“Qaçqınkom”un sədri  Rövşən Rzayev  maliyyə naziri olmaq istəyir- Samir Şərifovla Rövşən Rzayevin davası qaçqınların başında çatlayır...
21-04-2021, 18:03
75

“Qaçqınkom”un sədri Rövşən Rzayev maliyyə naziri olmaq istəyir- Samir Şərifovla Rövşən Rzayevin davası qaçqınların başında çatlayır...

Rövşən Rzayev qaynar qazanın qapağını qaldırır 


Bu gün, yəni aprelin 21-i  Rövşən Rzayevin  “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi”nə sədr təyin olunmasının düz 3 ili tamam olur.
Bu 3 il müddətində Rövşən Rzayev demək  olar ki, bircə müsbət addımı ilə yadda qalmayıb. 
Bütün dünyada məcburi köçkün və qaçqın kontingenti  qaynar qazanı xatırladır. Bu həddən çox həssas məsələdir. İnsaf naminə qeyd etməliyik ki, qurumun keçmiş sədri Əli Həsənov bu məsələdə çox həssaslıq göstərirdi, yəni problemləri ölkə rəhbərliyini diqqətinə çatdırır və sonda problemlər yoluna qoyulurdu. Həmin dövrdə qaçqın və məcburi köçkünlərin orta aylıq əmək haqlarına, müavinətlərinə kimsə toxunmurdu. Yəni dövlət bu məsələləri tənzimləyirdi. 
Amma hörmətli Rövşən Rzayev  komitəyə sədr təyin olunandan sanki atalar demişkən, qaşınmayan yerdən qan çıxarmağa çalışır. 
Sədr olduğu ilk vaxtdan qaçqınların orta aylıq əmək haqları dayandırılır, digər güzəştlər, imtiyazlar  ləğv olunur. 
Təsəvvür edirsiniz, məcburi köçkünlərin şəhərçiklərindəki  JEK işçiləri 4 aydır əmək haqqı ala bilmirlər. 
Cənab Rzayev !
Həmin JEK-lərdə çalışanların ailə üzvləri, uşaqları nə ilə dolanmalıdır ?  Vətəndaş 4 ay necə əmək haqqısız qala bilər ? 
Məcburi köçkün şəhərçiklərində  su tapılmır, insanlar karonavirus dövründə əllərini yumağa su tapmırlar. 
Belə ki, sizin göstərişinizlə  qaçqınlara dəniz suyu verilir. Bəli, dəniz suyu. 
“Azərsu”yun 1 litrini 0.7 manata satdığı suyu, sən alıb qaçqınlara 1.5 manata satırsan. Şəhərciklərdə  bütün qış dövrü istilik sistemi-“kotelni” işləməyib. Bəs hər yerdə deyilir ki, karantin dövründə gündə tez-tez əllərinizi, üzünüzü isti su ilə yuyun. 
Bu məqamda “Alış, nə ilə “ məsəli yada düşür.
Rövşən Rzayev, nə ilə...qaçqınlar əl-üzünü yusun ? 
Deməli, Rövşən Rzayevin göstərişi ilə qaçqın şəhərciklərində filtrlər quraşdırılıb. Qaçqınlara verilən dəniz suyunu filtrdən keçirib  qaçqınlara  hər kubunu  15 qəpikdən satırlar. 
Bunu kim özündən icad elədi, cənab komitə sədri?
Axı, cənab Prezidentimiz məcburi köçkün şəhərciklərinin açılışında iştirak edib, həmin binadakı mənzillərdə qonaq oluib, çay içib və hamı bilir ki, həmin binalar dəniz suyu ilə deyil, normal, içməli su ilə təmin olunub. Bəs indi nə oldu, nə baş verdi ki, qaçqınlara dəniz suyu verirsiniz...
Axı, siz Prezidentə hesabat verirsiniz ki, hər şey yaxşıdır, hər şey normaldır.
Komitənin qaçqın şəhərçiklırinə təyin etdiyi JEK rəsilərini də dəyiş-düyüş edirsiniz. Əli ilə Vəlinin yerini dəyişməklə problem həll olnmur, cənab komitə sədri. Rüşvət alan JEK rəislərini qovmaq lazımdır, yerini dəyişmək yox. 
Cənab sədr !
Sizin ətrafınızda, yəni komitədə çalışanların hamısı Dövlət İmtahan Mərkəzi vasitəsilə, yəni test yolu ilə dövlət qulluğuna qəbul olunmalıdır. Əməkdaşlarınızdan hansı biri testdən keçib ? 
Ümumiyyətlə, rəhbərlik etdiyiniz komitədə problemlər bitib tükənmək bilmir. 
Balaxanıneftin keçmiş  rəisi, indi isə Komitənin Mənzil İstismar Departamentinin direktoru olan Səbuhi Əhmədov  dostu və işçisi  Etiqadı  verib qabağa. O da sahibi yaşamayan mənziləri alıb başqasına satır. 
Digər departament direktoru  Natiq isə guya püşkatama yolu ilə mənzilləri bölür. Necə bölür ? Binada 100 mənzil olsa da qutuya  3-4 mənzilin nömrəsini atır. 

 Bu necə püşkatmadır, cənab Rzayev ?

