) ötürərək, təcili müştəri tapmağa tapşırıq vermişdi. Belə başa düşürəm ki, ailəyə məxsus əmlakları təcili addan çıxarıb nümunəvi məmur simasını almaq istəyən Arif Qasımova bu işdə qardaşı Vüqar Qasımov yaxından köməklik göstərir. Vüqar Qasımovun xidməti otağına gəlib və saatlarla orada qalan,  geyimləri ilə gecə klubundan çıxana oxşayan qadınlar barədə mövzu bir başqadı.  Mən və qəbula gələn digər vətəndaşlar onların saatlarla rəisin xidməti otağından çıxmalarını gözləmək məcburiyyətində qalmasaydım, bu mövzuya toxunmazdım. Məncə məmur özbaşınalıqlarının ifşa olunması istiqamətində gördüyünüz bu qəbildən olan jurnalist araşdırmalarınızda Arif Qasımovla yanaşı onun qardaşı Vüqar Qasımovun da fəaliyyətinə diqqət yetirməniz, bu sahədə görülən işlərə öz müsbət töhfəsini verərdi. 
Xatırladim ki, Arif Qasımovun vaxtında Nizami rayonu ərazisində fəaliyyət göstərən sahibkarlardan və qanunsuz fəaliyyət göstərən kazinolardan haqq yığan, qardaşının torpaqlarının və obyektlərinin satışı ilə məşğul olan, iş adamindan 600 min dollar pul alıb hansısa rayonların birinə İcra başçısı vəzifəsinə qoydurmaq vədi verən şəxs  HAMAN bu VÜQAR QASIMOV-dur.

Oxşar xəbərlər

Xətai rayon İcra və probasiya şöbəsinin rəisi  cənab Vüqar Qasımovun əməlləri...- Qardaşın Arif  Qasımovun aqibəti dərs olmadı, sizə ?
Arif Qasımov özünə varis hazırlayıbmış... - İDDİA
Arif Qasımova məxsus restoranın inzibatçısı HƏBS EDİLDİ
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
Nizaminin başçısı Arif Qasımovun vəzifəsindən azad olunacağı və həbs ediləcəyi iddia olunur
Arif Qasımovun qovulmasının sirri açılır: "Qara Kassa" Ramin Əhmədov kimdir? - Fotolar
“Səhvim oldu, prezident də çıxardı” - Arif Qasımov
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
Əli Həsənovun qardaşı İsa Həsənov da aradan çıxır…-Ölkədən qaçmağa hazırlaşır?
Sabiq icra başçsının oğlunu öldürən ömürlük məhkumun cəzası azaldıldı
Nizami İH araşdırılır: müavinlər nələrə şərik olub?
Keçmiş başçı ilə bağlı ilginc iddialar... - müavinlər nələrə şərik olub?
Naftalan şəhər İcra Hakimiyyətində dəyişiklik
"Lakin müraciətlərim nəticəsiz qalıb..." - GİLEY
Əli Həsənovun qardaşı da işdən çıxarıldı
Sabiq icra başçısının həbs müddəti daha 2 ay uzadılıb
İcra başçısı özünə yeni müavin TƏYİN ETDİ
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
İcra başçısı özünə yeni köməkçi təyin etdi
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun şikayətinə baxıldı
İcra başçısı həbs olunan rayonun məmuru intihar etdi
Nərimanov rayon icra hakimiyyətinin şöbə müdiri dünyasını dəyişdi – Məsələ araşdırılır
DTX-nin həbs etdiyi icra başçısı məhkəməyə çıxarılır
“Azərtoxum” MMC-nin direktorunun bıçaqlanması işi üzrə məhkəmə başlayır
Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...
İcra başçısı Leyla Əliyevanın abadlaşdırdığı parkda özünə restoran tikdirir — FOTOLAR
Əhəd Abıyev özünə yeni müavin təyin etdi - FOTO
Naftalanın başçısı da öz kefindədir... - Camaat düşmənlə döyüşür, o da ağaclarla...
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi