Füzulinin icra başçısı Alı Alıyev necə MAYOR oldu ?- Onun oğlu Elvin Alıyev  niyə rəis müavinliyindən çıxarıldı ?
21-04-2021, 22:05
161

Füzulinin icra başçısı Alı Alıyev necə MAYOR oldu ?- Onun oğlu Elvin Alıyev niyə rəis müavinliyindən çıxarıldı ?

Müdriklərin bir sözü var: Hər kəs öz dilinin altında gizlənib. 
Yəni insan ağzını açıb DİL-lənən kimi onu kim olduğunu bilirsən. 
Amma  başqa bir maraqlı  məlumat da var. Məmurların rəsmi, yaxud qeyri-rəsmi tərcümeyi-halına baxan kimi...bilirsən ki, bunun keçmişi nə olub ? 
Bu gün Füzulinin icra başçısı Alı Alıyevin tərcümeyi-halında çox şübhəli hallar gördüm. 
Yazır ki, “ Ali məktəbi bitirdikdən sonra...”
Adam, sən hansı məktəbi bitirmisən, neçənci illərdə, ixtisasın nədir..? 
Bəlkə, baytarsan, bəlkə, zootexniksən, bəlkə, tarix müəllimisən, bəlkə həkimsən, mamaçasan, bəlkə astroloqsan, nəsən..
Adam, niyə  bunu yazmaq  istəmirsən ? 
Adam yazırsan ki, MAYOR-am. 
Adam yazırsan ki, 1981-83-cü illərdə hərbdə qulluq etmisən. 
Sən 2 ildə necə MAYOR oldun, adam ? 
Sonrakı illərdə də Su idarəsində işləmisən. 
Adam, Su idarəsində mayor rütbəsi vermirlər ee...
Nə isə Alı Alıyev  düz 10 ildir Füzulinin icra başçısıdır, daha doğrusu, icra başçısı maaşını alır. 
Deməli, Alı Alıyev özü haqqında yazılan rüsvayçı yazılara, ifşaedici materiallara cavab olaraq bir neçə şairi-mairi, jurnalisti rayona dəvət edib  özü haqqında DASTAN yazdırıb. 
Yazılanları oxuyanda adam mat-məəttəl qalır. Doğrudanmı, ziyalılarımız Alı Alıyevin bir  “molodes”inə möhtac qalıblar ? 
Nə isə, Alı Alıyev haqqında uzun-uzadı yazmağa ehtiyac görmürük. Atalar demişkən, görükən dağa nə bələdçi ? 
Əslində Alı kimilər nəinki dağ, heç təpə də deyillər. 
Bu gün Alı Alıyevin Füzulidə qoyun sürüləri, mal-qara fermaları, örüş  sahələri, yüz hektarlarla torpaq sahələri, dükanları, restoranı  və daha nələri...
Hələ bu harasıdır ? 
Alı Alıyevin rayonda mebel mağazaları, mebel sexləri var. Hətta icra başçısı həbsdə olan bəzi iri məmurlara mebel hədiyyə edir, həbsxanadakı məmur dostlarına kömək edir  və deyir ki, əl tutmaq Alıdan qalıb. 
Bu adam başa düşmür ki, insan öz halal qazancı ilə kiməsə əl tutar. Alı isə xalqdan oğurladığı pullarla özünə dost tutmaq istəyir. 
Alı Alıyevin polisdə işləyən oğlu Alıyev Elvin Alı oğlu da yeyib-içən oğlandır, bütün günü əyləncə mərkəzlərində, gecə klublarında olur,  bahalı avtomobilləri ilə ora-bura şütüyür. 
Amma bu yaxınlarda, cənab nazirin əmri ilə  Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəis müavini Alıyev Elvin Alı oğlu vəzifəsindən azad edilib. 
Niyə və nə üçün ? Bu barədə növbəti yazıda.