 Komitənin şöbə müdiri Sənan Hüseynov isə  Prezidentin sabiq köməkçisi Əli Həsənovla bahalı binada qonşudur. 
Rövşən Rzayev,  bu adam məmur maaşı ilə bahalı mənzili necə alıb ? 
Bütün bunlar azmış kimi Rövşən Rzayev qaçqınlar üçün indi də əlavə problem yaradıb. 
Belə ki, maliyyə naziri olmaq eşqinə düşən Rövşən Rzayevlə maliyyə naziri Samir Şərifovun arasında əməlli-başlı   mübarizə başlayıb. 
Hətta Rövşən Rzayevin Komitə adından qaşqınların problemi ilə bağlı göndərdiyi bütün sənədləri cənab maliyyə naziri geri qaytarır. 
Rövşən Rzayevin bu niyyətinə görə, hətta Milli Məclis  üzvlərinin qaçqınların məsələsi ilə bağlı Samir Şərifova ünvanladığı müraciətlər də cavabsız qalır. 
Belə yerdə deyiblər ki, iki nazirin  davası yazıq qaçqınların başında çatlayıb. 
Amma insaf naminə onu da qeyd edək ki, maliyyə naziri Samir Şərifov kifayət qədər peşəkar kadrdır. 

Səndən necə maliyyə naziri olar, ay Rövşən müəllim ? 
Sən tarix müəllimisən, adi arfimetikanı bilmirsən ?
Ümumiyyətlə, faiz hesablaya bilirsənmi, cənab  Rzayev ? 
Bir də Qaçqınkomu  nə günə qoymusan ki, ölkənin maliyyə sistemini düzəldəsən ?
Qaynar qazanın qapağını qaldırırsan, cənab Rzayev. 
Qaçqınlar adından Prezidentimizdən xahiş edirik ki, bu problemləri özü şəxsən nəzarətə götürsün. Axı, Prezidentimiz məmurlara deyib ki, xalqdan qorxmursunuz, barı, Allahdan qorxun. Cənab Prezident,  bunlar heç Allahdan da qorxmur. 
P.S. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadənin cinayətlərinin izi Abşerona gedir. 
Ramiz Rövşən, Zaur Abbaszadə və Azər Vahabzadə ilə görüşüb dəqiqləşdirəcəyik.

Oxşar xəbərlər

Qaçqın və məcburi köçkünlər  “KUPÇA”nı  yeyəcək ?- Sədr Rövşən Rzayevə göstərilən etimad LİMİTİ başa çatıb
ARXA-nı yox, ÜZ-ünü problemlərə çevir, Rövşən Rzayev
Qaçqınkom  AİLƏ-ləri  dağıdır- Ərə gedən məcburi köçkün Rövşən Rzayevdən icazə almalıdır ?
Rüşvətin və korrupsiyanın buynuzu olmur, cənab Rzayev-QAÇQINKOM SƏDRİNƏ QARŞI İDDİALAR-VİDEO
Qaçqınkom sədrinin xaricdə restoranlar biznesi-Rövşən Rzayev onu tənqid edən saytlara haker hücumu təşkil edir
Qaçqınkomun sədri  Rövşən Rzayev hansı işlərlə məşğuldur?
“Qaçqınkom”  məcburi köçkünə  5 min manat atıb-  Komitə sədri  Rövşən Rzayevlə  “ölkədən qaçan”  Rza İbadovu nə birləşdirir?
Komitənin qarşısından ucalan qarğışlar
Kim yuxudan tez durursa, “Qaçqınkom”un sədri odur… - Sənin kabinetin qaçqınların yataqxanası olmalıdır, cənab Rövşən Rzayev
Balaxanıneft-dən Qaçqınkom-a gələn Səbuhi Əhmədov qaçqınları necə aldadıb?- Qaçqınlar və obyekt sahibləri  Səbuhi Əhmədovdan pullarını tələb edir
“Qaçqınkom”un sədri  Rövşən Rzayev  xanım şikayətçiləri döydürür-ŞOK VİDEO
Rövşən Rzayev Sumqayıtda icma üzvləri ilə görüşdü
Komitə sədri: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
Köçkünlərin geri qaytarılması haqda – Açıqlama
“Qaçqınkom” 10 manatlıq şirkətə niyə etibar edir? - Rövşən Rzayevin tender oyunları
Dövlət Komitəsində Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi təsdiqləndi
Rövşən Rzayevin “Bu pullar hara gedir” sualına Aparat rəhbərinin cavabı… - Qaçqınkomun sədri  Etibar Abdullayevdən niyə ehtiyyat edir ?
Rzayevin 2 ili ...
“Qaçqınkom” 4700-ə yaxın mənzili ƏƏSMN-nin balansına verdi
Geri qayıtmayanlar məcburi köçkün statusunu itirəcək
Rövşən Əkbərov bu xalq artistləri ilə tez-tez görüşürmüş - İLGİNC
Zirzəmidə boğulan qaçqın və 180 minlik “BMV” sürən komitə sədri -VİDEO
Fuad Muradov Rövşən Rzayevlə şərikliyə niyə son qoydu? – Fakt
Rövşən Rzayev isti kabinetində oturub, camaat isə... - GİLEY
Rövşən  Rzayev   "xiyar sezonu"nunda  əmək fəaliyyətinə  başlayıb ?-Qaçqınkom sədrinin avtobioqrafiyası
Qaçqınların və Məcburi Köçkünlərın İşləri üzrə Dövlət Komitəsi 42 minə zibilqabı alır
"Qaçqınkom"da özbaşınalıqlar davam edir... - İTTİHAM
Rövşən Əkbərovun yerinə bu general TƏYİN OLUNDU - FOTO
"Qaçqınkom" kimin "əmisioğludur"?.. - Bizim, yoxsa...