Oxşar xəbərlər

Həbs olunan icra başçıları “Səni deyirlər”, Alı Alıyev-  Füzulinin icra başçısının milyonluq villaları, avtomobilləri, 30 min qoyunu, 5 min mal-qarası…
Goranboyun icra  başçı  avtobioqrafiyasını  təzələyir Mantyor, ofisiant, kankan, qum-çınqıl  satan icra başçıları
Goranboyun icra başçısı avtobioqrafiyasını təzələyir...
Ağstafanın icra başçısı  sarıdan bəxti gətirmir... -Məhərrəm getdi, Seymur gəldi, ancaq haman göl, haman qurbağa..
Tarix  müəllimi, polis rəisi,  deputatlığa namizəd və  Qobunun icra nümayəndəsi ...-FAİQ KƏRİMOVUN KORRUPSİYA ƏMƏLLƏRİ
Kamil Zeynallı Polad Həşimovun övladları ilə birgə: Qınayacaqlar ki, niyə gülürsünüz? - FOTO
"Bunu edən bəlkə də ilk sənət adamıyam"
Tağı  amanatı,  Gülçöhrə xanım-Azərbaycan Memarliq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın “PLANI”
“Səyavuş Aslanın oğlu blokda yatır, dəstək umur” - "...başqa nə isə edə bilmirik"
Gəncənin icra başçısı Niyazi Bayramov Qarabağda nə vaxt döyüşüb ?- Azad Rəhimovun qudası  necə polkovnik oldu ?
Qaçqınkom sədrinin xaricdə restoranlar biznesi-Rövşən Rzayev onu tənqid edən saytlara haker hücumu təşkil edir
“Kəramət Böyükçöllə ciddi danışmalıyıq” - Mirşahin qəzəbləndi
Prezident onlara general rütbəsi verdi
"Elzanın şeirindəki “tikim sənin ağzını” misrasıyla o birisi eyni şeydir də, fərqi var ki?"
Ağdamın icra başçısı ilə bağlı sərxoşluq iddiasına CAVAB
Prezident Kənan Seyidova general-mayor ali hərbi rütbəsi verdi
Humanitar yardıımı mənimsəyən icra başçısı
Qubanın icra başçısı Ziyəddin Əliyev koronavirusdan pul qazanır- Zərdabi qəsəbəsindəki şadlıq sarayı və Fayton restoranı icra başçısınındır
"Qoymayın bu ölkədə dürüst adam qalsın, ləkələyin…" - İlqar Məmmədov
Qazax rayonunun icra başçısı Rəcəb Babaşov səkiləri satır?- Başçının oğlu  450 min avroluq avtomobildə gəzir...
Rövşən  Rzayev   "xiyar sezonu"nunda  əmək fəaliyyətinə  başlayıb ?-Qaçqınkom sədrinin avtobioqrafiyası
Meyvə-tərəvəzçi, üzümçü və...onkoloq deputat Kəmaləddin Qafarov-ONKOLOGİYANIN BƏDXASSƏLİ “ŞİŞİ”
General–mayor Xəqani Cəbrayılov saxlanılıb? - AÇIQLAMA
“Sahibkarların qənimi”  Alimpaşa Məmmədov indi də şəmkirlilərin qəniminə çevrilib- İcra başçısı şəhid məzarlarından 700 min manat qazanıb
DSX-nin 3 əməkdaşı general-leytenant, 2 əməkdaşı general-mayor oldu
Bu gün şəhid general-mayor Polad Həşimovun doğum günüdür
18  il  icra başçısı işləyən  Şahin Məmmədov hansı  “təriqət”in  üzvüdür ?- Ağcabədidə  5  diplomat pul təklif olunan  icra başçısı...
Prezidentin təltif etdiyi generallar kimlərdir? - FOTO
“30 ildir Akademiyada işləyir, amma tərcümeyi-halını yaza bilmir” - Ənvər Əliyev
“Vəzifəyə, pula, şöhrətə görə anasını da satar”